Britaniya səfirliyinin əməkdaşlarına qarşı ittihamlar və onların Rusiyadan qovulması əsassızdır.
Azpost.info xəbər verir ki, bunu Britaniya Xarici İşlər Nazirliyinin sözçüsü deyib.
O qeyd edib ki, Moskvanın hərəkətləri Londonun Avropada anti-Rusiya tədbirlərinə cavabdır.
“Rusiya FTX-nin əməkdaşlarımıza qarşı ittihamları tamamilə əsassızdır… Biz milli maraqlarımızı qoruduğumuza görə üzr istəmək fikrində deyilik”, – Britaniya XİN-dən bildirilib.
Qeyd edək ki, Britaniyanın Rusiyadakı səfirliyinin 6 əməkdaşının akkreditasiyası kəşfiyyat fəaliyyətinin əlamətlərinə görə ləğv edilib.
Azpost.info