Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Gündəm

7 milyon insanı öldürən koronavirus: Süni şəkildə yaradılıb, amma…

Orkhan Ali 26 Yanvar 2025 - 16:27 (Last updated: 21 May 2025 - 20:15)
koronavirus

koronavirus

ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi (MKİ) koronavirus infeksiyasının mənşəyinin laboratoriyada yarandığı ehtimalı ilə bağlı qiymətləndirmə dərc edib.
Qaynarinfo “AP News”a istinadən xəbər verir ki, MKİ-nin məlumatına görə, virus çox güman təbii olaraq yaranmayıb, süni şəkildə yaradılıb, lakin buna dair dəqiq sübut yoxdur.
Yeni qiymətləndirmə Çində virusun yayılması, elmi tədqiqatlar və laboratoriya işləri ilə bağlı məlumatların təhlilinə əsaslanır. Hesabatda vurğulanır ki, Çin hakimiyyətinin əməkdaşlığı olmadan virusun mənşəyini tam başa düşmək mümkün deyil.
Hesabat Mərkəzi Kəşfiyyat İdarəsinin keçmiş direktoru Uilyam Börns dövründə ABŞ-ın əvvəlki administrasiyası tərəfindən sifariş edilib və Con Ratkliff tərəfindən açıqlanıb. Yanvarın 25-də ABŞ Senatının Kəşfiyyat Komitəsinin sədri Tom Kotton nəticələrdən məmnunluğunu ifadə edərək, Çinin virusun yayılmasına görə məsuliyyət daşımasına ehtiyac olduğunu bildirib.
Çinin Vaşinqtondakı səfirliyinin nümayəndələri koronavirus infeksiyasının laboratoriyada yaranması ilə bağlı iddiaları təkzib edib və elmə hörmət etməyə çağırıblar.
ABŞ-da laboratoriya nəzəriyyəsinə dəstək əvvəllər FTB-nin o zamankı direktoru Kristofer Rey, Energetika Departamenti və MKİ-nin keçmiş direktoru Con Ratkliff tərəfindən ifadə edilmişdi.
2019-cu ilin dekabr ayında Çin səlahiyyətliləri Ümumdünya Səhiyyə Təşkilatına Vuhanda sətəlcəm xəstəliyinin baş verdiyini bildirib. 2020-ci ilin mart ayında ÜST-nin baş direktoru Tedros Adhanom Qebreyesus virusun bütün dünyada sürətlə yayılması səbəbindən COVID-19-u pandemiya elan edib. Son məlumatlara görə, dünyada 7 milyondan çox insan koronavirusdan dünyasını dəyişib.

Post navigation

Previous: Ötən il spirtli içkilərdən 64 nəfər zəhərlənib – Səbəblər nədir?
Next: Həkimdən eynəklərlə bağlı XƏBƏRDARLIQ

Oxşar xəbərlər

prayk esas
  • Gündəm

Eyni məhsul, fərqli qiymətlər – PRAYK süni bahalaşmaya qarşı yeni həll təqdim etdi

User 06 Noyabr 2026 - 13:53
sinirlioqlu
  • Gündəm

Azərbaycan Türkiyənin namizədini niyə dəstəkləmədi? – Sinirlioğlunun mübahisəli siyasi keçmişi

User 30 Oktyabr 2026 - 13:40
kulek_25
  • Gündəm

Bakıda güclü küləklə bağlı xəbərdarlıq verilib

User 18 Oktyabr 2026 - 14:19

xƏBƏR

beyanat prez
  • Baş Yazı

Azərbaycan və Türkiyə Prezidentlərinin mətbuat üçün  Bəyanatı – CANLI

User 08 Noyabr 2026 - 15:36
Azərbaycan və Türkiyə Prezidentlərinin mətbuat üçün  bəyanat verir.         AzPost.az
Read more about Azərbaycan və Türkiyə Prezidentlərinin mətbuat üçün  Bəyanatı – CANLI
İstanbulda azərbaycanlı boksçu qalib gəldi, dava düşdü – VİDEO dava boks
  • İdman

İstanbulda azərbaycanlı boksçu qalib gəldi, dava düşdü – VİDEO

User 08 Noyabr 2026 - 15:14
Ərdoğandan Zəfər Günü paylaşımı – “Dost və qardaş Azərbaycanın…” erdoqan zefer paylasim
  • Siyasət

Ərdoğandan Zəfər Günü paylaşımı – “Dost və qardaş Azərbaycanın…”

User 08 Noyabr 2026 - 15:01
Ərdoğanın Şuşada rəsmi qarşılanma mərasimi – CANLI YAYIM ilham erdoqan
  • Siyasət

Ərdoğanın Şuşada rəsmi qarşılanma mərasimi – CANLI YAYIM

User 08 Noyabr 2026 - 14:05
Ərdoğan Azərbaycana səfərə gəldi – RƏSMİ QARŞILANMA / VİDEO ilham erdoqan
  • Baş Yazı

Ərdoğan Azərbaycana səfərə gəldi – RƏSMİ QARŞILANMA / VİDEO

User 08 Noyabr 2026 - 13:56
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.