Trampla Putin arasında telefon danışığı olub. ABŞ Prezidenti Donald Tramp Rusiya lideri Vladimir Putinlə telefonla danışdığını bildirib. AzPost bildirir ki, bu barədə ABŞ-nin “New York Post” tabloidi Ağ Ev rəhbərinin özünə istinadən məlumat yayıb.
“Prezident Tramp Rusiya lideri Vladimir Putinlə telefonla danışıb, Ukrayna ilə müharibəyə son qoymaq üçün danışıqlar aparıb”, – nəşr yazır.
“Mən susmağı üstün tuturam”, – nəşr onun sözlərindən sitat gətirib.
Ağ Ev rəhbəri bir daha Rusiyanın Ukraynaya qarşı müharibəsini bitirmək üçün konkret planı olduğunu vurğulayıb, ancaq heç bir təfərrüat açıqlamayıb.
Bu arada Trampla Putin danışığından sonra ABŞ prezidenti Donald Tramp Ukraynadakı münaqişəyə son qoymaq üçün konkret planının olduğunu bir daha bəyan edib və milli təhlükəsizlik üzrə müşaviri Mayk Uoltsu mövzu ilə bağlı görüşlər təşkil etməyə çağırıb.
Bu barədə Amerika liderinin müsahibə verdiyi “The New York Post” məlumat yayıb.
“Ümid edirəm tez olacaq. Ukraynadakı bu müharibə sadəcə dəhşətlidir. Mən bunu bitirmək istəyirəm” – deyə o qeyd edib.