Gələn aydan dəfn pulu artırlır- VİDEO

dəfn pulu
dəfn pulu
Fevral ayında minimum pensiya məbləği artırılaraq 280 manatdan 320 manatadək çatdırılacaq.
AzPost bildirir ki, bu barədə deputat Vüqar Bayramov məlumat verib.
Aşağı pensiyalarda 14.3 faizlik artım orta pensiya məbləği ilə yanaşı dəfn üçün müavinətin məbləğinə də təsir göstərəcək.
Dəfn pulu ömürlük, yaşa, əlilliyə və ailə başçısını itirməyə görə müavinət, işsizlikdən sığorta ödənişi alan və sığortaolnan şəxslərə də ödənilir.
Mövcud qanunvericiliyə əsasən sığortaolunan şəxs vəfat etdikdə – 500 manat, əmək pensiyaçıları vəfat etdikdə isə əmək pensiyasının minimum məbləğinin üç misli məbləğində ödəniş edilir.
Bu o deməkdir ki, əmək pensiyaçı vəfat etdikdə dəfn üçün müavinət gələn ay 840 (280 manat X 3) manatdan 960 (320 manat X 3) manata yüksələcək.
Bütövlükdə, hər iki istiqamətdə dəfn üçün müavinətin daha da artırılması müzakirə edilən məsələlərdəndir. Fiskal gəlirlərə uyğun olaraq bu istiqamətdə artımlar həyata keçirilir.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.