Firəngiz Əlizadə yenidən Bəstəkarlar İttifaqının sədri seçilib

Firəngiz Əlizadə
Firəngiz Əlizadə

Firəngiz Əlizadə yenidən Bəstəkarlar İttifaqının sədri seçilib

Bu gün Azərbaycan Bəstəkarlar İttifaqının XI qurultayı keçirilib. AzPost xəbər verir ki, APA-nın əldə etdiyi məlumata görə, qurultayda mədəniyyət naziri Adil Kərimli də iştirak edib.

Nazir çıxışında qurultay iştirakçılarına tövsiyələrini bildirib, ittifaqa gələcək fəaliyyətində uğurlar arzulayıb.

Bir sıra məruzələr dinlənilib.

Daha sonra sədr seçkisi olub. Səsvermə nəticəsində Xalq artisti Firəngiz Əlizadə yenidən ittifaqın sədri seçilib.

Qeyd edək ki, 75 yaşlı bəstəkar 2007-ci ildən Bəstəkarlar İttifaqına rəhbərlik edir.

Xatırladaq ki, Firəngiz Əlizadə müasir Azərbaycan musiqi mədəniyyətinin dünya miqyasında ən tanınmış simalarındandır. Onun əsərləri xarici ölkələrdə ən böyük konsert və teatr səhnələrində, beynəlxalq festivallarda ifaçılar tərəfindən səsləndirilir. Onun musiqiləri milyonlarla xarici dinləyici tərəfindən böyük rəğbətlə qarşılanaraq beynəlxalq arenada şöhrət qazanıb.

Bəstəkarın əsərləri bunlardır.
  • Sonata № 1 — piano üçün (Alban Berqin xatirəsinə ithaf olunub). İlk ifa: 1970, Bakı, Azərbaycan.
  • Simfoniya. 1976.
  • “Vətən haqqında nəğmələr” — oratoriya (Nəbi Xəzrinin sözlərinə). İlk ifa: 1976, Bakı.
  • “Fantaziya” — orqan üçün. 1977. İlk ifa: 1978, Bakı.
  • Simli kvartet. İlk ifa: 1978, Tbilisi, Gürcüstan.
  • “Monoloq” — violonçel və zərb alətləri üçün. İlk ifa: 1979, Bakı.
  • “Habil Sayağı” – violonçel və fortepiano üçün. İlk ifa: 1979, Leninqrad, Rusiya.
  • “Komsomol odası” – xor və simfonik orkestr üşün (Davud Nəsibin sözlərinə). 1982, Bakı.
  • “Ağ atlı oğlan haqqında əfsanə” – rok-opera. 1982.
  • “Kvartet-Poema” – klarnet, skripka və iki zərb aləti üçün. İlk ifa: 1983, Bakı.
  • Simfoniya, ikinci redaksiya. 1984.
Bəstəkarın əsərləri
  • “Üç akvarel” – vokal silsilə (Nigar Rəfibəylinin sözlərinə). İlk ifa: 1987, Bakı.
  • “Zu den Kindertotenliedern” (Qustav Malerin xatirəsinə ithaf olunub). İlk ifa: 1989, Zürix, Almaniya.
  • “Music for Piano” (“Piano üçün musiqi”). İlk ifa: 1989, Los-Anceles, ABŞ.
  • “Dilogiya II”. İlk ifa: 1990, Zürix, İsveçrə.
  • Sonata № 2 – piano üçün. İlk ifa: 1990, Heydelberq, Almaniya.
  • “From Japanese Poetrie” (“Yapon poeziyasından”) — vokal silsilə, 3 ifaçı: soprano, fleyta, piano/vibrafon/çelesta üçün. (İ. Takubokunun sözlərinə). 1990. İlk ifa: 1995, Bern, İsveçrə.

 

  • “Crossing-I” (“Çarpazlaşma-I”) – 2 ifaçı: klarnet və vibrafon/klavesin üçün. 1991. İlk ifa: 1995, Bern, İsveçrə.
  • “Crossing-II” (“Çarpazlaşma-II”) – 11 ifaçı üçün. 1992. İlk ifa: 1995, Bern, İsveçrə.
  • “Boş beşik” – iki pərdəli balet (Nicat Cüməlinin poeması əsasında). 1993, Mersin, Türkiyə.
  • “Muğam Sayağı” (3 saylı simli kvartet) — simli kvartet, zərb alətləri və sintezator üçün. 1993, Nyu-York, ABŞ
  • “Phantasie” – solo gitara üçün. İlk ifa: 1994, Wintetur, Almaniya.
  • “Miraj” (“İpək yolu” silsiləsindən) – ud və kamera ansamblı üçün. İlk ifa: 1998, Amsterdam, Niderland.
Bəstəkarın əsərləri
  • “Azərbaycan pastoralı” – fleyta, iki gitara və zərb alətləri üçün. 1998, Luqano, İsveçrə.
  • “Strum und Drang” – simfonik orkestr üçün. 1998, Köln, Almaniya.
  • “Aşk havası” (“İpək yolu” silsiləsindən) – solo violonçel üçün. 1998. Tallin, Estoniya
  • “Oasis” (4 saylı simli kvartet; “İpək yolu” silsiləsindən) – simli kvartet və maqnit yazısı üçün. 1999, Qlazqo, Şotlandiya.
  • “Silk road” Konserti – zərb alətləri və kamera orkestri üçün. 1999, Lüsern, İsveçrə.
  • “İtirilmiş zaman axtarışında” (“İn Search of Lost Time”) – soprano və kamera orkestri üçün (müəllifin sözlərinə). 1999, Orhus, Danimarka.
Bəstəkarın əsərləri
  • “Власть красоты” – romans, tenor və simli kvartet üçün. (A. S. Puşkinin sözlərinə). 1999, Sankt-Peterburq, Rusiya.
  • “Ölümsüzlüyə səyahət” oratoriyası – bariton, xor və simfonik orkestr üçün (Nazim Hikmətin sözlərinə). 1999, Lüsern, İsveçrə.
  • “Gottes ist der Orient” – xor, orqan, arfa və zərb alətləri üçün (Azərbaycan şairlərinin sözlərinə və V. Hötenin “Şərq-Qərb Divanı” poeması əsasında. Azərb. və alman dillərində). İlk ifa: 2000, Köln, Almaniya.
  • “Dərviş” septeti — qiraətçi, solo violonçel və ansambl üçün. 2000. İlk ifa: 2001, Votersen, Almaniya (“Schleswig Holstein” Musik Festival).
Bəstəkarın əsərləri
  • “Abşeron” kvinteti – piano (prepare) və simli kvartet üçün. 2001, Paris, Fransa.
  • “Du Don De Sol” – balet. “Absheron Quintet” əsərinin musiqisi əsasında, Paulo Ribieronun xoreoqraflığı ilə “Kronos Quartet” və müəllifin ifasında. “Arseni Tarkovskinin kino dünyası” baleti. Portuqaliya, Lissabon. 2002/2003.
  • “Bayatılar” – “Hilliard” ansamblı üçün (kişilərdən ibarət vokal kvartet). 2001, Bonn, Almaniya.
  • “Dəyişmə” – iki arfa və maqnit yazısı üçün. 2001, İstanbul, Türkiyə.
  • Konsert – marimba və simli orkestr üçün. 2001. İlk ifa: 2002, Ştutqard, Almaniya, (III Beynəlxalq Marimba Müsabiqəsi)
  • “Stadt Graniza”. Balet. İlk ifa: 2001, Berlin, Almaniya

 

  • “Mərsiyə” – violonçel və simfonik orkestr üçün Konsert. 2002, Lissabon, Portuqaliya.
  • “Nağıllar” – böyük simfonik orkestr üçün. 2002, Lüsern, İsveçrə.
  • “Metamorphoses”(“Şüştər”) – 12 violonçel üçün. 2002, Berlin, Almaniya.
  • “Song of Azerbaijan” – balet. “Muğam Sayağı” əsərinin musiqisi əsasında, “Kronos Quartet”in ifasında, “Pearl Lang” Balet Company. Broadway, New-York, ABŞ. 2000/2003.
  • “İthaf” – böyük simfonik orkestr üçün. 2003, Bakı, Azərbaycan.
Bəstəkarın əsərləri
  • “Sabah” – violin, violonçel, bifa (çin aləti) və hazırlanmış royal üçün. İlk ifa: 2003, San-Dieqo, ABŞ. “Aspen” festivalı.
  • “Yanar Dağ” – violonçel və bayan üçün. 2003, Zermatt, İsveçrə.
  • “One” – fin xoreoqrafik qrupunun baleti, Helsinki, 2003/2005.
  • “Zikr” – Avropa, Asiya və Qafqaz musiqi alətlərindən ibarət “Atlas” orkestri üçün. (İ. Nəsiminin sözlərinə). 2004, Amsterdam, Niderland (Concertgebow).
Bəstəkarın əsərləri
  • “Impromptus” – trio (violin, violonçel və fortepiano üçün). 2004, Dublin, İrlandiya. (“Bantri” Festivalı)
  • “İn Search of…” (“Axtarışda…”) – simli kvartet üçün. İlk ifa: 2005, Amsterdam, Niderland.
  • “Vorgefrühl” (“Öncə sezmə…”) – solo violonçel və nəfəsli alətlər kvinteti üçün. 2005, Münhen, Almaniya.
  • “Dəyişmə II” – kontrabas, tabla (hind zərb aləti) və simli kamera orkestri üçün. 2005, Osnabrük, Almaniya.
  • “Impromptu-Crossings” – hazırlanmış fortepiano (solo), 5 azərbaycan xalq çalğı alətləri və kamera orkestri üçün. 2005, Paris, Fransa (“UNESCO” qərargahı səhnəsi).
Bəstəkarın əsərləri
  • “Oyan!” – solo violonçel üçün. VIII M. Rostropoviç Beynəlxalq Müsabiqəsi. 2005, Paris, Fransa.
  • “Xəzər” – kvintet (simli kvartet və piano). 2006, Nyu-York, ABŞ (“Focus” Festivalı).
  • “Atəş” – fleyta, klarnet, violin, violonçel və zərb alətləri üçün. 2006, Sietl, ABŞ (“Icebreaker III: Caucasus” Festivalı)
  • “First words” (“İlk sözlər”) – soprano, klarnet, fortepiano və maqnit lent yazısı üçün. 2006, Turin, İtaliya.
  • “Optical Identity”. Balet. İlk tamaşa: 2007, Sinqapur; “Sinqapur İncəsənət Festivalı”, 2007/2009.
  • “Al Kamandjaty”. Misteriya. İlk tamaşa: 2007, Roma, İtaliya.
Bəstəkarın əsərləri
  • “İntizar” (“Qarabağnamə”) – 2 pərdəli opera. İlk tamaşa: 2007, Bakı, Azərbaycan, ADOBT.
  • “Dəniz” – hazırlanmış fortepiano, violonçel və kamera orkestri üçün. 2008, Bern, İsveçrə.
  • “Dastan” – solo violin üçün. Leopold Mosart adına Beynəlxalq Müsabiqə. 2009, Auqsburq, Almaniya.
  • “Your name means the Sea” (“Sənin adın Dənizdir”) — opera. İlk ifa: 2011, Hyuston, ABŞ (Houston Grand Opera).
  • “Mugflagamenco” – xanəndə, flamenko ifaçısı və ansambl üçün. 2011, Amsterdam, Niderland.
  • “Impulse” – violin və fortepiano üçün. İlk ifa: Hillary Hahn, 2012, Rio de Janeyro, Braziliya; 2013, İstanbul, Türkiyə.
  • “Landscape” (“Mənzərə”) – fortepiano üçün. 2012, Qalyar, Fransa.
Bəstəkarın əsərləri
  • “Party Piece” – “John Cage-100” layihəsi. Miller Theater. 2013, Nyu-York, ABŞ.
  • “Duo of accordance” – klarnet və violonçel üçün. (Prof. Yulius Bergerin 60 illiyinə). 2014, Auqsburq, Almaniya.
  • “Syrius” – solo marimbafon üçün. (Evelyn Glenny — 50). 2015, London, Böyük Britaniya.
  • “Trance” – balet. İlk ifa: 2015, Coburg, Almaniya, Landestheater Coburg – 2015–2016 mövsümü ərzində 11 tamaşa (F. Əlizadənin müxtəlif əsərləri əsasında).
Bəstəkarın əsərləri
  • “Oyan!” – performance. Aga Khan “İslam mədəniyyəti” muzeyinin açılış mərasimi. 2016, Toronto, Kanada.
  • “Çal udi bu axşam” – xor kollektivi üçün. “Mahnıdan Şarkıya” layihəsi. 2015. Bakı – Ankara.
  • “Bu dağda maral gəzər” – xalq mahnısı mövzusunda variasiyalar. “Utopik” kamera ansamblı üçün. 2015, Nant, Fransa.
  • “Schwindende Schönheit”. Palmiraya həsr edilir. “Sonorrizonte” ansamblı. 2016, Münhen, Almaniya.
  • “Rəqs” – “Kronos” kvarteti üçün. 2016, San-Fransisko, ABŞ.
  • “Прощай, позабудь” – romansbariton və fortepiano üçün (İ. Brodskinin sözlərinə). Peter Schöne (bariton) – Martyn Schulz (fortepiano). 2016, Bad Kissingen Festivalı, Almaniya.
Bəstəkarın əsərləri
  • “Nympheas. Les Nuagres” — solo violonçel və ansambl üçün. (Klod Monenin rəsm əsəri üzrə). 2017, Giverny, Fransa.
  • “Nəsimiyə ithaf” – vokal-xoreoqrafik tamaşa, Nəsiminin ölümünün 600 illiyinə həsr olunub. 2017, UNESCO, Paris.
  • “NASİMİ-Passion” – solo-bariton, xor və simfonik orkestr üçün. 2017, Amsterdam, Niderland, “Concertgebouw”.
  • “Spring morning in Baku” — “ZoFo” fortepiano dueti üçün. (Səttar Bəhlulzadənin rəsm əsəri üzrə). 2018, Nyu York, ABŞ.
  • “Harmony” – fortepiano, zərb alətləri və kamera orkestri üçün. “iPalpiti” Festivalı. İlk ifa: 2019, Los-Anceles, ABŞ (Walt Disney Concert Hall).
  • “Nasimi-Passion” – vokal-xoreoqrafik tamaşa. Nəsiminin anadan olmasının 650 illik yubileyinə həsr olunub. 2019, Bakı.
Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.