Pezeşkian Prezident Administrasiyasında kürəkəninə vəzifə verib

İran Prezidenti Məsud Pezeşkianın kürəkəni Həsən Məcidi sentyabrın 18-də Prezident Administrasiyası rəhbərinin icraçı köməkçisi vəzifəsinə təyin olunub.

Həsən Məcidi İran prezidentinin qızı Zəhra Pezeşkianın həyat yoldaşıdır. O, baş maliyyə ekspertidir. Bu vəzifəyə təyin olunmazdan öncə H.Məcidi özəl şirkətdə işləyib.

Məlumata görə, İraqa səfəri zamanı Məsud Pezeşkianı qızı və kürəkəni müşayiət edib. İran KİV-i və sosial şəbəkələrində prezident buna görə tənqid edilib(report).

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.