Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Baş Yazı
  • Sosial

Bakıda sakinlərlə tikinti şirkəti arasında problem

Orkhan Ali 29 Yanvar 2025 - 09:41 (Last updated: 21 May 2025 - 20:15)
tikinti şirkəti

tikinti şirkəti

Yaşadıqları ünvanın pilot layihə olduğu və onlara yeni tikilən binalardan mənzillər veriləcəyi deyilsə də 7 ildir ki, nə mənzillər verilir, nə də tikilən binada iş gedir.

Xezerxeber.az xəbər verir ki, söhbət paytaxtın Ceyhun Hacıbəyli küçəsi 2 və 4 ünvanından gedir. Sakinlər bildirir ki, evləri pilot layihə çərçivəsində plana düşüb. Onlara elə eyni ünvanda yeni mənzillə təmin ediləcəyi deyilib, müqavilələr imzalanıb.
Sakinlərin sözlərinə görə, onlarla müqavilə bağlayan “N-turan” şirkəti olsa da sözügedən şirkət daha sonra “Olimpus MTK” ilə ortaq olur.
Məsələ ilə bağlı sözügedən şirkətdən bildirdilər ki, şikayətçilərin kirayə haqqlarının ödənməsində heç bir problem yoxdur. Digər şikayətlər isə araşdırılacaq.

Xatırladaq ki, Bakının Ceyhun Hacıbəyli və Təbriz küçələrinin kəsişməsində yerləşən bina MTK tərəfindən 2018-ci ildə sakinlərlə razılaşdırılaraq sökülüb.

Sökülən binanın sakinlərinə kirayə pulu ödənilib. Lakin bir müddət sonra onlara verilən kirayə pulu dayandırılıb.

“Bu, Nazirlər Kabinetinin qərarı idi, dövlət layihəsi idi. Dövlətə inanıb, evimdən çıxmışam. Mənim evimi, kirayə pulumu versinlər”, – deyə şikayətçi Natiq Cəfərov bildirib.

Problemlə bağlı Nərimanov Rayon İcra Hakimiyyətindən bildirilib ki, məsələdən xəbərdardırlar.

Sözügedən ünvanda tikinti şirkəti tərəfindən sakinlərə ödənilən müvəqqəti kirayə haqlarının köçürülməsində mövcud olan gecikmələrin tam aradan qaldırılması və tikinti işlərinin gecikdirilməməsi barədə şirkət rəhbərliyinə ciddi xəbərdarlıq edilib.

Qurumdan verilən məlumata görə, şirkət ödənişlərin qısa zaman kəsiyində təmin olunması və tikintinin vaxtında başa çatması ilə bağlı vəd verib.

Post navigation

Previous: İki uşaq anası qətlə yetirildi – Şübhəli əridir
Next: İlham Əliyev səs verdi

Oxşar xəbərlər

et bazari
  • Sosial

Dəmir çatışmazlığı olanlar hansı əti yeməlidir? – Həkimdən xəbərdarlıq

User 06 Noyabr 2026 - 22:00
yemek fastfud
  • Sosial

Fastfudun təhlükəsiz norması varmı? – Dietoloq vacib məqamı açıqladı

User 06 Noyabr 2026 - 20:58
qida yemek
  • Sosial

Ürəyə zərər verən qidalar açıqlandı – Gündəlik menyudan nəyi çıxarmalı?

User 06 Noyabr 2026 - 19:20

xƏBƏR

rus ukr danisiq
  • Dünya

Rusiya, Ukrayna və ABŞ Əbu-Dabidə görüşəcək – Putin tarixi təsdiqlədi

User 06 Noyabr 2026 - 22:22
Rusiya Prezidenti Vladimir Putin Rusiya, Ukrayna və ABŞ nümayəndələrinin iştirakı ilə Əbu-Dabidə üçtərəfli danışıqların keçiriləcəyini təsdiqləyib. Noyabrın...
Read more about Rusiya, Ukrayna və ABŞ Əbu-Dabidə görüşəcək – Putin tarixi təsdiqlədi
Putin Ukraynadan daha böyük ərazi güzəştləri istəyir – Trampın “böyük saziş” planı putin herbi
  • Dünya

Putin Ukraynadan daha böyük ərazi güzəştləri istəyir – Trampın “böyük saziş” planı

User 06 Noyabr 2026 - 22:10
Dəmir çatışmazlığı olanlar hansı əti yeməlidir? – Həkimdən xəbərdarlıq et bazari
  • Sosial

Dəmir çatışmazlığı olanlar hansı əti yeməlidir? – Həkimdən xəbərdarlıq

User 06 Noyabr 2026 - 22:00
Oynaq ağrılarının hava ilə əlaqəsi varmı? – Mütəxəssis rəyi ayaq aqri
  • Maraqlı

Oynaq ağrılarının hava ilə əlaqəsi varmı? – Mütəxəssis rəyi

User 06 Noyabr 2026 - 21:51
Fastfudun təhlükəsiz norması varmı? – Dietoloq vacib məqamı açıqladı yemek fastfud
  • Sosial

Fastfudun təhlükəsiz norması varmı? – Dietoloq vacib məqamı açıqladı

User 06 Noyabr 2026 - 20:58
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.