Pişiyə görə ərini məhkəməyə verdi

Hindistanın Bengaluru şəhərində qadın ondan daha çox pişiyinə qayğı və diqqət göstərən ərini məhkəməyə verib.

Bu barədə xarici KİV məlumat yayıb.

Qadın ərinin ondan çox ev pişiyinə diqqət yetirməsindən şikayətlənib.

O, iddia edib ki, əri ilə hər dəfə bu mövzunu müzakirə etmək istəyəndə mübahisə etməyə başlayırlar və əri onu təhqir edir.

Qeyri-adi ərizəyə baxan məhkəmə kişiyə qarşı istintaqı dayandırıb və qadını belə mənasız şikayətə görə cərimələyib. Bildirilib ki, bu cür ərizələr Hindistan ədliyyə sisteminin fəaliyyətinə mane olur. /unikal.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.