Sumqayıtda bir ailənin 5 üzvü dəm qazından zəhərləndi

Sumqayıtda bir ailənin 5 üzvü dəm qazından zəhərlənib.

AzPost “Report”a istinadən xəbər verir ki, hadisə şəhərin 18-ci məhəlləsində qeydə alınıb.

Belə ki, 1981-ci il təvəllüdlü İlqar Adil oğlu Süleymanov, həyat yoldaşı 1986-cı il təvəllüdlü Könül Zakir qızı Süleymanova, övladları; 2006-cı il təvəllüdlü Yetər İlqar qızı Süleymanova, 2007-ci il təvəllüdlü Turanə İlqar qızı Süleymanova və 2008-ci il təvəllüdlü Ülvi İlqar oğlu Süleymanov yaşadıqları evdə dəm qazından zəhərləniblər. Zərərçəkənlər xəstəxanaya çatdırılıb. Faktla bağlı araşdırma aparılır.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.