Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Kriminal

“Kriptovalyuta fırıdağı” –

User 11 Fevral 2025 - 16:25 (Last updated: 21 May 2025 - 20:15)
alisanov usubov

“Kriptovalyuta fırıdaldğı”

Üç sahibkarın ümumilikdə 4 milyon manatını ələ keçirməkdə ittiham olunan 33 yaşlı birjaçı Nizami Alışnaın cinayət işi üzrə məhkəmə araşdırması davam edir.

AzPost “Qafqazinfo”ya istinadla xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən iclasda zərərçəkmiş Zeynal Usubov hakim qarşısında dayanıb.

İttihama görə, Nizami Alışan investisiya fəaliyyəti ilə məşğul olan platformada valyuta alqı-satqısı həyata keçirməklə gəlir əldə etmək istəyən Zeynal Usubov və daha iki nəfərin pullarını ələ keçirib. Daxili İşlər Nazirliyinin (DİN) Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsi işə qarışdıqdan sonra cinayətin üstü açılıb.

Zeynal Usubov istintaq vaxtı nə deyibsə, onu qəbul edib. Amma hakim ibtidai istintaqın məhkəməyə bağlı olmadığını qeyd edərək müttəhimdən hadisə barədə danışmasını istəyib.

Zərərçəkmiş deyib ki, Nizami ilə təxminən 3 il əvvəl internetdə tanış olub. Onun kriptovalyuta ilə bağlı anlayışı olduğunu öyrənib, qazanc əldə etmək məqsədilə 2022-ci ildə 400 min, daha sonra isə 545 min dollar pul verib: “Nizamiyə ümumilikdə 945 min dollar vermişəm. Bunun müqabilində 400 min dollara görə, ayda yeddi-səkkiz min, 545 minə görə isə ayda 30 min dollar gəlir əldə edəcəyimi demişdi. Bildirirdi ki, pulları “İnvest.az” saytına yerləşdirir. Sonradan isə pulu oradan çıxarıb Amerikadakı hansısa sayta köçürür. Dörd-beş ay 7-8 min pul verdi. Sonuncu dəfə isə 30 min bir, 15 min dollar da bir verdi. Aramızda telefon yazışmaları, səs yazıları var. Hər cür sübutları saxlamışam. Hətta 545 min dolları verəndə tanışım Ramin Talıbov da yanımda idi”.

Tərəflərin suallarını cavablandıran Usubov Nizaminin ondan pulları “İnvest.az” saytının adı ilə aldığını deyib, amma ora yatızdırıb-yatızdırmadığını dəqiqləşdirə bilməyib: “Dəqiq bilmirəm, pulu ora yatızdırıb, yoxsa yox. Mənə dedi ki, ora qoyacağam, sənin adından birja əməliyyatı keçirib, qazanc verəcəyəm. Sonradan dedi ki, bir az çətinliyim var, pulların hamısını bir yerdə qaytaracağam. Hətta əlavə olaraq 100 min dollar da verəcəyinə söz verdi. Dedim, əlavə lazım deyil, öz pulumu qaytar”.

Təqsirləndirilən şəxs isə Zeynal Usubovun dedikləri ilə razılaşmayıb. Müdafiə tərəfi növbəti iclaslarda sübutların ortaya qoyulacağını bildirib.

Məhkəməyə sədrlik edən hakim Aytən Əliyeva zərərçəkmişi “İnvest.az” şirkəti ilə bağlı sorğu-sual edib, nəyə əsasən təqsirləndirilən şəxsə inandığını soruşub.

Zeynal Usubov ona necə inandığını özünün də bilmədiyini deyib: “Məni inandırmaq çətindir. Bu adama necə inanmışamsa, özüm də mat qalmışam. Müxtəlif platformalardan şəkillər göstərib hesablarda 11-12 milyon dollar pul olduğunu deyirdi. Mənim birjadan başım çıxmırdı. Bu da deyirdi ki, mən bilirəm, aylıq 25 faiz qazanc olacaq, yarısı sənin, yarısı mənim. Səhvim onda olub ki, ona inanmışam”.

Təqsirləndirilən şəxsin vəkilinin “verdiyiniz pulların mənbəyi haradan idi?” -, sualına isə zərərçəkmiş “dostumdan almışdım” deyə cavab verib.

Tərəflərin məhkəmədə verdiyi ifadələr işin gələcək gedişatı üçün önəmli sayılır. Məhkəmə prosesi fevralın 27-də davam edəcək.

Qeyd edək ki, Nizami Alışan Zeynal Usubovdan başqa, Babək Məmmədzadənin 1 milyon 300 min, Yadigar İsrafilovun isə 200 min dollarını ələ keçirməkdə ittiham edilir.

Zərərçəkənlərə dəyən ümumi ziyan 2 milyon 445 min dollar (4 milyon 156 min 500 AZN) təşkil edir.

Nizami Alışan Cinayət Məcəlləsinin 178.4-cü (dələduzluq – xüsusilə külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə təqsirli bilinir.

O, Amerikada yaşayan müğənni Elariz Məmmədoğlunun kürəkəni, AzTV-nin keçmiş sədri Arif Alışanovun isə qardaşı oğludur.

Təqsirləndirilən şəxsin mərhum atası polkovnik Akif Alışanov Sumqayıt Mühafizə İdarəsinin rəisi, həmçinin Müdafiə Sənayesi Nazirliyinin Mühafizə və təhlükəsizlik şöbəsinin rəisi vəzifəsində çalışıb.

Post navigation

Previous: Zərdabda müəllim məktəbə qayıqla gəlir –
Next: Xalq artisti Ənvər Həsənov yaddaşını itirib

Oxşar xəbərlər

avtomobil xidmeti
  • Kriminal

Maşının qapısını açıq qoydu, 6 min manatını oğurladılar

User 14 Noyabr 2026 - 15:52
haker telebe
  • Kriminal

Tələbələrin fotolarını süni intellektlə montaj edən şəxs saxlanıldı – VİDEO

User 13 Noyabr 2026 - 19:34
turk vor zakon
  • Kriminal

Türkiyəli cinayətkar avtoritet Azərbaycanda saxlanıldı – FOTO

User 13 Noyabr 2026 - 11:16

xƏBƏR

Milliön
  • Sosial

MilliÖn-dən 500 manatdan çox ödəniş edənlər üçün -Şəxsiyyət təsdiqi tələb olunacaq

User 16 Noyabr 2026 - 22:01
MilliÖn terminalları vasitəsilə 500 manatdan artıq məbləğdə ödəniş və ya pul köçürməsi etmək istəyən istifadəçilər şəxsiyyətlərini rəqəmsal...
Read more about MilliÖn-dən 500 manatdan çox ödəniş edənlər üçün -Şəxsiyyət təsdiqi tələb olunacaq
Uşaqların psixoloji sağlamlığı üçün vacib məkan – Parkların gözlənilməz faydası park usaqlar
  • Maraqlı

Uşaqların psixoloji sağlamlığı üçün vacib məkan – Parkların gözlənilməz faydası

User 16 Noyabr 2026 - 21:46
“İran 9 min PUA atıb, cəmi ikisi hədəfə dəyib” – TRAMP tramp
  • Dünya

“İran 9 min PUA atıb, cəmi ikisi hədəfə dəyib” – TRAMP

User 16 Noyabr 2026 - 20:17
Ehtiyac meyarı niyə 314 manat olmalıdır? – İqtisadçıdan hökumətə çağırış Pensiya
  • Sosial

Ehtiyac meyarı niyə 314 manat olmalıdır? – İqtisadçıdan hökumətə çağırış

User 16 Noyabr 2026 - 20:13
Litva da Rusiya ilə sərhədi bağlaya bilər – Estoniyanın qərarına dəstək verdi litva parle
  • Dünya

Litva da Rusiya ilə sərhədi bağlaya bilər – Estoniyanın qərarına dəstək verdi

User 16 Noyabr 2026 - 19:19
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.