Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Araşdırma

Anasını xərçəngdən itirən alim 36 ildən sonra mühüm kəşfə imza atdı

Orkhan Ali 19 Fevral 2025 - 18:45 (Last updated: 21 May 2025 - 20:15)
alim

alim

Dünyaca məşhur xərçəng tədqiqatçısı, alim Pol Uorkman həm atasını, həm də anasını xərçəng səbəbilə itirib, hətta özü də bir neçə il əvvəl bu xəstəliklə mübarizə aparıb.
Qaynarinfo xəbər verir ki, 36 illik araşdırmaların ardından o, anasının ölümünə səbəb olan nadir xərçəng növünə – kordomaya qarşı ən güclü silahı inkişaf etdirməyə nail olub.
Qeyd edək ki, kordoma xüsusilə nadir bədxassəli şişdir, kəllə və ya onurğa sütununun altından, əksər hallarda sakrum adlanan fəqərələrin aşağı dəstəsində başlayır.
Anasının xəstəliyi gec aşkarlanmışdı, müalicə isə yox idi
Alim Pol Uorkman anası Enanı 1989-cu ildə itirib. 68 yaşlı qadın milyonda bir insanda rast gəlinən və müalicəsi olmayan nadir sümük xərçəngi növü * kordoma səbəbilə dünyasını dəyişib.
O zaman cəmi 37 yaşında olan Uorkman artıq tibb sahəsində apardığı araşdırmalarla tanınırdı. O, atasını bağırsaq xərçəngindən, anasını isə kordomadan itirdiyini bildirərək, bunun onun üçün böyük mənəvi sarsıntı olduğunu qeyd edib.
Anasının xəstəliyi çox gec aşkar edilib. Uzun illər bel ağrılarından əziyyət çəkən Ena bədənində inkişaf edən xəstəliyi hiss etməkdə gecikmişdi. Əgər bu ağrılar olmasaydı, onun onurğasının aşağı hissəsində meydana gələn şiş daha erkən aşkarlanıb müalicəyə başlanıla bilərdi.
36 il sonra müalicə yolu tapıldı
Kordomanın müalicəsi üçün uzun illər heç bir effektiv üsul mövcud olmayıb. Ancaq Uorkman və beynəlxalq tədqiqatçılar qrupu ötən günlərdə brachyury adlı bir proteinin kordoma hüceyrələrinin sağ qalmasında həlledici rol oynadığını kəşf edib.
Bu kəşf elmi dairələrdə böyük həyəcan yaradıb. Çünki brachyury proteininin bloklanması ilə xərçəng hüceyrələrinin böyüməsinin dayandırılması, hətta məhv edilməsi mümkün ola bilər. Lakin bu proteini hədəf alan dərman hazırlamaq olduqca çətin olub. Çünki brachyury proteininin mürəkkəb strukturu onu müalicəyə davamlı edirdi.
Elm adamları ümidlənir
Uorkman brachyury-nin embrion mərhələsində onurğa sütununun ilkin formasının inkişafında mühüm rol oynadığını, ancaq doğuşdan sonra qeyri-aktiv hala gəldiyini bildirib. Lakin bəzi nadir hallarda bu protein yenidən aktivləşərək kordomanın yaranmasına səbəb ola bilir.
Bununla belə, ötən həftə “Nature Communications” elmi jurnalında dərc olunan bir məqalə bu istiqamətdə mühüm bir addım olub. Oksford Universiteti və Şimali Karolina Universitetindən tədqiqatçıların da iştirak etdiyi araşdırmada brachyury proteininin səthində bəzi hədəf nöqtələri müəyyən edilib. Mütəxəssislər bu nöqtələri xüsusi dərmanlarla hədəf alaraq proteini təsirsiz hala gətirə biləcəklərini bildiriblər.
Bu mühüm elmi nailiyyət dünyanın ən güclü rentgen şüa generatorlarından biri olan “Diamond Light Source” sinkrotonu vasitəsilə əldə edilib.
Digər xərçəng növlərinin müalicəsində də istifadə oluna bilər
Uorkman və komandası artıq brachyury proteini hədəf alacaq potensial dərman birləşmələrini müəyyən edib. Əgər bu dərmanlar effektiv olarsa, indiyə qədər heç bir müalicəyə cavab verməyən kordomanın böyüməsi və yayılmasının qarşısı alına bilər.
Uorkman bu araşdırmanın təkcə kordoma deyil, digər yayılmış xərçəng növlərinin müalicəsinə də töhfə verəcəyini qeyd edib:
“Brachyury digər şişlərin metastaz prosesində də rol oynayır. Bu o deməkdir ki, bu proteini bloklayan dərmanlar digər xərçənglərin yayılmasının qarşısını almaq üçün də istifadə oluna bilər”.
Xərçəngdən özü də xilas oldu
Alim Pol Uorkman xərçəngə qarşı mübarizəsində yalnız anasının və atasının itkisi ilə üzləşməyib. 2022-ci ildə ona prostat xərçəngi diaqnozu qoyulub. Lakin xəstəliyin erkən mərhələdə aşkarlanması və müalicə şansının yüksək olması ona kömək edib. O, şüa terapiyası ilə xəstəliyin öhdəsindən gəlib.
5 il sonra müalicə mümkün ola bilər
Kordomanın müalicəsində ən ümidverici metodlardan biri hədəflənmiş protein parçalanması (TPD) adlanan üsuldur. Bu texnika hüceyrənin təbii tullantı sistemindən istifadə edərək zərərli proteini bədəndən atmağı nəzərdə tutur.
Uorkman bu prosesin iş prinsipini belə izah edib:
“Dərmanın bir hissəsi hədəf proteinə bağlanacaq, digər hissəsi isə hüceyrənin tullantı sistemini aktivləşdirərək proteinin məhv edilməsini təmin edəcək. Beləliklə, brachyury proteini hüceyrədən xaric ediləcək və təsirsiz hala gətiriləcək”.
Hazırda tədqiqatçılar bu müalicə metodunu inkişaf etdirmək üçün laboratoriya testlərini davam etdirirlər. İnsan üzərində klinik sınaqlara başlamazdan əvvəl hüceyrə nümunələri və heyvan modellərində testlər aparılacaq. Bu prosesin təxminən 5 il çəkəcəyi proqnozlaşdırılır. Əgər hər şey planlaşdırıldığı kimi gedərsə, kordomanın effektiv müalicəsi reallığa çevrilə bilər.

Post navigation

Previous: Tramp avtomobillərə, dərman və mikrosxemlərə 25% tarif tətbiq etmək istəyir
Next: Uşaqlar arasında yeni virus yayılıb

Oxşar xəbərlər

tesla
  • Araşdırma

Tesla 100 il əvvəl smartfonları belə təsvir etmişdi – Onun daha hansı proqnozları gerçəkləşib?

User 07 Noyabr 2026 - 10:43
AES haciqabul
  • Araşdırma
  • Baş Yazı

Azərbaycanda tikintisinə başlanan AES niyə yarımçıq qaldı? – Hacıqabulda 40 il əvvəlki sirli layihə

User 05 Noyabr 2026 - 21:17
qob01
  • Araşdırma

Qobustanda min illərin sirri – Qədim insanlar heyvanları torla necə ovlayırdı?

User 24 Oktyabr 2026 - 11:02

xƏBƏR

ilham aliyev
  • Baş Yazı

Mədəniyyət xadimləri İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib

User 07 Noyabr 2026 - 18:15
Azərbaycan mədəniyyət ictimaiyyəti Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib. Təbrikdə deyilir: “Möhtərəm cənab Prezident, 8...
Read more about Mədəniyyət xadimləri İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib
Türkiyə Orta dəhlizlə bağlı planlarını açıqladı – Hakan Fidandan açıqlama Hakan Fidan
  • Dünya

Türkiyə Orta dəhlizlə bağlı planlarını açıqladı – Hakan Fidandan açıqlama

User 07 Noyabr 2026 - 16:50
Deputat Sevinc Hüseynovanın həyat yoldaşı vəfat edib sevinc
  • Sosial

Deputat Sevinc Hüseynovanın həyat yoldaşı vəfat edib

User 07 Noyabr 2026 - 15:32
Ukrayna ilə danışıqlara Putinin əsas adamları gedir – Heyətdə kimlər var? rus ukr bayraq
  • Dünya

Ukrayna ilə danışıqlara Putinin əsas adamları gedir – Heyətdə kimlər var?

User 07 Noyabr 2026 - 15:04
TRIPP layihəsi regionda hansı dəyişikliklərə yol aça bilər? – ABŞ-dan mesaj abs sefir ermenis
  • Dünya

TRIPP layihəsi regionda hansı dəyişikliklərə yol aça bilər? – ABŞ-dan mesaj

User 07 Noyabr 2026 - 14:59
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.