İran ordusu komandanlığı Tehrandakı hücumların əksəriyyətinin uğurla dəf edildiyini və düşmənin bütün hava hədəflərinin vurulduğunu bəyan edib.
Ehtimallara görə, İsrailin zərbələrinin hədəfi İran paytaxtının ətraflarında yerləşən İslam İnqilabı Keşikçiləri Korpusunun obyektləri olub. NBC televiziyasının məlumatına görə, bu obyektlər kazarma və silah anbarları ola bilər.
Hazırda yerli sakinlərin sözlərinə görə, Tehranda vəziyyət sakitdir, artıq partlayış səsləri eşidilmir. Paytaxtdakı hava limanları artıq normal rejimdə işləyir. Hücum nəticəsində ölən və yaralananlar barədə hələlik məlumat verilmir.
İran hava məkanını mülki aviasiya uçuşları üçün səhər saat 9:00-a qədər bağlayıb.
Azpost.info