Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Araşdırma

“1991-ci ildə yazıçıların qurultayına köhnə “Moskviç”lə gəldim…” –

User 26 Yanvar 2025 - 09:40 (Last updated: 21 May 2025 - 20:15)
"1991-ci ildə yazıçıların qurultayı

“1991-ci ildə yazıçıların qurultayına köhnə “Moskviç”lə gəldim…”

“Youtube” protalında mərhum prezident Heydər Əliyevin Azərbaycan yazıçıları ilə görüşündən maraqlı kadrlar yayımlanıb. 

AzPost bildirir ki, telejurnalist Füzuli Sabiroğlunun arxivindən paylaşdığı bu kadrlarda H.Əliyev yazıçılarla qeyri-rəsmi şəraitdə səmimi söhbəti yer alıb.

Video 1996-cı ildə çəkilib. Görüşdə Azərbaycan Yazıçılar Birliyinin rəhbərləri və digər şəxslər görünür.

Bu sırada AYB sədri Anar, Fikrət Qoca, Qabil, Bəkir Nəbiyev, Sabir Rüstəmxanlı, Balaş Azəroğlu, jurnalist Elmira Axundova var.

Görüşdə həmçinin o zaman Milli Məclisin sədri olmuş Rəsul Quliyev də iştirak edib.

Heydər Əliyev 1991-ci ilin martında yazıçıların qurultayında iştirak etmək üçün Filormoniyaya köhnə “Moskviç” avtomobili ilə gəlişindən danışır.

Azərbaycan Yazıçılar Birliyi  şairlərin, tərcüməçilərin ən böyük ictimai təşkilatıdır. SSRİ dövründə Azərbaycan Yazıçılar İttifaqı adlanırdı. Hazırda 1510-dan artıq üzvü var. Sədri yazıçı Anardır.

Qurum 1934-cü il iyunun 13-də Bakıda yaradılıb. O vaxta qədər Azərbaycan yazıçıları ayrı-ayrı ədəbi birliklərin və məclislərin tərkibində fəaliyyət göstərirdilər.

1927-ci il iyul ayının əvvəllərində Azərbaycan yazıçılarının birinci ümumi yığıncağında bütün ədəbi qüvvələri bir təşkilat ətrafında birləşdirmək qərara alındı.

ÜİK(b)P MK-nın ədəbi-bədii təşkilatların yenidən qurulması haqqında 1932-ci il 23 aprel tarixli qərarından sonra Azərbaycan Yazıçılar Cəmiyyətinin yenidən qurulması haqqında təşkilati tədbirlər görüldü.  AYB-nin 80 illiyinə həsr olunmuş “Səksəninci səhifə” adlı film çəkilib.

AYB ölkədə və ondan kənarda yaşayan, Azərbaycan dilində və digər dillərdə yazan peşəkar Azərbaycan yazıçılarının könüllü müstəqil ictimai təşkilatıdır. AYB müstəqil, hüquqi şəxsdir.

AYB öz fəaliyyətində Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyinə, beynəlxalq hüquq normalarına, öz Nizamnaməsinə müvafiq hərəkət edir.

 

 

 

 

 

Post navigation

Previous: Kim Çen In sualtı strateji qanadlı raket sınağı keçirib
Next: HƏMAS atəşkəs razılaşmasının pozulmasına görə İsraili suçlayıb

Oxşar xəbərlər

bmt katib nasist
  • Araşdırma

BMT-nin Baş katibinin gizlətdiyi nasist keçmişi – Kurt Valdhaymın böyük sirri

User 07 Noyabr 2026 - 20:13
tesla
  • Araşdırma

Tesla 100 il əvvəl smartfonları belə təsvir etmişdi – Onun daha hansı proqnozları gerçəkləşib?

User 07 Noyabr 2026 - 10:43
AES haciqabul
  • Araşdırma
  • Baş Yazı

Azərbaycanda tikintisinə başlanan AES niyə yarımçıq qaldı? – Hacıqabulda 40 il əvvəlki sirli layihə

User 05 Noyabr 2026 - 21:17

xƏBƏR

ilham ali herbi
  • Siyasət

Prezident İlham Əliyev Zəfər günü ilə bağlı paylaşım edib – VİDEO

User 07 Noyabr 2026 - 20:35
Prezident İlham Əliyevin sosial media hesablarında 8 Noyabr – Zəfər günü ilə bağlı paylaşım edilib.   https://www.youtube.com/watch?v=7aNosPCC6as...
Read more about Prezident İlham Əliyev Zəfər günü ilə bağlı paylaşım edib – VİDEO
Rusiya Türkiyəyə qaz nəqlini kəskin artırdı – Noyabrda tədarük 4 dəfə yüksəldi qaz nəqli
  • İqtisadiyyat

Rusiya Türkiyəyə qaz nəqlini kəskin artırdı – Noyabrda tədarük 4 dəfə yüksəldi

User 07 Noyabr 2026 - 20:30
BMT-nin Baş katibinin gizlətdiyi nasist keçmişi – Kurt Valdhaymın böyük sirri bmt katib nasist
  • Araşdırma

BMT-nin Baş katibinin gizlətdiyi nasist keçmişi – Kurt Valdhaymın böyük sirri

User 07 Noyabr 2026 - 20:13
Rza Pəhləviyə “Azadlıq” mükafatı verildi – İranın gələcəyi ilə bağlı mesaj pehlevi iran sah
  • Dünya

Rza Pəhləviyə “Azadlıq” mükafatı verildi – İranın gələcəyi ilə bağlı mesaj

User 07 Noyabr 2026 - 19:45
İrana qarşı yeni müharibə planı – Trampa yanvara qədər vaxt verilir Tramp
  • Dünya

İrana qarşı yeni müharibə planı – Trampa yanvara qədər vaxt verilir

User 07 Noyabr 2026 - 19:41
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.