Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Gündəm

Hazırda respublikanın avtomobil yollarında vəziyyət necədir?

Orkhan Ali 21 Fevral 2025 - 10:00 (Last updated: 21 May 2025 - 20:15)
qarlı hava

qarlı hava

Hazırda respublikanın avtomobil yollarında vəziyyət necədir? Ötən gündən başlayaraq ölkə ərazisində şaxtalı və qarlı hava şəraiti hökm sürməkdədir.
AzPost xəbər verir ki, havanın temperaturunun ötən günlərlə müqayisədə xeyli enməsi nəticəsində gecə saatlarından etibarən Bakı şəhərində və respublikanın avtomobil yollarında müəyyən problemlər yaşanıb.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Anar Nəcəfli açıqlamasında bildirib ki, hazırda vəziyyət normaldır.
O qeyd edib ki, axşam saatlarından etibarən müvafiq tədbirlər görülməyə başlanılıb və müəyyən ərazilərdə qəfil buzlaşma baş verib:
“Xüsusilə, Bakı Dairəvi yolunda avtomobil sıxlığı yaranıb və əraziyə texnika cəlb olunmasında çətinliklər yaşanıb. Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşları ilə birgə hərəkət tənzimləndikdən sonra texnikalar əraziyə cəlb olunub və təxminən bir saat sonra yoldakı problem aradan qaldırılıb”, – deyə qurum rəsmisi bildirib.
A.Nəcəfli əlavə edib ki, digər ərazilərdə də qabaqlayıcı tədbirlər görülüb, yollara duz səpilib ki, səhər saatlarında vətəndaşlar rahat şəkildə yola çıxa bilsinlər:
“Hazırda Bakı şəhərinin giriş-çıxış yolları və əsas prospektlərdə hər hansı problem müşahidə olunmur. Respublikanın avtomobil yollarında da vəziyyət nəzarət altındadır, bəzi problemli ərazilərdə isə gecə boyunca işlər aparılıb və səhər də davam etdirilir. Hələ ki, ciddi problemlər yoxdur”.
Qurum rəsmisi sürücülərə xəbərdarlıq edib ki, bu cür hava şəraitində yola çıxarkən hazırlıqlı olmalıdırlar:
“Yay təkərləri ilə buzlu yollarda hərəkət etmək təhlükəlidir. Yollara duz səpilsə də, yay təkərləri həm sürücülər, həm də digər nəqliyyat vasitələri üçün təhlükə yaradır və bu, texnikaların ərazilərə cəlb olunmasında çətinliklərə səbəb ola bilər”, – deyə A. Nəcəfli vurğulayıb.
Mənbə: Oxu.az

Post navigation

Previous: Astarada evdə yanğın olub, 2 uşaq yanaraq ölüb
Next: Bu günün valyuta məzənnələri

Oxşar xəbərlər

prayk esas
  • Gündəm

Eyni məhsul, fərqli qiymətlər – PRAYK süni bahalaşmaya qarşı yeni həll təqdim etdi

User 06 Noyabr 2026 - 13:53
sinirlioqlu
  • Gündəm

Azərbaycan Türkiyənin namizədini niyə dəstəkləmədi? – Sinirlioğlunun mübahisəli siyasi keçmişi

User 30 Oktyabr 2026 - 13:40
kulek_25
  • Gündəm

Bakıda güclü küləklə bağlı xəbərdarlıq verilib

User 18 Oktyabr 2026 - 14:19

xƏBƏR

luqet kembric
  • Mədəniyyət

Kembric lüğəti 2026-cı ilin sözünü seçdi – Süni intellekt dövrünün mesajı

User 18 Noyabr 2026 - 13:14
İngilis dili üzrə Kembric lüğəti 2026-cı ilin sözü kimi “insan” (human) isimini seçib. Nəşrin məlumatına görə, bu...
Read more about Kembric lüğəti 2026-cı ilin sözünü seçdi – Süni intellekt dövrünün mesajı
Sabah 21 dərəcə isti olacaq – HAVA Hava
  • Sosial

Sabah 21 dərəcə isti olacaq – HAVA

User 18 Noyabr 2026 - 12:45
Azərbaycanda vergi qaydaları dəyişir – Kuryerlər, taksi sürücüləri və ev sahiblərini nə gözləyir? Vergi
  • Baş Yazı

Azərbaycanda vergi qaydaları dəyişir – Kuryerlər, taksi sürücüləri və ev sahiblərini nə gözləyir?

User 18 Noyabr 2026 - 12:15
“İkinci əl” avtomobillərin satışı üçün yeni prosedur müəyyənləşir avtomobil bazari
  • İqtisadiyyat

“İkinci əl” avtomobillərin satışı üçün yeni prosedur müəyyənləşir

User 18 Noyabr 2026 - 11:56
Pensiya kapitalı çatmayanları nə gözləyir? – 220 manatla dolanmalı olacaqlar? pensiya esas
  • Baş Yazı

Pensiya kapitalı çatmayanları nə gözləyir? – 220 manatla dolanmalı olacaqlar?

User 18 Noyabr 2026 - 11:12
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.