Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Dünya

Qara dəliklərlə bağlı daha bir YENİLİK

Orkhan Ali 01 Fevral 2025 - 17:44 (Last updated: 21 May 2025 - 20:15)
Qara

Qara

Astronomların aparmış olduqları yeni tədqiqat onu göstərib ki, kainatda mövcud olan superkütləli qara dəliklər fərdi şəkildə özləri üçün qida mənbəyini formalaşdıra bilirlər.

AzPost NASA saytına istinadən bildirir ki, Chandra adlı rentgen teleskopu və VLT adlı optik teleskop vasitəsilə 7 ədəd qalaktika topasının müşahidəsi prosesi zamanı sübut əldə edilib ki, qara dəliklərin şüalanmaları onların qidalanaraq böyümələri üçün lazım olan qazı soyuda bilirlər. Məlumdur ki, qalaktika topalarının mərkəzlərində olan superkütləli qalaktikalar özlərində nəhəng ölçülü qara dəlikləri birləşdirirlər. Həmin qara dəliklər özlərinin akkresiya diskindəki toz və qazı udurlar.

Bu isə öz növbəsində onların güclü enerji şüalanması ifraz etmələrinə səbəb olur. Daha öncə təqdim edilmiş kompüter modelləşdirməsi ifraz edilən enerji şüalanması ilə qara dəliyə daxil olan qaz arasındakı əlaqənin mövcudluğunu güman etmişdi. Bu kompüter modelləşdirməsinə əsasən qara dəliyin ifraz etdiyi enerji şüalanması qaz və tozu qalaktikanın mərkəzindən kənara və hətta qalaktikanın sərhədlərindən o tərəfə itələyir. Təqdim edilmiş fotoda müşahidə edilmiş 7 ədəd qalaktika topasından 2-si əks olunub. Fotonun sol tərəfində Persey adlı qalaktika topası, sağ tərəfində isə Sentavr adlı qalaktika topası əks olunub.

Fotodakı bənövşəyi axınlar qara dəliklərdən ifraz olunan rentgen şüalanmasıdır. Çəhrayı-qırmızı xətlər isə soyuma prosesində olan qazdır. Əldə edilmiş məlumatların analizi onu göstərib ki, soyuq və isti qaz xətləri arasında əlaqə mövcuddur. Belə ki, onların parlaqlıqları və arxitekturaları bir-birilərinə bağlıdırlar. Qara dəlik tərəfindən ifraz edilən güclü şüalanma ətrafdakı qazda turbulentlik yaradaraq onun soyumasına səbəb olur. Daha sonra isə soyumuş qaz yeni qida mənbəyi qismində qara dəliyə geri qayıdır və bu proses davamlı şəkildə təkrarlanır. Bu yeni kəşf sözügedən mexanizmin təkcə qara dəliklər üçün deyil. Həmçinin qalaktikalarda yeni ulduzların formalaşması prosesinin işə salınmasında vacibliyini ortaya qoyub./Lent.az

Post navigation

Previous: Amerikalı astronavt rekorda imza atdı
Next: Daim stres içindəsinizsə, dərinizdə hansı problemlər yarana bilər?

Oxşar xəbərlər

ktmt lideri
  • Dünya

KTMT liderləri Moskvada toplaşır – Putin sammitdə iştirak edəcək

User 08 Noyabr 2026 - 13:24
aramko
  • Dünya

Səudiyyə Ərəbistanının paytaxtında raket hücumu – “Aramco” binası zədələndi

User 08 Noyabr 2026 - 13:14
ayzenkot
  • Dünya

İsraildə siyasi dönüş – Netanyahunun rəqibi hökuməti qurmaq üçün mandat aldı

User 08 Noyabr 2026 - 00:40

xƏBƏR

beyanat prez
  • Baş Yazı

Azərbaycan və Türkiyə Prezidentlərinin mətbuat üçün  Bəyanatı – CANLI

User 08 Noyabr 2026 - 15:36
Azərbaycan və Türkiyə Prezidentlərinin mətbuat üçün  bəyanat verir.         AzPost.az
Read more about Azərbaycan və Türkiyə Prezidentlərinin mətbuat üçün  Bəyanatı – CANLI
İstanbulda azərbaycanlı boksçu qalib gəldi, dava düşdü – VİDEO dava boks
  • İdman

İstanbulda azərbaycanlı boksçu qalib gəldi, dava düşdü – VİDEO

User 08 Noyabr 2026 - 15:14
Ərdoğandan Zəfər Günü paylaşımı – “Dost və qardaş Azərbaycanın…” erdoqan zefer paylasim
  • Siyasət

Ərdoğandan Zəfər Günü paylaşımı – “Dost və qardaş Azərbaycanın…”

User 08 Noyabr 2026 - 15:01
Ərdoğanın Şuşada rəsmi qarşılanma mərasimi – CANLI YAYIM ilham erdoqan
  • Siyasət

Ərdoğanın Şuşada rəsmi qarşılanma mərasimi – CANLI YAYIM

User 08 Noyabr 2026 - 14:05
Ərdoğan Azərbaycana səfərə gəldi – RƏSMİ QARŞILANMA / VİDEO ilham erdoqan
  • Baş Yazı

Ərdoğan Azərbaycana səfərə gəldi – RƏSMİ QARŞILANMA / VİDEO

User 08 Noyabr 2026 - 13:56
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.