Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Araşdırma

Bal arılarının zəhəri xərçəng hüceyrələrini məhv edir –

User 20 İyul 2025 - 15:23 (Last updated: 20 İyul 2025 - 13:23)
ari bali

Xərçəng hər il milyonlarla insanı səssizcə məhv edir. Hüceyrələrin böyüməsi ilkin mərhələdə heç bir yara izi qoymur və onlar görünən zaman xərçəngin böyüməsi geri dönməyən mərhələyə çatmış ola bilər. Alimlər uzun illərdir ki, xərçəngin müalicəsi üçün tədqiqatlar aparırlar. Avstraliyalı alimlər bal arılarından alınan zəhərin laboratoriya şəraitində bəzi aqressiv döş xərçəngi hüceyrələrini məhv etdiyini müşahidə ediblər.

AZƏRTAC xarici mediaya istinadla xəbər verir ki, zəhər və onun tərkibindəki melittin maddəsi üçlü mənfi və HER2 pozitiv olmaqla müalicəsi çətin olan iki süd vəzi xərçənginə qarşı sınaqdan keçirilib. Bu kəşf ümidverici olsa da, alimlər daha çox iş görülməli olduğunu deyiblər. Döş xərçəngi qadınlarda ən çox rast gəlinən xərçəng növüdür. Belə bir irəliləyiş Harri Perkins Tibbi Tədqiqatlar İnstitutunun və Qərbi Avstraliya Universitetinin tədqiqatçıları tərəfindən edilib. Alimlər bal arısının zəhərinin xərçəng hüceyrələrini öldürə biləcəyini müəyyənləşdiriblər.

2020-ci ildə aparılan araşdırma beynəlxalq “NPJ Nature Precision Oncology” jurnalında dərc olunub. Məqalə müəllifləri bal arısının zəhərinin üçlü mənfi döş xərçəngini və HER2 ilə zənginləşdirilmiş döş xərçəngi hüceyrələrini sürətlə məhv etdiyini aşkarlayıblar. Bal arısı zəhərinin və ya melitinin döş xərçənginin bütün müxtəlif alt növlərinə və normal hüceyrələrə təsirini müqayisə edilməyib. Onlar bal arısı zəhərini normal döş hüceyrələrində və döş xərçənginin klinik alt tiplərindən olan hüceyrələrdə sınaqdan keçiriblər.

Harri Perkins Tibbi Tədqiqatlar İnstitutundan və Qərbi Avstraliya Universitetindən Ciara Daffi bildirib: “Tədqiqat üçün mütəxəssislər Qərbi Avstraliya, İrlandiya və İngiltərədə 312 bal arısı və onun zəhərini araşdırıblar. Araşdırma nəticəsində məlum olub ki, melittin 60 dəqiqə ərzində xərçəng hüceyrələrinin membranlarını məhv edə bilir və son dərəcə güclüdür. Melittin xərçəng hüceyrələrinin böyüməsi və hüceyrə bölünməsi üçün zəruri olan xərçəng hüceyrələrinin kimyəvi siqnallarını cəmi 20 dəqiqə ərzində azalda bilib. Melittin bal arısı zəhərinin əsas komponentidir və onun quru çəkisinin təxminən 50 faizini təşkil edir. Bu, iltihab, bakteriya və virus əleyhinə xüsusiyyətləri ilə tanınan kiçik və güclü bir peptiddir. Melittin hüceyrə membranlarını pozaraq işləyir, bu da onu elmi araşdırmalarda, xüsusən də xərçəng hüceyrələrini hədəf alaraq öldürə bilən xərçəng müalicəsində əhəmiyyətli edir”.

AzPost.az

Post navigation

Previous: Uzun yaşamağın sirrini araşdıran alimlər nəyi tapıblar?
Next: İlk sabunlar nə vaxt yaranıb? –

Oxşar xəbərlər

qob01
  • Araşdırma

Qobustanda min illərin sirri – Qədim insanlar heyvanları torla necə ovlayırdı?

User 24 Oktyabr 2026 - 11:02
bel aqrisi
  • Araşdırma

Bel ağrısı zamanı bu səhvi etməyin – Həkimdən vacib xəbərdarlıq

User 21 Oktyabr 2026 - 17:33
axc02
  • Araşdırma

SSRİ televiziyasının arxivindən çıxdı – 1990-cı il mayın 28-də Bakıda nələr yaşanıb? / VİDEO

User 21 Oktyabr 2026 - 16:23

xƏBƏR

Əraqçi
  • Dünya

İran ABŞ-a xəbərdarlıq etdi – “Hücum etsələr, daha sərt cavab alacaqlar”

User 02 Noyabr 2026 - 23:22
“Biz dəfələrlə bəyan etmişik ki, güc yolu ilə özümüzü müdafiə etməyə tam hazırıq. Eyni zamanda, danışıqlar vasitəsilə...
Read more about İran ABŞ-a xəbərdarlıq etdi – “Hücum etsələr, daha sərt cavab alacaqlar”
65 yaş tamam olur, amma pensiya verilmir? – Əsas şərtlər bunlardır Pensiyaçı
  • Sosial

65 yaş tamam olur, amma pensiya verilmir? – Əsas şərtlər bunlardır

User 02 Noyabr 2026 - 22:45
Çin maşınlarına haker hücumu – Avtomobilləri işə salmaq mümkün olmur avto cin
  • Sosial

Çin maşınlarına haker hücumu – Avtomobilləri işə salmaq mümkün olmur

User 02 Noyabr 2026 - 22:28
Ürəyin 5 düşməni – Bu qidaları tez-tez yeyirsinizsə, diqqətli olun qida zerer
  • Sosial

Ürəyin 5 düşməni – Bu qidaları tez-tez yeyirsinizsə, diqqətli olun

User 02 Noyabr 2026 - 21:56
Pensiyaya çıxarkən ali təhsil və hərbi xidmət illəri staja daxil edilir? herbci
  • Sosial

Pensiyaya çıxarkən ali təhsil və hərbi xidmət illəri staja daxil edilir?

User 02 Noyabr 2026 - 21:39
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.