Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Kriminal

Qadın onu baltalayan ərini bağışladı…

Orkhan Ali 13 Yanvar 2025 - 17:34 (Last updated: 21 May 2025 - 20:15)
1 copy

Ötən il həyat yoldaşı M.Qasımovaya balta ilə xəsarət yetirən E.Qasımovun məhkəməsi başa çatıb.

AzPost “Qafqazinfo”ya istinadla xəbər verir ki, o, Cinayət Məcəlləsinin 126.1-ci (Qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə təqsirli bilinib.

Hadisə 7 avqust tarixində Naxçıvanın Şərur rayonunda qeydə alınıb. Araşdırmalar zamanı məlum olub ki, 57 yaşlı E.Qasımov arvadına əsəbiləşərək balta ilə baş nahiyəsinə zərbə endirib: “İçki aludəçisi deyiləm. Hadisəni törədəndə ayıq vəziyyətdə idim. İnsidentdən bir neçə gün əvvəl dostlarımla yeyib-içmişdim. Evə gəldikdən sonra arvadım dayanmadan deyinir, ünvanıma xoşagəlməz sözlər deyirdi. Mən də əsəbi olduğumdan və onu qorxutmaq üçün xəsarət yetirmək istədim. Lakin öldürmək niyyətim olmayıb. Belə bir istəyim olsaydı, arvadımın mənə gücü çatmazdı, onu həmin vaxt öldürə bilərdim. Tutduğum əməldən peşmanam, xahiş edirəm, məni bağışlasın”.

50 yaşlı M.Qasımova da hadisənin onun deyinməsi səbəbindən baş verdiyini düşünür: “Ərim spirtli içkini mütəmadi olaraq içməsə də, onun, ümumiyyətlə, içki içməsini istəmədiyim üçün hadisə günü bununla bağlı öz-özümə deyinirdim. E.Qasımovu təhqir etməmişəm, ailədaxili münaqişəmiz olsa da, heç vaxt güclü mübahisə olmayıb. Bir-birimizə əl qaldırmamışıq. Vəziyyətin bu yerə gəlmə səbəbini bilmirəm. Onu övladlarımıza görə bağışlayıram, şikayət və tələbim yoxdur. Gələcəkdə də heç bir şikayət və tələbim olmayacaq. Lakin qanun çərçivəsində cəzalandırılmasını istəyirəm”.

Naxçıvan Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə E.Qasımova 3 il 6 ay həbs cəzası verilib.

Post navigation

Previous: Məhkəmə “Baku Non Ferrous and Foundry Company” şirkəti ilə bağlı cərimə qərarı çıxardı
Next: “Amin Mərdəkanski”nin qətlinə görə daha bir nəfər TUTULUB

Oxşar xəbərlər

Qətl
  • Kriminal

Şəmkirdə kişi qadını öldürüb intihar etdi – hadisənin təfərrüatları açıqlandı

User 17 Noyabr 2026 - 09:55
avtomobil xidmeti
  • Kriminal

Maşının qapısını açıq qoydu, 6 min manatını oğurladılar

User 14 Noyabr 2026 - 15:52
haker telebe
  • Kriminal

Tələbələrin fotolarını süni intellektlə montaj edən şəxs saxlanıldı – VİDEO

User 13 Noyabr 2026 - 19:34

xƏBƏR

S400
  • Dünya

Türkiyə Rusiyanın S-400-lərini kimə satıb? – Moskva Ankara ilə danışıqları açıqladı

User 20 Noyabr 2026 - 23:10
Rusiya Türkiyənin S-400 zenit-raket komplekslərini üçüncü ölkəyə satmaq ehtimalı ilə bağlı Ankara ilə dialoqun sakit və qarşılıqlı...
Read more about Türkiyə Rusiyanın S-400-lərini kimə satıb? – Moskva Ankara ilə danışıqları açıqladı
Futbol tarixinin ən yaxşı 50 oyunçusu seçildi – Messi siyahıda yoxdur futbol siya
  • İdman

Futbol tarixinin ən yaxşı 50 oyunçusu seçildi – Messi siyahıda yoxdur

User 20 Noyabr 2026 - 22:48
İnsan ölərkən beynində nə baş verir? – Alimlər qeyri-adi aktivlik qeydə aldı olum vefat
  • Maraqlı

İnsan ölərkən beynində nə baş verir? – Alimlər qeyri-adi aktivlik qeydə aldı

User 20 Noyabr 2026 - 20:00
Qarın piyləri qadınlarda diabet riskini 7 dəfə artırır –araşdırma Pəhriz
  • Maraqlı

Qarın piyləri qadınlarda diabet riskini 7 dəfə artırır –araşdırma

User 20 Noyabr 2026 - 19:45
ABŞ Avropada terror xəbərdarlığı yayıb – Milad yarmarkaları risk altındadır Avropa
  • Dünya

ABŞ Avropada terror xəbərdarlığı yayıb – Milad yarmarkaları risk altındadır

User 20 Noyabr 2026 - 19:33
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.