Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Aktual
  • AzPostMedia

Ölkədə qoyunların sayı niyə azalır?

Orkhan Ali 18 Fevral 2025 - 12:17 (Last updated: 21 May 2025 - 20:15)
qoyunların sayı

qoyunların sayı

Xəbəriniz olsun ki, ölkədə mal-qara və qoyun-quzunun sayında azalma var. 2025-ci il yanvarın 1-nə olan məlumata görə damazlıq təsərrüfatlarında 2 milyon 459 min baş iribuynuzlu mal-qara, və 6 milyon 850 min baş qoyun və keçi mövcud olub. Bu barədə Statistika Komitəsinin məlumatında deyilir.

Ötən 4 il ərzində isə ölkədə iri və xırda buynuzlu mal-qaranın sayında azalma var.

İribuynuzlu mal qaranın sayında ciddi azalma olmasa da qoyun və keçilərin sayı kəskin azalıb.

Belə ki, 2021-ci ilin yanvarında 2 milyon 650-min baş iri buynuzlu mal-qara qeydə alınıbsa 2025-ci ilin müvafiq ayında bu rəqəm 2 milyon 459 min olub.

Həmçinin 2021-ci ildə ölkədə 8 milyon 89 min qoyun və keçi olubsa hazırda bu rəqəm 6 milyon 850 mindir. Bu da milyon yarıma yaxın azalma deməkdir.

Bəs heyvandarlıqda bu azalmanın səbəbləri nədir? Ekspertlər deyir ki, otlaq-örüş sahələrinin əkin sahələrinə çevrilməsi heyvandarlıq üçün xammal, ot tədarükünün, quru otun baha olması bu sahəyə ziyan vurur. Həmçinin, suvarma suyu az olduğu üçün yem tədarükünə nəzərdə tutulan sahələrdə bitki məhsulları azalır. Kənd təsərrüfatı texnikalarının təminatının, gübrənin baha olması da problemdə rol oynayan amillərdəndir. Siyahını istənilən qədər artırmaq olar. Bütün bu səbəblər ətin azalmasına gətirib çıxarər. Məntiqi nəticə olaraq bazarda heyvandarlıq məhsulları olan kərəyağı, süd, ətin qiyməti ildən-ilə artır. Kəndlinin min bir zəhmətlə başa gətirdiyi heyvandarlıq məhsullarının maya dəyərinin yüksək olmasına baxmayaraq bazarda məhsulu lazımı dəyərə verə bilmir. Yəni, əldə olunan qiymət və xərclər gəlirin üstünə keçir. Buna görə də fermerlər zərərlə işləyirlər. Bunun da əsas səbəbi daxili bazarın qorunmamasıdır. Monqolustandan və digər xarici ölkələrdən sahibkarlar ət gətirir, heyvandarlar isə zərərə düşür.

Digər bir səbəb isə kənd əhalisinin vergi savadlılığı ilə bağlıdır. Banklardan heyvandarlığın inkişafı üçün kredit götürürlər, hesabat tərtib olunmadığı üçün vergi hesablanır. Hesablanmış vergiləri qaytarmaq üçün uzun müddət lazım olur. Kəndlilər stress keçirir, loru dildə desək, gözləri qırılır. Ona görə də bu təşkilatların qarşılıqlı əlaqədə, koordinasiya ilə işləməsi vacibdir. Elə bil konsepsiya yaradılmalıdır ki, sahibkar və kəndliyə problem yaranmasın.

İribuynuzlu heyvan təsərrüfatlarının damazlıq saxlaması üçün sahələri yoxdur ki, yem bazalarını formalaşdırsınlar. Yem qiymətlərinin son üç ildə bahalaşmasına görə hətta damazlıq heyvanları da kəsimə göndərirlər. Bu da növbəti illərdə damazlıq heyvanların və bazara təklif olunan ətin azalmasına səbəb olur.

Kənd təsərrüfatı sahəsinə maraq azalıb, xüsusilə gənc nəsil arasında heyvandarlıqla məşğul olmaq istəyənlər cüzidir. Həmçinin kənd təsərrüfatına olan investisiyaların az olması bu sektorda fəaliyyət göstərənlərin sayının azalmasına gətirib çıxarır. Xüsusilə epidemiyaların vaxtında qarşısının alınmaması və müalicə üçün müvafiq tədbirlərin görülməməsi də bu sahəyə böyük ziyan vurur. Bütün bu amillər bir yerdə toplanaraq, ölkədə iri və xırdabuynuzlu heyvanların sayında azalmaya yol açır. Nəticədə biz ətin, südün, yağın və digər məhsulların bahalaşması ilə üzbəz qalırıq.

Post navigation

Previous: Gürcüstanın sabiq prezidenti hava limanında hücuma məruz qalıb
Next: “Rusiya və ABŞ arasında danışıqların nəticələrini tanımırıq” –

Oxşar xəbərlər

ramiz
  • Aktual

Ramiz Mehdiyev Yeni Azərbaycan Partiyasından çıxarıldı

User 16 Oktyabr 2026 - 17:12
vuqar zif
  • Aktual

Mətbuat Şurasının yeni sədri seçilib

User 16 Oktyabr 2026 - 12:18
milli meclis
  • Aktual

Milli Məclis təxribatlarla bağlı bəyanat yaydı –

User 16 Oktyabr 2026 - 09:18

xƏBƏR

rus ukr danisiq
  • Dünya

Rusiya, Ukrayna və ABŞ Əbu-Dabidə görüşəcək – Putin tarixi təsdiqlədi

User 06 Noyabr 2026 - 22:22
Rusiya Prezidenti Vladimir Putin Rusiya, Ukrayna və ABŞ nümayəndələrinin iştirakı ilə Əbu-Dabidə üçtərəfli danışıqların keçiriləcəyini təsdiqləyib. Noyabrın...
Read more about Rusiya, Ukrayna və ABŞ Əbu-Dabidə görüşəcək – Putin tarixi təsdiqlədi
Putin Ukraynadan daha böyük ərazi güzəştləri istəyir – Trampın “böyük saziş” planı putin herbi
  • Dünya

Putin Ukraynadan daha böyük ərazi güzəştləri istəyir – Trampın “böyük saziş” planı

User 06 Noyabr 2026 - 22:10
Dəmir çatışmazlığı olanlar hansı əti yeməlidir? – Həkimdən xəbərdarlıq et bazari
  • Sosial

Dəmir çatışmazlığı olanlar hansı əti yeməlidir? – Həkimdən xəbərdarlıq

User 06 Noyabr 2026 - 22:00
Oynaq ağrılarının hava ilə əlaqəsi varmı? – Mütəxəssis rəyi ayaq aqri
  • Maraqlı

Oynaq ağrılarının hava ilə əlaqəsi varmı? – Mütəxəssis rəyi

User 06 Noyabr 2026 - 21:51
Fastfudun təhlükəsiz norması varmı? – Dietoloq vacib məqamı açıqladı yemek fastfud
  • Sosial

Fastfudun təhlükəsiz norması varmı? – Dietoloq vacib məqamı açıqladı

User 06 Noyabr 2026 - 20:58
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.