Bakı-Qazax yolunda 6 avtomobil toqquşub, xəsarət alan var- FOTO

Ucarda yük və minik avtomobillərinin iştirakı ilə zəncirvari yol qəzası baş verib.

APA-nın yerli bürosunun xəbərinə görə, hadisə Bakı-Qazax yolunda, Ucarın Alpout kəndi ərazisində qeydə alınıb.

Bakı istiqamətində hərəkətdə olan 2 “Opel”, 3 “KamAZ” və 1 “Mercedes” markalı maşın toqquşub. Nəticədə maşınlara ciddi ziyan dəyib. Qəza zamanı Tovuz rayon sakini, 1998-ci il təvəllüdlü Məhəmməd Nizami oğlu İsmayılov xəsarət alaraq Ucar Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.

İlkin ehtimala görə, qəzaya dumanlı hava şəraiti səbəb olub.

Faktla bağlı araşdırma aparılır.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.