Bakıda söküntü işləri ardıcıllıqla, Baş Plan əsasında reallaşdırılır. AzPost APA-ya istinadla xəbər verir ki, bunu Başı şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov jurnalistlərə açıqlamasında deyib.
O, bu haqda mətbuata ardıcıl məlumat verildiyini qeyd edib.
Xatırladaq Baş Plan paytaxtın 212,3 min hektarlıq bütün inzibati ərazisini əhatə edir. Növbəti 20 il ərzində şəhərin əsas inkişaf prioritetlərini özündə əks etdirir. O cümlədən, güclü və dayanıqlı inkişafı təmin edəcək mütəşəkkil çoxmərkəzli şəhər, ərazilərdən kompleks istifadə nəticəsində formalaşan dayanıqlı şəhər mühiti, mədəni və tarix-memarlıq irsinin qorunması, ərazi zonalaşdırılması, əsaslı tikinti, nəqliyyat və sosial infrastrukturlar, kommunal sistemlər, ətraf mühitin təmizlənməsi və ərazilərin abadlaşdırılması tədbirləri habelə post-sənaye dövrünə keçidi təmin edəcək yeni şəhər iqtisadiyyatı, Bakıda söküntü işləri məsələlərini özündə ehtiva edir.