Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Araşdırma

Ölümcül gözəllik: Heyrətamiz göl heyvanları “daş”a çevirir

Orkhan Ali 08 Fevral 2025 - 19:46 (Last updated: 21 May 2025 - 20:15)
1
Natron gölü dünyanın ən gözəl göllərindən biri hesab edilir. Onun unikal çəhrayı-qırmızı rəngi xüsusi bir cazibə yaradır. Lakin burada çimmək turistlər üçün qadağandır – suyun tərkibi o qədər fərqlidir ki, heyvanları “daşlaşmış” hala sala bilər.
Qaynarinfo xəbər verir ki, Natron gölü əsasən Tanzaniyada yerləşir, lakin bir hissəsi Keniya ərazisinə də uzanır. O, hələ də aktiv olan Ol Doinyo Lenga vulkanının (“Tanrının Dağı”) kölgəsində yerləşir.
“The Sun” nəşrinin yazdığına görə, gölün çəhrayı rəngi suyun tərkibindəki xüsusi yosunlar – sianobakteriyalarla bağlıdır. Bu bakteriyalar mineral tərkibli suyu cəlbedici hesab edirlər. Lakin bu minerallar həyat üçün ciddi təhlükə yaradır.
“Sianobakteriyalar özləri birbaşa öldürücü deyil, lakin onlar çoxlu heyvanların hüceyrələrini, sinir sistemini və qaraciyərini zədələyən kimyəvi maddələr ifraz edir. Bu səbəbdən Natron gölünün suyunu içən bir çox quş və heyvan ölür”, deyə nəşr qeyd edir.
Gölə tökülən su isti mineral bulaqlardan gəlir və əsasən natrium karbonatdan ibarətdir. Bu maddə qədim Misirdə mumiyalama prosesində istifadə edilib.
Lakin Böyük Duz Gölü və ya Ölü dənizdən fərqli olaraq, Natron gölünün suyu son dərəcə qələvilidir – pH səviyyəsi 10,5-ə çatır. Bu göstərici ammiakın pH səviyyəsinə bərabərdir və bir çox canlı üçün ölümcül ola bilər.
“Gölün öldürücü təsirinə məruz qalan və suda ölən canlılar zamanla kalsiumlaşır. Onlar daşlaşmış mumiyalara çevrilir və suyun tərkibindəki kimyəvi maddələr onların cəsədlərini qoruyur”, deyə nəşr yazır.
Maraqlıdır ki, Natron gölünün suyu flaminqolar üçün təhlükəli deyil. Əksinə, göl kiçik flaminqoların çoxalması üçün əsas bölgələrdən birinə çevrilib.
Bu quşlar gölün kimyəvi tərkibinə uyğunlaşaraq burada rahat şəkildə yaşayırlar. Gölün toksik suyu yırtıcıları uzaq tutduğu üçün flaminqolar üçün təhlükəsiz bir sığınacaq rolunu oynayır.
Qeyd edək ki, Yer kürəsində 100 milyondan çox göl var. Bəzi göllər elə məşhurdur ki, minlərlə turisti cəlb edir.
Ən məşhur göllərdən bəziləri:
* ABŞ-da Tahoe gölü – Kaliforniya və Nevada ştatlarının sərhədində yerləşir və dünyanın ən gözəl gölü hesab olunur.
* Almaniya, İsveçrə və Avstriyanın sərhədində yerləşən Boden gölü – ən mənzərəli göllər siyahısında ikinci yeri tutur.
* İtaliyadakı Komo gölü – turizm axınına görə buraya giriş üçün ödəniş tətbiq edilməsi planlaşdırılır və üçüncü yerdə qərarlaşıb.

Post navigation

Previous: Yaddaş zəifliyi və unutqanlıq nədən olur?
Next: “Qarabağ”ın ən bahalı və ən ucuz futbolçusu

Oxşar xəbərlər

qob01
  • Araşdırma

Qobustanda min illərin sirri – Qədim insanlar heyvanları torla necə ovlayırdı?

User 24 Oktyabr 2026 - 11:02
bel aqrisi
  • Araşdırma

Bel ağrısı zamanı bu səhvi etməyin – Həkimdən vacib xəbərdarlıq

User 21 Oktyabr 2026 - 17:33
axc02
  • Araşdırma

SSRİ televiziyasının arxivindən çıxdı – 1990-cı il mayın 28-də Bakıda nələr yaşanıb? / VİDEO

User 21 Oktyabr 2026 - 16:23

xƏBƏR

olum dirim
  • Maraqlı

Alimlərdən təəccüblü araşdırma – İnsan zorakılıqla ölərsə, “yenidən doğuluş” daha tez baş verir?

User 26 Oktyabr 2026 - 10:17
ABŞ-ın Virciniya Universitetinin tədqiqatçıları insanların keçmiş həyatlarını xatırladıqlarına dair məlumatlarda maraqlı bir qanunauyğunluq aşkar ediblər. Araşdırmaya görə,...
Read more about Alimlərdən təəccüblü araşdırma – İnsan zorakılıqla ölərsə, “yenidən doğuluş” daha tez baş verir?
ABŞ naməlum uçan obyektin görüntülərini yayımladı – sürəti 2900 km/saat olub? uno foto
  • Maraqlı

ABŞ naməlum uçan obyektin görüntülərini yayımladı – sürəti 2900 km/saat olub?

User 26 Oktyabr 2026 - 10:04
Bakıda qətllə nəticələnən insident – Həbs edilən 11 nəfərin adları açıqlandı cinayetkar
  • Sosial

Bakıda qətllə nəticələnən insident – Həbs edilən 11 nəfərin adları açıqlandı

User 26 Oktyabr 2026 - 09:52
Vuçiç parlament seçkilərində məğlub olduqlarını etiraf edib Vuçiç
  • Dünya

Vuçiç parlament seçkilərində məğlub olduqlarını etiraf edib

User 26 Oktyabr 2026 - 09:18
Bu günə olan valyuta məzənnələri dollar
  • İqtisadiyyat

Bu günə olan valyuta məzənnələri

User 26 Oktyabr 2026 - 09:16
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.