Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Gündəm

BMT Baş katibi G20 ölkələrini COP29-un məqsədlərini dəstəkləməyə çağırıb

Orkhan Ali 18 Noyabr 2024 - 11:09 (Last updated: 21 May 2025 - 20:15)
qutter

BMT-nin Baş katibi Antonio Quterreş bazar günü, noyabrın 17-də Rio-de-Janeyroda toplaşan G20 liderlərini istixana qazı emissiyalarının azaldılması məsələsində “liderlik” nümayiş etdirərək Azərbaycanda eyni vaxtda keçirilən iqlim danışıqlarını dəstəkləməyə çağırıb.

Noyabrın 18-dən etibarən dünyanın ən böyük iqtisadiyyatlarının sammitinə qatılan Antonio Quterreş Braziliyada keçirdiyi mətbuat konfransında deyib: “COP29-da uğurlu nəticə hələ də əlçatandır, lakin bu, həm də C20 ölkələrindən liderlik və kompromis tələb edəcək”.

BMT-nin Baş katibi Bakıda davam edən danışıqlarda inkişaf etməkdə olan ölkələrə iqlim sərmayələri üçün 1 trilyon dollarlıq razılaşmanın əhəmiyyətini vurğulayıb. O deyib: “G20 ölkələri qlobal emissiyaların 80 faizinə malikdir və məhz onların bu məsələdə örnək olması lazımdır”.

ABŞ Prezidenti Cozef Bayden, öz növbəsində, administrasiyasının bu il ikitərəfli iqlim maliyyəsi üçün 11 milyard dollar ayırdığını bildirib. O, həmçinin iki ay ərzində onun vəzifəsini təhvil alacaq Prezident Donald Trampa istinad edərək, hökumətinin istiqamətləndirdiyi təmiz enerji inqilabının dönməz bir proses olduğunu vurğulayıb.

Braziliyanın ətraf mühit naziri Marina Silva bildirib ki, G20 iştirakçılarının “ev tapşırığını yerinə yetirməsi və Bakıda keçirilən COP29 danışıqlarının irəliləməsinə dəstək verməsi fundamental məsələdir”.

Post navigation

Previous: Gələn il minimum əmək haqqı və pensiya artırılacaq –
Next: Gələn il ehtiyac meyarı və yaşayış minimumu neçə manat olacaq? –

Oxşar xəbərlər

kulek_25
  • Gündəm

Bakıda güclü küləklə bağlı xəbərdarlıq verilib

User 18 Oktyabr 2026 - 14:19
turk xin
  • Gündəm

Türkiyə Azərbaycanı Müstəqilliyin Bərpası Günü münasibətilə təbrik edib

User 18 Oktyabr 2026 - 12:23
turk azerbaycan
  • Gündəm

Azərbaycanın milli maraqları və Türkiyənin regional siyasəti:

User 17 Oktyabr 2026 - 15:00

xƏBƏR

netanyahu
  • Dünya

Netanyahu parlament çoxluğunu itirdi – Hökumət böhranı yarana bilər

User 29 Oktyabr 2026 - 20:30
İsrailin Baş naziri Benyamin Netanyahunun rəhbərlik etdiyi koalisiya parlament seçkilərində Knessetdə 53 mandat qazanıb. Bununla da hökumət...
Read more about Netanyahu parlament çoxluğunu itirdi – Hökumət böhranı yarana bilər
Almaniya Litvada Rusiyaya qarşı elektron kəşfiyyat aparacaq Almaniya
  • Dünya

Almaniya Litvada Rusiyaya qarşı elektron kəşfiyyat aparacaq

User 29 Oktyabr 2026 - 20:20
Gəzərkən baldırınız ağrıyırsa, diqqətli olun – həkim xəstəliyin əlamətini açıqladı ayaq key
  • Maraqlı

Gəzərkən baldırınız ağrıyırsa, diqqətli olun – həkim xəstəliyin əlamətini açıqladı

User 29 Oktyabr 2026 - 20:10
Kartof zərərlidir, yoxsa faydalı? – Bu məhsulla bağlı 5 mif açıqlandı kartof qaynadilmis
  • Maraqlı

Kartof zərərlidir, yoxsa faydalı? – Bu məhsulla bağlı 5 mif açıqlandı

User 29 Oktyabr 2026 - 20:00
İran ABŞ-ın vitse-prezidentinin məktubuna cavab verməyib – Tehran susur vens
  • Dünya

İran ABŞ-ın vitse-prezidentinin məktubuna cavab verməyib – Tehran susur

User 29 Oktyabr 2026 - 19:47
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.