Fransada Atatürkün yeganə büstü oğurlanıb

Fransada Atatürkün yeganə büstü oğurlanıb.

Türkiyə Cümhuriyyətinin qurucusu və ilk Prezidenti Mustafa Kamal Atatürkün Fransadakı yeganə büstü Parisətrafı məhəllələrin birində naməlum şəxslər tərəfindən oğurlanıb.

AZƏRTAC “CNN Türk” telekanalına istinadla xəbər verir ki, Trabzon Mühacirlər Cəmiyyətinin təşəbbüsü ilə cəmi 3,5 ay əvvəl qoyulmuş büst Epinay-sur-Seine kommunasında naməlum şəxslər tərəfindən oğurlanıb.

Cəmiyyətin rəhbəri Bülent Cumhur bildirib ki, müşahidə kameraları cinayət əməlinin yeddi iştirakçısını qeydə alıb.

O deyib: “Bu çirkin cinayəti qətiyyətlə pisləyirik. Təxribatın arxasında konkret kimin olduğu məlum deyil. Bütün iştirakçılar cəmi 4 dəqiqə ərzində hadisə yerindən qaçıblar. Polis araşdırmalarını davam etdirir”.

B.Cumur oğurlanmış büstün yerinə tezliklə yenisinin qoyulacağına söz verib.

Bu arada, Türkiyənin Mersin şəhərinin Yenişehir rayon bələdiyyəsinin başçısı Abdulla Özyiğit yeni büstün Fransaya göndərilməsi üçün göstəriş verildiyini açıqlayıb.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.