Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • İqtisadiyyat

Ötən il fermerlərə 75 milyon manat güzəştli kredit verilib

User 23 Yanvar 2025 - 18:04 (Last updated: 21 May 2025 - 20:15)
güzəştli kredit

güzəştli kredit

2024-cü ilin yanvar-dekabr ayları ərzində Aqrar Kredit və İnkişaf Agentliyi tərəfindən aqrar sektorda fəaliyyət göstərənlərə güzəştli kredit ayrılıb.  4105 fiziki və hüquqi şəxsə 75.4 milyon manat məbləğində güzəştli kredit verilib.

AzPost bildirir ki, bu barədə Kənd Təsərrüfatı Nazirliyinin Aqrar Tədqiqatlar Mərkəzinin dekabr ayı üçün olan hesabatında bildirilir.

Bunun 50.6 milyon manatı texnika və avadanlıq təyinatlı kreditlər, 4 milyon manatı güzəştli kreditlər, 20.8 milyon manatı isə mikrokreditlər olub.

Güzə.tli kreditlər Aqrar Kredit və İnkişaf Agentliyinin vəsaiti hesabına Kənd təsərrüfatına dəstək üçün illik 7% və ya 12%-lə verilir. Həmçinin, güzəştli şərtlərlə kənd təsərrüfatı avadanlığı və texnikası, damazlıq heyvan alışı üçün nəzərdə tutulan kreditlər mövcuddur.

Belə ki, sahibkar tərəfindən texnikanın dəyərinin 20%-i həcmində ilkin ödəniş, dövlət tərəfindən 40 %-i həcmində subsidiya (güzəşt), qalan məbləğ isə Bank tərəfindən faizsiz kreditləşməklə kənd təsərrüfatı texnikası əldə etmək mümkündür.

Damazlıq heyvan alışı üçün isə heyvanın dəyərinin 25%-i həcmində ilkin ödəniş, dövlət tərəfindən 60% subsidiya (güzəşt), qalan məbləğ isə illik 7%-lə Bank tərəfindən kreditləşdirilir.

Kreditin həddi və müddəti:

  1. 1 000 manatadək – mikro kreditlər üçün – güzəşt müddəti 12 ayadək olmaqla 2 (iki) ilədək;
  2. 1000 manatdan 20 000 manatadək kiçik həcmli kreditlər üçün – güzəşt müddəti 18 ayadək olmaqla 3 (üç) ilədək,
  3. 20000 manatdan 50 000 manatadək orta  həcmli kreditlər üçün – güzəşt müddəti 18 ayadək olmaqla 3 (üç) ilədək,;
  4. 50000 manatdan 200 000 manatadək böyük  həcmli kreditlər üçün – güzəşt müddəti 24 ayadək olmaqla 5 (beş) ilədək;

Kredit faizi və komission haqqı:

  1. İllik faiz dərəcəsi –  7%;
  2. Kreditin qiymətləndirilməsi və göstərilən digər xidmətlərə görə İdarə Heyətinin müəyyən etdiyi həddə komission haqqı

Kreditin və faizin ödənişi

  1. Kreditə hesablanmış faizin ödənişi ayda bir dəfədən az olmamaqla;
  2. Əsas borcun ödənişi əsas borca tətbiq olunmuş güzəşt dörvü başa çatdıqdan sonra kredit müqaviləsində nəzərdə tutulmuş müddətdən başlayaraq ödənilir.

Kreditə müraciət edənlər aşağıdakı sənədləri təqdim edir:

  1. Kredit ərizəsi;
  2. Biznes plan (kredit layihəsi);
  3. Təqdim edilən layihə məbləğinin ən azı 30%-i sahibkarın öz vəsaiti olduqda;
  4. Kreditin təminatı kimi likvid girov əmlakı ;
  5. Girov əmlakının sığortalanması məqsədəuyğundur;
  6. Birgə borclulardan girov təminatı tələb olunmur;
  7. Birgə borclular qrupunun üzvlərindən həyat sığortası tələb olunur.

Post navigation

Previous: Yük maşını yolu keçən yaşlı kişini belə vurdu
Next: Lavrov-Mirzoyan danışıqlarının bəzi detalları açıqlanıb

Oxşar xəbərlər

qaz nəqli
  • İqtisadiyyat

Rusiya Türkiyəyə qaz nəqlini kəskin artırdı – Noyabrda tədarük 4 dəfə yüksəldi

User 07 Noyabr 2026 - 20:30
ciraq
  • İqtisadiyyat

“Çırağ”ın gətirdiyi qazanc…- 29 ilə 60 mlrd dollar

User 07 Noyabr 2026 - 13:17
neft
  • İqtisadiyyat

Azərbaycan neftinin qiyməti 107 dolları ötüb

User 07 Noyabr 2026 - 10:26

xƏBƏR

ilham ali herbi
  • Siyasət

Prezident İlham Əliyev Zəfər günü ilə bağlı paylaşım edib – VİDEO

User 07 Noyabr 2026 - 20:35
Prezident İlham Əliyevin sosial media hesablarında 8 Noyabr – Zəfər günü ilə bağlı paylaşım edilib.   https://www.youtube.com/watch?v=7aNosPCC6as...
Read more about Prezident İlham Əliyev Zəfər günü ilə bağlı paylaşım edib – VİDEO
Rusiya Türkiyəyə qaz nəqlini kəskin artırdı – Noyabrda tədarük 4 dəfə yüksəldi qaz nəqli
  • İqtisadiyyat

Rusiya Türkiyəyə qaz nəqlini kəskin artırdı – Noyabrda tədarük 4 dəfə yüksəldi

User 07 Noyabr 2026 - 20:30
BMT-nin Baş katibinin gizlətdiyi nasist keçmişi – Kurt Valdhaymın böyük sirri bmt katib nasist
  • Araşdırma

BMT-nin Baş katibinin gizlətdiyi nasist keçmişi – Kurt Valdhaymın böyük sirri

User 07 Noyabr 2026 - 20:13
Rza Pəhləviyə “Azadlıq” mükafatı verildi – İranın gələcəyi ilə bağlı mesaj pehlevi iran sah
  • Dünya

Rza Pəhləviyə “Azadlıq” mükafatı verildi – İranın gələcəyi ilə bağlı mesaj

User 07 Noyabr 2026 - 19:45
İrana qarşı yeni müharibə planı – Trampa yanvara qədər vaxt verilir Tramp
  • Dünya

İrana qarşı yeni müharibə planı – Trampa yanvara qədər vaxt verilir

User 07 Noyabr 2026 - 19:41
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.