Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Gündəm

COP29 ərəfəsində dünyanın 200-ə yaxın KİV-i Azərbaycanla bağlı neqativ məlumat yayıb

Orkhan Ali 21 Dekabr 2024 - 17:09 (Last updated: 21 May 2025 - 20:15)
cop

Böyük maliyyə vəsaitinə və siyasi gücə malik dövlətlər hədəflərində olan başqa bir dövlətə beynəlxalq insan hüquqları təşkilatları vasitəsilə müxtəlif mövzularda dayanmadan hücumlar edir, bəyanatlar verdirir, beynəlxalq nüfuzunu zədələməyə çalışır, sanksiya və başqa vasitələrlə təhdid edirlər.

Bu barədə Milli Məclisinin Xarici müdaxilələrə və hibrid təhdidlərə qarşı komissiyasının hesabatında bildirilib.

Hesabatda qeyd olunur ki, özlərinin nəzarətində olan media qurumları vasitəsilə hədəfdə olan ölkəyə qarşı yalan və iftira dolu, birtərəfli mövqeyi əks etdirən yazılar hazırlayıb, proksi medialarda, müxtəlif dillərdə, o cümlədən Azərbaycan dilində dünya üzrə kütləvi şəkildə yayırlar.

Qeyd olunub ki, COP29-a ev sahibliyi yekdilliklə Azərbaycana verildikdən dərhal sonra beynəlxalq mediada ardıcıllıqla bir neçə irad üzrə kampaniya başladıldı. Hesabat müəllifləri vurğulayıblar ki, ortaya atılan birinci irad BMT-nin iqlim konfransına nə üçün neft ölkəsi ev sahibliyi etməlidir oldu. Dünyanın aparıcı media qurumları bu mövzunu manşetlərinə çıxarıblar, mövzu ətrafında güclü ajiotaj yaradıblar:

“Sanki Azərbaycan Respublikası BMT-nin tamhüquqlu üzvü deyil, başqa bir planetdə yerləşir və bu tədbiri keçirməyə haqqı çatmır. Məlumat üçün deməliyik ki, 1995-ci ildə keçirilən ilk COP-dan bəri ev sahibliyi edən ölkələrdən bir-ikisini çıxmaq şərti ilə, qalanları qalıq yanacaq istehsalçılarıdır. Yəni bununla bağlı Azərbaycanı ittiham etmək ən azı riyakarlıq hesab oluna bilər”.

Hesabatda qeyd olunub ki, növbəti irad isə vaxtilə Azərbaycan Respublikasının Dövlət Neft Şirkətində (SOCAR) yüksək vəzifə tutmuş şəxsin COP29-a rəhbər gətirilməsi məsələsi idi:

“Halbuki, Muxtar Babayev 5 ildən çox idi ekologiya və təbii sərvətlər naziri vəzifəsində işləyirdi, SOCAR-da isə ekologiya məsələləri üzrə məsul vəzifələrdə çalışmışdı. Bu arqument də əsassız olduğu üçün heç bir nəticə vermədi”.

Hesabatda vurğulanıb ki, COP29-a hüququnu Azərbaycana verən 197 ölkə və Avropa İttifaqı əleyhinə heç bir fikir səsləndirilməyib:

“Bəzi qüvvələr tərəfindən COP29-la bağlı yaradılan Təşkilat Komitəsində qadınların olmaması məsələsi ortaya atıldı, lakin bu məsələ də öz həllini tapandan sonra yeni bəhanə tapa bilmədikləri üçün köhnə, lakin “işlək” mövzu olan, iqlim konfransı ilə heç bir əlaqəsi olmayan insan hüquqları məsələsini, xüsusən də Azərbaycana və xalqımıza qarşı müharibə cinayətləri törətmiş erməni əsilli şəxslərin mühakiməsiz azad edilməsi və Ermənistanla sülh məsələlərini gündəmə gətirdilər. Bu günədək də əsasən sonuncu qeyd olunan mövzularda geniş kampaniya aparılır”.

Milli Məclisinin hazırladığı hesabat zamanı müəyyən edilib ki, ötən dövr ərzində aparılan media kampaniyası çərçivəsində dünyanın ən azı 25 nüfuzlu və 180-ə yaxın o qədər də populyar olmayan media qurumu Azərbaycanla bağlı neqativ məlumat yayıb.

Post navigation

Previous: PUA hucumuna görə Rostovda internet məhdudlaşdırılıb
Next: İki günə kartlardan 180 min oğurlanıb –

Oxşar xəbərlər

kulek_25
  • Gündəm

Bakıda güclü küləklə bağlı xəbərdarlıq verilib

User 18 Oktyabr 2026 - 14:19
turk xin
  • Gündəm

Türkiyə Azərbaycanı Müstəqilliyin Bərpası Günü münasibətilə təbrik edib

User 18 Oktyabr 2026 - 12:23
turk azerbaycan
  • Gündəm

Azərbaycanın milli maraqları və Türkiyənin regional siyasəti:

User 17 Oktyabr 2026 - 15:00

xƏBƏR

bebir
  • Maraqlı

Bəbirin hücumuna məruz qalan zoopark əməkdaşı öldü

User 27 Oktyabr 2026 - 23:13
Niderlandda safari parkının bəbirin hücumuna məruz qalan əməkdaşı vəfat edib. Associated Press agentliyinin məlumatına görə, hadisə şənbə...
Read more about Bəbirin hücumuna məruz qalan zoopark əməkdaşı öldü
Husilər Səudiyyənin Müdafiə Nazirliyini raketlə vurduqlarını açıqladı husiler
  • Dünya

Husilər Səudiyyənin Müdafiə Nazirliyini raketlə vurduqlarını açıqladı

User 27 Oktyabr 2026 - 22:22
Pezeşkian Putinlə görüşdü – Hansı məsələlər müzakirə edilib? putin pezeskian
  • Dünya

Pezeşkian Putinlə görüşdü – Hansı məsələlər müzakirə edilib?

User 27 Oktyabr 2026 - 21:36
Ramiz Mehdiyevə 14 il həbs cəzası verildi – Bütün əmlakı müsadirə olundu ramiz
  • Sosial

Ramiz Mehdiyevə 14 il həbs cəzası verildi – Bütün əmlakı müsadirə olundu

User 27 Oktyabr 2026 - 21:30
Maqnit implantları protez əli hiss etməyə imkan verdi – xəstə artıq hərəkətlərini gözlə izləməyə bilər protez
  • Maraqlı

Maqnit implantları protez əli hiss etməyə imkan verdi – xəstə artıq hərəkətlərini gözlə izləməyə bilər

User 27 Oktyabr 2026 - 20:48
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.