Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Gündəm

COP29-a sədrlik etməklə türk qardaşlarını şərəfləndirən Azərbaycandayıq

Orkhan Ali 14 Noyabr 2024 - 10:37 (Last updated: 21 May 2025 - 20:15)
673598f1e5710673598f1e57111731565809797611e1d05ef12a8a9ab07ba5a10198 (1)

“Biz COP29-a sədrlik etməklə türk qardaşlarını şərəfləndirən Azərbaycandayıq”.

Bunu COP29 çərçivəsində Türk Dövlətləri Təşkilatına (TDT) üzv dövlətlərin ətraf mühit və ekologiya nazirlərinin ilk görüşündə Türkiyənin ətraf mühit, şəhərsalma və iqlim dəyişikliyi naziri Murat Kurum deyib.

O bildirib ki, sammit türk dövlətləri arasında qardaşlıq bağlarını və iqlim dəyişikliyi ilə mübarizədə əməkdaşlığı daha da gücləndirəcək: “Bildiyiniz kimi, dünən Türkiyənin Uzunmüddətli Strategiyasını və Yol Xəritəsini dünya ilə paylaşdıq. Orada bizim COP29 ilə bağlı düşüncələrimizi və gözləntilərimizi ifadə etmək imkanımız da oldu. COP29 iqlim dəyişikliyi ilə bağlı real, əsaslandırılmış konkret addımların atılacağına dair gözləntilərin ən yüksək olduğu görüşlərdən biridir. Maliyyəyə çıxışı olmayan ölkələr üçün çox kritik qərarların veriləcəyi gözlənilir və ümid edilir.

Ümid var, çünki iqlim dəyişikliyinin təsirlərini hər gün daha çox hiss edirik. Dünyamız xüsusilə son 50 ildə meteoroloji fəlakətlərdə görünməmiş təhlükələrlə üz-üzədir. Son yarım əsrdə 11 mindən çox fəlakət nəticəsində 2 milyondan çox insan həyatını itirib. Biz 4,5 trilyon dollarlıq qlobal iqtisadi itkiyə dözməli olduq. Amma təəssüflə deyirəm ki, iqlim dəyişikliyinə səbəb olmayan və ya ən az günahı olan ölkələr bu neqativ hallardan ən çox təsirlənib. Və onlar hələ də oxşar çətinliklər və ağrılarla üzləşirlər. Amma iqlim böhranının yükü bu ölkələrin üzərinə düşür, onlar maliyyədən kifayət qədər faydalana bilmirlər. Başda Türkiyə olaraq TDT-yə üzv qardaşlarımızdan aldığımız güclə bəşəriyyətə “daha ədalətli dünya” təklif edirik.

Biz hər bir beynəlxalq platformada yüksək səslə danışır və bunu dost və qardaş ölkələrlə paylaşırıq. Bu mənada Türk dünyası da beynəlxalq platformalara töhfə verməkdə və onlara ev sahibliyi etməkdə son dərəcə fəal bir mövqe nümayiş etdirir.

Xüsusilə, BMT Baş Assambleyasının 78-ci sessiyasında qardaş ölkə Özbəkistan tərəfindən gündəmə gətirilən “Mərkəzi Asiya İqlim Dialoqu”nun başlanmasına ölkələrimiz adından böyük əhəmiyyət verirəm”.

Post navigation

Previous: Azərbaycanlı hakim Yunanıstanda mükafata layiq görülüb
Next: Parlamentlərarası İttifaqın Baş katibi Azərbaycana səfərə gəlib

Oxşar xəbərlər

sinirlioqlu
  • Gündəm

Azərbaycan Türkiyənin namizədini niyə dəstəkləmədi? – Sinirlioğlunun mübahisəli siyasi keçmişi

User 30 Oktyabr 2026 - 13:40
kulek_25
  • Gündəm

Bakıda güclü küləklə bağlı xəbərdarlıq verilib

User 18 Oktyabr 2026 - 14:19
turk xin
  • Gündəm

Türkiyə Azərbaycanı Müstəqilliyin Bərpası Günü münasibətilə təbrik edib

User 18 Oktyabr 2026 - 12:23

xƏBƏR

rubio
  • Dünya

Rubio Ukraynada sülhə inanmır – Putin Trampın G20 dəvətini rədd edə bilər

User 02 Noyabr 2026 - 10:35
ABŞ dövlət katibi Marko Rubio yaxın aylarda Ukraynada müharibənin dayandırılması ilə bağlı razılığa gəlməyin mümkünlüyünə şübhə ilə...
Read more about Rubio Ukraynada sülhə inanmır – Putin Trampın G20 dəvətini rədd edə bilər
4 bürc üçün çətin günlər bitir – Noyabrda həyatlarında nələr dəyişəcək? burcler
  • Maraqlı

4 bürc üçün çətin günlər bitir – Noyabrda həyatlarında nələr dəyişəcək?

User 02 Noyabr 2026 - 10:25
Çox yeyib kökəlməmək mümkündür? – Məşqçi vacib məqamları açıqladı pehriz
  • Maraqlı

Çox yeyib kökəlməmək mümkündür? – Məşqçi vacib məqamları açıqladı

User 02 Noyabr 2026 - 10:15
Ürəyi dayanan insanların beyni nə qədər işləyir? – Yeni araşdırma diqqət çəkdi urek
  • Maraqlı

Ürəyi dayanan insanların beyni nə qədər işləyir? – Yeni araşdırma diqqət çəkdi

User 02 Noyabr 2026 - 10:05
“Razılaşma əldə olunmasa, İrana qarşı yeni addımlar ata bilərik” – TRAMP tramp cixis
  • Dünya

“Razılaşma əldə olunmasa, İrana qarşı yeni addımlar ata bilərik” – TRAMP

User 02 Noyabr 2026 - 09:53
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.