Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • İqtisadiyyat

“Sülh kəsişməsi” layihəsinin Azərbaycansız iki qəpiklik qiyməti yoxdur” –

User 28 Yanvar 2025 - 16:02 (Last updated: 21 May 2025 - 20:15)
CREATOR: gd-jpeg v1.0 (using IJG JPEG v62), quality = 100

CREATOR: gd-jpeg v1.0 (using IJG JPEG v62), quality = 100

Biz bu dəhlizin açılması üçün praktiki addımlar atırıq. Düzdür, Ermənistan tərəfi dörd ildən çoxdur ki, bu məsələ ilə bağlı qeyri-konstruktiv mövqe sərgiləyir, faktiki olaraq 10 noyabr kapitulyasiyasından sonra üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmir.

Bunu Prezident İlham Əliyev nəqliyyat məsələlərinə həsr olunmuş müşavirədə deyib.

Dövlət başçısının sözlərinə görə, orada açıq-aydın göstərilirdi ki, Azərbaycanın əsas hissəsi ilə onun ayrılmaz hissəsi olan Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat bağlantısı olmalıdır: “Ermənistan isə buna əməl etmir, müxtəlif bəhanələr gətirərək, müxtəlif qeyri-real və cəfəng layihələri ortaya ataraq, sadəcə olaraq, beynəlxalq ictimaiyyətin fikrini çaşdırmaq istəyir, manipulyasiyalarla məşğuldur. Yəqin ki, siz də eşitmisiniz, dırnaqarası “Sülh kəsişməsi” layihəsini ortalığa atıb və indi dünyada bir ölkə qalmayıb ki, o ölkəyə bu layihə təqdim edilməsin. Halbuki bu dırnaqarası layihənin Azərbaycansız iki qəpiklik də qiyməti yoxdur və biz bunu dəfələrlə Ermənistan tərəfinə müxtəlif kanallar vasitəsilə çatdırmışıq”.

Prezident İlham Əliyev deyib ki, əgər siz bu layihəni doğrudan da həyata keçirmək istəyirsinizsə, ilk növbədə, Azərbaycana müraciət etməlisiniz: “Çünki bizsiz bu, sadəcə olaraq, kağız parçasıdır, bizim şərtlərimiz isə ədalətlidir, beynəlxalq hüquqa əsaslanır və Ermənistanın özünün götürdüyü öhdəliklərinə əsaslanır. Ermənistan rəhbərliyinə bir daha məsləhət görərdim ki, 10 noyabr kapitulyasiya aktını diqqətlə oxusun və orada xüsusilə dediyim o bəndə diqqət yetirsin. Yenə də deyirəm, onların dırnaqarası layihəsi Azərbaycansız tamamilə əhəmiyyətsizdir. Sadəcə olaraq, vaxt uzatmaqla məşğuldurlar, beynəlxalq ictimaiyyəti çaşdırmaqla məşğuldurlar. Yenə də Azərbaycana qarşı müxtəlif dairələrdə çirkin kampaniyaların aparılmasına rəvac veriblər. Bunun nəticəsində faktiki olaraq bu günə qədər Azərbaycanın ayrılmaz hissəsi – Naxçıvan Muxtar Respublikası ilə bizim ən qısa və ən rahat bağlantımız yoxdur”.

Post navigation

Previous: Bakıda tıxacların sayı ildən-ilə artır
Next: Ermənistanın tranzit ölkə olmaq arzusu gözündə qalacaq –

Oxşar xəbərlər

Pensiya
  • İqtisadiyyat

Bakı, Sumqayıt və Abşeron üzrə noyabrın pensiyaları ödənilib

User 13 Noyabr 2026 - 12:09
valyuta
  • İqtisadiyyat

Bu günə olan valyuta məzənnələri

User 13 Noyabr 2026 - 09:37
bank
  • İqtisadiyyat

Azərbaycanda banklarda pul artır – İnsanlar niyə pullarını evdə deyil, bankda saxlayır?

User 12 Noyabr 2026 - 09:37

xƏBƏR

İpoteka
  • Sosial

İpoteka üçün 6848 nəfər müraciət etdi – cəmi 1393 müraciət qəbul olundu

User 13 Noyabr 2026 - 18:53
Azərbaycanda adi ipoteka kreditləri üzrə müraciətlərin qəbulu başlayıb. Noyabrın 13-də saat 15:00-dan etibarən 6848 müraciət qeydə alınıb....
Read more about İpoteka üçün 6848 nəfər müraciət etdi – cəmi 1393 müraciət qəbul olundu
Həbsdə olan Aynur Elgünəş əməliyyat olunub aynur elgunes
  • Sosial

Həbsdə olan Aynur Elgünəş əməliyyat olunub

User 13 Noyabr 2026 - 18:08
Market 1492 manat oğurlayan məktəblini bağışladı – məhkəmədən qərar market
  • Sosial

Market 1492 manat oğurlayan məktəblini bağışladı – məhkəmədən qərar

User 13 Noyabr 2026 - 17:59
Ət yeyən qadınlar 100 il yaşayır – Alimlər səbəbini açıqladı kabab qadın esas
  • Maraqlı

Ət yeyən qadınlar 100 il yaşayır – Alimlər səbəbini açıqladı

User 13 Noyabr 2026 - 17:44
Azərbaycanın da təsisçisi olduğu Sülh Şurası Qəzza ilə bağlı yeni plan hazırladı tramp sülh surasi imza
  • Dünya

Azərbaycanın da təsisçisi olduğu Sülh Şurası Qəzza ilə bağlı yeni plan hazırladı

User 13 Noyabr 2026 - 17:30
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.