Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Sosial

Özünə “moyka” açmaq istəyən işsizlərin NƏZƏRİNƏ!

Orkhan Ali 24 Yanvar 2025 - 13:35 (Last updated: 21 May 2025 - 20:15)
"moyka" açmaq

"moyka" açmaq

Özünə “moyka” açmaq istəyən işsizlərin NƏZƏRİNƏ!

İşsiz və kiçik biznes qurmaq istəyənlər üçün yeni imkanlar yaradılıb.

AzPost BAKU.WS-ə istinadən xəbər verir ki, Dövlət Məşğulluq Agentliyi tərəfindən icra olunan özünüməşğulluq proqramının əhatə etdiyi iqtisadi fəaliyyət sahələrinin sırasına yeni istiqamətlər əlavə olunub.

Sözügedən Proqramın zərflər siyahısına “Qəssab dükanı”, “Kotançılıq”, “Özünəxidmət avtoyuma”, “Avtodəmirçi və zədələrin boyasız təmiri xidmətləri” və “Avtorazval xidmətləri” istiqamətləri də daxil edilib. nBu xidmətlər zərfinin hər birinə müraciət edən işsiz vətəndaşlar, bu istiqamətlər üzrə fəaliyyət göstərmək üçün lazım olan bütün avadanlıqlarla təmin olunacaqlar.

Vətəndaşlara təqdim edilən aktivlərin siyahısı:

Qəssab dükanı

– Ət üçün vitrin soyuducusu – 1 ədəd, ət dondurucu soyuducusu – 1 ədəd, elektron tərəzi – 1 ədəd, elektrikli ətçəkən maşın – 1 ədəd, balta, kötük, bıçaq dəsti – 1 ədəd, kondisioner – 1 ədəd.

Kotançılıq xidməti

– Avadanlıq (torpağın əkilməsi, suvarma xəttlərinin çəkilməsi üçün) – 1 ədəd, qoşqu – 1 ədəd.

Özünəxidmət avtoyuma,  “moyka” açmaq üçün

– Özünəxidmət avtoyuma avadanlığı – 2 ədəd, hava Kompressoru – 2 ədəd, təhlükəsizlik kamerası – 1 ədəd, tozsoran – 1 ədəd.

Avtodəmirçi xidmətləri və PDR (zədələrin boyasız təmiri)

– PDR alətlər dəsti – 1 ədəd, LED işıq sistemi – 1 ədəd, qaynaq aparatı – 1 ədəd, dartıcı mexanizm – 1 ədəd, laqonda – 1 ədəd, açar dəsti – 1 ədəd, qaynaq dəbilqəsi – 1 ədəd, hava kompressoru – 1 ədəd, domkrat – 1 ədəd, pnevmatik zimpara – 1 ədəd, çəkic dəsti – 1 ədəd.

Avtorazval xidməti

– 3D Təkər tənzimləmə (razval) aparatı – 1 ədəd, açar dəsti – 1 ədəd, işçi masası və stul – 1 ədəd.

Layihədə iştirak qaydası

“Məşğulluğa Dəstək Layihəsi”ndə işsiz kimi qeydiyyatda olan şəhid ailəsi üzvləri, müharibə iştirakçıları, əlilliyi olan şəxslər, məcburi köçkünlər, ünvanlı sosial yardımı alanlar, qadınlar, gənclər və həssas qruplardan olan digər şəxslər iştirak edə bilərlər.

Layihədə iştirak etmək üçün:

Regional Məşğulluq filialı/ DOST Mərkəzinə qeydiyyatdan keçmək üçün müraciət edilir. RMF/DOST mərkəzi şəxsi ƏMAS-da qeydiyyatdan keçirdir. Karyera məsləhətçisi şəxsin məşğulluq imkanlarını qiymətləndirir (MİQ) və şəxsə FMP (fərdi məşğulluq proqramı) tərtib edilir. Şəxs MİQ nəticəsi olaraq ÖM-yə uyğun olduğu təqdirdə növbəlilik reyestrinə salınır. Şəxsin növbəliliyi çatanda DMA tərəfindən Özünüməşğulluğa cəlb etmə ilə bağlı ilkin monitorinq təşkil olunur. İlkin monitorinqin nəticəsi müsbət olduğu təqdirdə layihədə iştirak tələblərinə uyğun olan işsiz şəxslər ilkin mərhələdə biznes təlimlərinə cəlb edilirlər.

40 saatlıq “Öz biznesinə başla və təkmilləşdir” təlim kursunu tamamladıqdan sonra layihə iştirakçıları öz biznes planlarını hazırlayır və onu müdafiə edirlər. Qiymətləndirmədən uğurla keçən şəxslər istehsal və xidmət sahələri üzrə avadanlıqlarla təmin olunurlar.

Avadanlıqla təmin olunan şəxslərin öz bizneslərini təkmilləşdirməsi və uğurla idarə etməsi məqsədilə bir il ərzində texniki peşə təlimləri və mentor səfərləri təşkil edilir.

Eyni zamanda, özünüməşğulluğa cəlb olunmuş şəxsin fəaliyyəti müqavilə müddəti ərzində 4 dəfə olmaqla müşahidə edilir və müqavilə müddətinin sonunda həmin şəxsin fəaliyyəti təqdim edilmiş biznes plana uyğun olduqda, əmlak vətəndaşın mülkiyyətinə daimi olaraq verilir.

Layihədən yararlanan şəxs təqdim olunmuş avadanlığı 1 il ərzində üzrlü səbəb olmadan istifadə etmədikdə;

həmin əmlakı və yaxud onun dəyərini əmlak qaytarılan vaxt müəyyən edilmiş bazar qiymətinə uyğun olaraq Dövlət Məşğulluq Agentliyinin hesabına qaytarmalıdır.

Layihə barəsində “142” – Çağrı mərkəzinə zəng etməklə daha ətraflı məlumat əldə etmək olar.

Post navigation

Previous: Gəncə Teatrı – 50 illik yubileyindən GÖRÜNTÜLƏR –
Next: Firəngiz Əlizadə yenidən Bəstəkarlar İttifaqının sədri seçilib

Oxşar xəbərlər

nvidia rehber
  • Sosial

Nvidia-nın sabiq rəhbəri şirkəti də aldadıb – Çinli qadınla münasibətini gizlədib

User 14 Noyabr 2026 - 15:38
avto yaqisli hava
  • Sosial

Sabaha olan hava proqnozu

User 14 Noyabr 2026 - 14:47
der leyen
  • Sosial

Avropa süni intellektə 500 milyard avro yatırmaq istəyir

User 14 Noyabr 2026 - 12:07

xƏBƏR

nvidia rehber
  • Sosial

Nvidia-nın sabiq rəhbəri şirkəti də aldadıb – Çinli qadınla münasibətini gizlədib

User 14 Noyabr 2026 - 15:38
Nvidia şirkətinin sabiq rəhbəri Censen Huang ətrafında yaranan qalmaqal yeni mərhələyə qədəm qoyub. Məlum olub ki, o,...
Read more about Nvidia-nın sabiq rəhbəri şirkəti də aldadıb – Çinli qadınla münasibətini gizlədib
Azərbaycanda ən populyar sosial şəbəkə hansıdır? – Facebook geridə, Instagram nə yerdədir? / STATİSTİKA sosial sebeke
  • Media

Azərbaycanda ən populyar sosial şəbəkə hansıdır? – Facebook geridə, Instagram nə yerdədir? / STATİSTİKA

User 14 Noyabr 2026 - 15:15
Tramp, Putin və Si Cinpin bir masa arxasında – Üç liderin görüş tarixi açıqlandı tramp putin cin
  • Baş Yazı

Tramp, Putin və Si Cinpin bir masa arxasında – Üç liderin görüş tarixi açıqlandı

User 14 Noyabr 2026 - 14:53
Sabaha olan hava proqnozu avto yaqisli hava
  • Sosial

Sabaha olan hava proqnozu

User 14 Noyabr 2026 - 14:47
Avropa süni intellektə 500 milyard avro yatırmaq istəyir der leyen
  • Sosial

Avropa süni intellektə 500 milyard avro yatırmaq istəyir

User 14 Noyabr 2026 - 12:07
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.