Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Kriminal

Sahil Babayevin işçisini döyən müharibə iştirakçısına həbs cəzası verildi

Orkhan Ali 02 Yanvar 2025 - 16:25 (Last updated: 21 May 2025 - 20:15)
xəbərdarlıq edilib

xəbərdarlıq edilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyindəki Sosial Xidmətlər Agentliyinin İdarə Heyətinin sədr müavini Zaur İsmayılovu xidmət başında döyən müharibə iştirakçısı hakim qarşısına çıxarılıb.

Musavat.com xəbər verir ki, təqsirləndirilən şəxs Elməddin Əhmədovdur. O, Vətən Müharibəsində iki dəfə yaralanaraq kəllə-beyin travması alıb və ona 3-cü dərəcə əlillik müəyyən edilib. E.Əhmədov bundan sonra mənzil növbəsinə dayanıb. Amma mənzil növbəsinin gec çatması onu özündən çıxarıb.

Əhmədov bir neçə dəfə Sosial Xidmətlər Agentliyinə gedərək mənzillə təmin olunmasını tələb edib. Ona bildirilib ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin balansında bir və ya iki otaqlı mənzillər yoxdur. Olduğu halda isə növbəlilik qaydasına görə ondan əvvəl növbədə duran şəxslər var.

Müəyyən edilib ki, sonuncu hadisədən əvvəl E.Əhmədov Sosial Xidmətlər Agentliyinə gedən zaman orada mübahisə edib və pəncərənin şüşəsini sındırıb. Sonuncu dəfə də Sosial Xidmətlər Agentliyinə gedərək növbədən kənar şəkildə qəbul edilməsini istəyib. Ona qəbula yazılmadığı izah olunub. Bildirilib ki, növbədəki şəxslər qəbul edildikdən sonra onu da qəbul edəcəklər.

Həmin gün E.Əhmədov Zaur İsmayılovun qəbulunda olub. Yenə də mənzillə təmin edilməsini istəyib. Ona mənzil növbəsində ondan əvvəl başqa şəxslərin olduğu izah olunub. Amma Əhmədov bununla razılaşmayıb və Zaur İsmayılova hücum edərək onun sifətinə zərbələr endirib. Ətrafda olanların müdaxiləsi ilə onu sakitləşdirərək polis əməkdaşlarına təhvil veriblər.

E.Əhmədova qarşı Cinayət Məcəlləsinin 315-ci (Hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) maddəsi ilə ittiham irəli sürülüb.

Məhkəmədə dindirilən Elməddin Əhmədov özünü təqsirli bilməyib.

Deyib ki, əlillik müəyyən ediləndən sonra yaşayış evi olmadığı üçün ev növbəsinə qeydiyyata alınıb. Mənzil almaq üçün dəfələrlə Agentliyə getdiyini deyən E.Əhmədov ona heç bir köməklik göstərilmədiyini bildirib.

Zaur İsmayılovu vurmasına gəlincə, E.Əhmədov bildirib ki, baş verənləri xatırlamır: “Onu vurmağım, hər hansısa bir xəsarət yetirməyim yadımda deyildir. Xəstəliyimlə bağlı baş verənləri xatırlamıram”.

Zərərçəkmiş sədr müavini Zaur İsmayılov məhkəməyə gəlməyib. Onu nümayəndəsi təmsil edib.

Z.İsmayılov istintaq zamanı ifadəsində bildirib ki, Elməddin Əhmədovun adı həmin gün qəbul olunacaq şəxslərin siyahısında olmayıb. Lakin onu qəbul ediblər.

“Onun narazılığının qarşısın almaq üçün qəbul edəcəyimizi bildirdik. Siyahıda olan şəxsləri qəbul etdikdən sonra onu qəbul etdim. Qəbul zamanı dərhal həmin gün mənzillə təmin olunmasını tələb etdi. Bunun mümkün olmadığını izah etdim. Qəflətən mənə tərəf yaxınlaşaraq üzərimə hücum edib yumruqla sifətimə zərbələr vuraraq xəsarət yetirib”- deyə Z.İsmayılov əlavə edib.

Z.İsmaylov təqsirləndirilən şəxsə qanunvericiliyin tələblərinə uyğun olaraq cəza verilməsini istəyib.

E.Əhmədov Cinayət Məcəlləsinin 315-ci maddəsi ilə təqsirli bilinib və ona 2 il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilib. O, bu müddət ərzində elektron nəzarət vasitəsi gəzdirəcək.

Post navigation

Previous: Aktyor Azər Baxşəliyev komadadır
Next: Terrorçu Kəşfiyyat naziri təyin edildi: Türkiyə MİT ilə…-DOSYE

Oxşar xəbərlər

Qətl
  • Kriminal

Şəmkirdə kişi qadını öldürüb intihar etdi – hadisənin təfərrüatları açıqlandı

User 17 Noyabr 2026 - 09:55
avtomobil xidmeti
  • Kriminal

Maşının qapısını açıq qoydu, 6 min manatını oğurladılar

User 14 Noyabr 2026 - 15:52
haker telebe
  • Kriminal

Tələbələrin fotolarını süni intellektlə montaj edən şəxs saxlanıldı – VİDEO

User 13 Noyabr 2026 - 19:34

xƏBƏR

amazonka tayfa
  • Maraqlı

Meşədə insanlardan gizli yaşayan qəbilə kömək istədi – Səbəb nədir?

User 18 Noyabr 2026 - 15:26
Amazon meşələrində yaşayan təcrid olunmuş yerli qəbilə uzun illərdən sonra insanlarla əlaqə qurub. Ehtimal olunur ki, buna...
Read more about Meşədə insanlardan gizli yaşayan qəbilə kömək istədi – Səbəb nədir?
Putin, Tramp və Si Cinpin arasında danışıqların mövzuları açıqlanıb tramp putin cin
  • Dünya

Putin, Tramp və Si Cinpin arasında danışıqların mövzuları açıqlanıb

User 18 Noyabr 2026 - 15:22
Almaniyanın xarici işlər naziri Bakıdan Ermənistana uçub alman xin
  • Dünya

Almaniyanın xarici işlər naziri Bakıdan Ermənistana uçub

User 18 Noyabr 2026 - 14:28
Trampın Çinə səfəri başladı – VİDEO tramp cin sedri01
  • Dünya

Trampın Çinə səfəri başladı – VİDEO

User 18 Noyabr 2026 - 13:48
Kembric lüğəti 2026-cı ilin sözünü seçdi – Süni intellekt dövrünün mesajı luqet kembric
  • Mədəniyyət

Kembric lüğəti 2026-cı ilin sözünü seçdi – Süni intellekt dövrünün mesajı

User 18 Noyabr 2026 - 13:14
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.