Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • İdman

“Mançester Siti” öz meydanında “Çelsi”ni məğlub edib

Orkhan Ali 26 Yanvar 2025 - 00:59 (Last updated: 21 May 2025 - 20:15)
Mançester Siti

Mançester Siti

“Mançester Siti” “Çelsi” ilə üz- üzə gəlib

Görüşdə hesabı qonaqlar açsa da, bunun davamını gətirə bilməyiblər.

İngiltərə Premyer Liqasının XXIII turunun oyunları davam edir.

Apasport.az xəbər verir ki, gecənin son görüşündə “Mançester Siti” “Çelsi” ilə üz- üzə gəlib.

Görüşdə hesabı qonaqlar açsa da, bunun davamını gətirə bilməyiblər.

“Şəhərəlilər” rəqibini 3:1 hesabı ilə məğlub etməyi bacarıb.

İngiltərə Premyer Liqası

XXIII tur

21.30. “Mançester Siti” – “Çelsi” – 3:1

Qollar: Madueke, 3, Gvardiol, 42, Haaland, 68, Foden, 87

Xatırladaq ki, İngiltərə Premyer Liqasının 23-cü turunda “Liverpul” evdə çempionatın autsayderi “İpsviç”i qəbul edib.

“Enfild”də baş tutmuş oyunu baş hakim Maykl Solsberi idarə edib.

Matçda hesab erkən açılıb: 11-ci dəqiqədə “qırmızılar”ın macarıstanlı yarımmüdafiəçi Dominik Soboslai dəqiq zərbə endirərək qapıçı Kristian Voltonu məyus edib. 35-ci dəqiqə misirli Məhəmməd Salah komandasının ikinci, özünün isə mövsümdə 19-cu qolunu qeydə aldırıb. Birinci hissəyə isə niderlandlı hücumçu Kodi Qakponun qolu ilə yekun vurulub – 3:0.

İkinci hissə də Arne Slotun yetirmələrinin hücumları ilə başlayıb. Bunun nəticəsidir ki, 66-cı dəqiqədə Kodi Qakpo dubla imza ataraq hesabdakı fərqi artırıb. “Traktorçular”ın isə gücü cəmi bir qola çatıb: 90-cı dəqiqədə Ceykob Qrivz başla topu qapıya göndərib – 4:1.

Turun digər qarşılaşmalarında isə “Arsenal” səfərdə “Vulverhempton”dan üstün olub – 0:1, “Sauthempton” – “Nyukasl” matçında “müqəddəslər”in növbəti məğlubiyyəti qeydə alınıb – 1:3, “Brayton” evdə “Everton”a yenilib – 0:1, “Bornmut” isə bu mövsüm fövqəluğurlu çıxışları ilə seçilən “Nottingem Forest”i darmadağın edib – 5:0.

Turun mərkəzi qarşılaşması Mançesterdə baş tutacaq: “Mançester Siti” “Çelsi”ni sınağa çəkəcək.

Qeyd edək ki, turnirin cədvəlinə 53 xala malik “Liverpul” liderlik edir. “Qırmızılar”ın ən yaxın təqibçisi isə 47 xalı olan “topçular”dır, lakin “Liverpul”un ehtiyatında bir oyun var. İlk üçlüyü “meşəçilər” (44 xal) qapayır.

Post navigation

Previous: Park, yoxsa zibilxana? – Bakıda yeni təmir edilən parkdan
Next: Daşaltı əməliyyatından 33 il ötür

Oxşar xəbərlər

messi esas
  • İdman

Messinin ən səmimi açıqlamaları – Utancaqlığı, peşmanlığı və ailəsi ilə bağlı etirafları

User 31 Oktyabr 2026 - 15:12
ilam futbol
  • İdman

İlham Əliyev “FIFA U-15 World Cup and Festival”ın final matçını izləyib

User 30 Oktyabr 2026 - 19:53
mbappe
  • İdman

Mbappe Çin xalqından üzr istədi – futbolçunun reklamları yayımdan çıxarıldı

User 27 Oktyabr 2026 - 18:45

xƏBƏR

ilham ali herbi
  • Siyasət

Prezident İlham Əliyev Zəfər günü ilə bağlı paylaşım edib – VİDEO

User 07 Noyabr 2026 - 20:35
Prezident İlham Əliyevin sosial media hesablarında 8 Noyabr – Zəfər günü ilə bağlı paylaşım edilib.   https://www.youtube.com/watch?v=7aNosPCC6as...
Read more about Prezident İlham Əliyev Zəfər günü ilə bağlı paylaşım edib – VİDEO
Rusiya Türkiyəyə qaz nəqlini kəskin artırdı – Noyabrda tədarük 4 dəfə yüksəldi qaz nəqli
  • İqtisadiyyat

Rusiya Türkiyəyə qaz nəqlini kəskin artırdı – Noyabrda tədarük 4 dəfə yüksəldi

User 07 Noyabr 2026 - 20:30
BMT-nin Baş katibinin gizlətdiyi nasist keçmişi – Kurt Valdhaymın böyük sirri bmt katib nasist
  • Araşdırma

BMT-nin Baş katibinin gizlətdiyi nasist keçmişi – Kurt Valdhaymın böyük sirri

User 07 Noyabr 2026 - 20:13
Rza Pəhləviyə “Azadlıq” mükafatı verildi – İranın gələcəyi ilə bağlı mesaj pehlevi iran sah
  • Dünya

Rza Pəhləviyə “Azadlıq” mükafatı verildi – İranın gələcəyi ilə bağlı mesaj

User 07 Noyabr 2026 - 19:45
İrana qarşı yeni müharibə planı – Trampa yanvara qədər vaxt verilir Tramp
  • Dünya

İrana qarşı yeni müharibə planı – Trampa yanvara qədər vaxt verilir

User 07 Noyabr 2026 - 19:41
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.