Rusiya miqrant uşaqların məktəblərə qəbulunu məhdudlaşdırır

rus məktəbləri
rus məktəbləri

Rusiya məktəblərinə və məktəbəqədər təhsil müəssisələrinə dərslərdə və qruplarda rus dilini yaxşı bilməyən əcnəbi vətəndaşların uşaqlarının sayını məhdudlaşdırmaq tapşırılıb.

Azpost.info xəbər verir ki, bu, Təhsil Nazirliyinin yeni metodik tövsiyələrindən irəli gəlir.

“Çalışmaq lazımdır ki, bir sinifdə (qrupda) üçdən çox rus dilini yaxşı bilməyən uşaq olmasın”, – sənəddə deyilir.

Həmçinin qeyd edilir ki, 17 regionda aparılan araşdırma göstərib ki, bir sinifdə və ya qrupda üçdən çox uşaq rus dilini zəif danışırsa, müəllimlər öz vəzifələrinin öhdəsindən daha pis gəlirlər.

“Adi sinifə girməzdən əvvəl əcnəbi uşaq rus dilini öyrənmək üçün intensiv kurs keçməlidir, əks halda o, heç bir fənn üzrə materialı mənimsəyə bilməyəcək, müəllimin sualına cavab verə və imtahandan keçə bilməyəcək”, – “Sinergiya” təhsil korporasiyasının prezidenti Vadim Lobov deyir.

Onun sözlərinə görə, belə uşaqların adaptasiyası bütün məktəb üçün – rəhbərlikdən tutmuş şagirdlərə qədər çətin prosesdir.

Azpost.info

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.