Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Sosial

“Bu şəhərdə” Azərbaycan filmləri ilə bağlı müəllif hüquqlarını nə üçün pozur?

User 01 Noyabr 2024 - 19:38 (Last updated: 21 May 2025 - 20:15)
kino bu seher

Ötən gün Cəfər Cabbarlı adına Azərbaycanfilm kinostudiyasının sosial hesablarında “Bu şəhərdə” komandasının oktyabr və noyabr aylarında keçiriləcək növbəti konsert proqramlarının kommersiya xarakterli reklamlarında müəlliflərin hüquqlarını kobudcasına pozduğunu özündə ehtiva edən məqamlar paylaşılıb.

Məsələ ilə bağlı Kinorejissorlar Gildiyasının sədri, kinorejissor Hüseyn Mehdiyev APA-ya verdiyi açıqlamada bildirib ki, “Bu şəhərdə” komandasının rəhbəri Müşfiq Abbasova şifahi və rəsmi xəbərdarlıq edilsə də, heç bir dəyişiklik edilməyib.

“Bilirsiniz ki, Kinorejissorlar Gildiyasının ən vacib istiqamətlərindən biri audiovizual əsərlərin istifadəsi zamanı müəllif hüquqlarının pozulmasının qarşısını almaq və müəlliflərin hüquqlarını qorumaqdır. Bir müddət əvvəl bizə məlumat daxil oldu ki, “Bu şəhərdə”nin konsertqabağı hazırladığı reklam çarxlarında Azərbaycan filmlərinin fraqmentləri təhrif olunaraq istifadə olunub. Kinostudiyanın direktoru Azər Quliyev “Bu şəhərdə” komandasının rəhbəri Müşfiq Abbasova zəng vurdu və onu məlumatlandırdı ki, bu, düzgün addım deyil, qanun pozuntusudur. Azər müəllim ondan bu reklamların aradan qaldırılmasını xahiş etdi. Cəfər Cabbarlı adına Azərbaycanfilm kinostudiyasının məsələyə birinci reaksiyası belə oldu. Bu isə, təxminən, on-on beş gün əvvəlin söhbətidir. Onlar məsələnin həlli barədə söz versələr də, buna əməl olunmadı. Oktyabrın 22-də rəsmi olaraq “Bu şəhərdə” komandasına xəbərdarlıq xarakterli məktub yolladıq. Məktubda qeyd etdik ki, qanun müvafiq maddələrin pozulmasına yol vermir. Eyni zamanda, məktubda reklam çarxlarının sosial şəbəkələrdən silinməsini yenidən xahiş etdik. Rəsmi məktubdan sonra da heç bir reaksiya olmadı. Bir müddət də gözləyəndən sonra “Bu şəhərdə” komandasının qanunlara saymazlığını görüb bu xoşagəlməz halı ictimaiyyətə təqdim etdik”, – kinorejissor Hüseyn Mehdiyev deyib.

Mövzu ilə bağlı Müşfiq Abbasovla əlaqə saxlasaq da o, sualımızı cavablandırmaqdan yayınıb. O bunu bir saatdan sonra səhnəyə çıxacağı ilə əlaqələndirib: “Sizə cavab verəcək vəziyyətdə deyiləm. Sonra danışarıq”.

Post navigation

Previous: COP 29 zamanı Bakıda 10-dan çox marşrut xətti üzrə avtobusların hərəkəti dayandırılacaq
Next: Qarabağ savaşından bəhs edən “Köhnə çamadanlar” filmi Türkiyədə nümayiş olunacaq

Oxşar xəbərlər

elmar esas
  • Sosial

Kafedə kütləvi davanın 2 təqsirkarı haqqında həbs qərarı verildi – VİDEO

User 26 Oktyabr 2026 - 19:03
teymur yehya
  • Sosial

Masallının sabiq icra başçısı Teymur Yəhyayev vəfat edib

User 26 Oktyabr 2026 - 17:11
Bələdiyyələr
  • Sosial

İcra məmuru üzrə müsabiqənin söhbət mərhələsinə başlanılır

User 26 Oktyabr 2026 - 15:17

xƏBƏR

mekke-sazisi
  • Dünya

İran və “Məkkə Sazişi” ölkələri Tehranda bəyanat qəbul edib

User 26 Oktyabr 2026 - 20:02
Tehranda İran, Səudiyyə Ərəbistanı, Türkiyə və Pakistanın yüksək səviyyəli rəsmiləri arasında keçirilən görüşdə bəyanat qəbul edilib. Bu...
Read more about İran və “Məkkə Sazişi” ölkələri Tehranda bəyanat qəbul edib
Kafedə kütləvi davanın 2 təqsirkarı haqqında həbs qərarı verildi – VİDEO elmar esas
  • Sosial

Kafedə kütləvi davanın 2 təqsirkarı haqqında həbs qərarı verildi – VİDEO

User 26 Oktyabr 2026 - 19:03
“Bizə cavab vermək imkanı yaradılmır” – Hikmət Hacıyev hikmet01
  • Siyasət

“Bizə cavab vermək imkanı yaradılmır” – Hikmət Hacıyev

User 26 Oktyabr 2026 - 17:45
Tramp Netanyahunun xahişini rədd edib – İrana hücum niyə təxirə salındı? tramp netanyahu
  • Dünya

Tramp Netanyahunun xahişini rədd edib – İrana hücum niyə təxirə salındı?

User 26 Oktyabr 2026 - 17:39
Masallının sabiq icra başçısı Teymur Yəhyayev vəfat edib teymur yehya
  • Sosial

Masallının sabiq icra başçısı Teymur Yəhyayev vəfat edib

User 26 Oktyabr 2026 - 17:11
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.