Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • QHT

“Effektiv beynəlxalq təmsilçilikdə könüllülər” layihəsi yekunlaşıb

Orkhan Ali 25 Fevral 2025 - 09:54 (Last updated: 21 May 2025 - 20:15)
IMG_20250225_095043_959

Diaspor Könüllüləri İctimai Birliyi “Effektiv beynəlxalq təmsilçilikdə könüllülər” layihəsi uğurla başa çatdı.

Gənclər və İdman Nazirliyinin qrant müsabiqəsi çərçivəsində dəstəklənən bu təşəbbüs, gənclərin beynəlxalq təmsilçilik sahəsində bilik və bacarıqlarını inkişaf etdirmək məqsədini daşıyırdı.

Layihənin əsas məqsədi, Azərbaycanın beynəlxalq platformalarda peşəkar şəkildə təmsil olunmasına töhfə vermək və gənclərin diplomatik bacarıqlarını inkişaf etdirmək idi. Bu çərçivədə aşağıdakı tədbirlər həyata keçirildi.

“Uğurlu komanda işinin sirrləri” adlı təlim – İştirakçılara komanda işi, liderlik və effektiv əməkdaşlıq strategiyaları izah edildi.

“Vaxtı necə effektiv idarə etmək olar?” adlı təlim – Gənclərə vaxt idarəetməsi metodları, prioritetlərin düzgün təyin olunması və məhsuldarlıq artırma üsulları öyrədildi.

“Sözün Gücü: Effektiv Kommunikasiya Bacarıqları” adlı təlim – Danışıq sənəti, auditoriya ilə düzgün əlaqə qurmaq və diplomatik ünsiyyət bacarıqları barədə məlumat verildi.

Hər üç təlim haqqında təlimçi – mentor Leyla Rəhimova gənclərə geniş məlumat verib və təlimlər çərçivəsində qrup işləri, team buildinglər və keyslər əsasında məşğələlər icra ediblər.

“Öndə Gənclər” İctimai Birliyinin sədri Fərhad Abdulov ilə görüş – Gənclərə vətəndaş cəmiyyəti, ictimai fəaliyyət və liderlik mövzusunda dəyərli məsləhətlər verildi.

“AEGEE-Baki” təşkilatının sədri Cəsur Mədətzadə ilə görüş – Gənclərin beynəlxalq layihələrdə iştirak imkanları və şəbəkələşmə metodları müzakirə olundu.

“Report İnformasiya Agentliyində” infotur – İştirakçılar media sahəsində iş prinsipləri ilə tanış olaraq, jurnalistika və informasiya yayımı barədə praktik biliklər əldə etdilər.

Dünya Azərbaycanlıları Gənclər İctimai Birliyinin baş katibi Nazrin Süleymanova ilə görüş və bağlanış mərasimi – Gənclərin beynəlxalq arenada rolu, diaspor fəaliyyəti və gələcək layihələr üçün perspektivlər barədə müzakirələr aparıldı.

Layihənin nəticəsində 40 nəfər gənc beynəlxalq arenada ölkəmizi daha effektiv təmsil etmək üçün zəruri biliklərə yiyələndi. İştirakçılar təcrübəli ekspertlərdən öyrənərək, real praktiki bacarıqlar əldə etdilər. Eyni zamanda, layihə çərçivəsində keçirilən görüşlər gənclərin şəbəkələşməsinə və beynəlxalq əlaqələr qurmasına şərait yaratdı.

Layihənin uğurla həyata keçirilməsində media və ictimaiyyətlə əlaqələr də mühüm rol oynadı. Tədbirlər sosial mediada geniş işıqlandırıldı, mətbuat vasitəsilə layihənin əhəmiyyəti vurğulandı.

Post navigation

Previous: Bu günə olan valyuta məzənnələri
Next: Bakının mərkəzi prospekti bağlandı

Oxşar xəbərlər

qht mina
  • QHT

Gəncədə minadan zərərçəkənlərin iştirakı ilə amputant futbol oyunu keçirilib

User 06 Noyabr 2026 - 20:29
a01
  • QHT

“Məktəb-Valideyn Tərəfdaşlığı” çərçivəsində maarifləndirici tədbir keçirilib

User 01 Noyabr 2026 - 10:31
qht mekteb01
  • QHT

Məktəb-valideyn tərəfdaşlığı ilə bağlı maarifləndirici tədbir keçirilib

User 30 Oktyabr 2026 - 12:30

xƏBƏR

rus ukr danisiq
  • Dünya

Rusiya, Ukrayna və ABŞ Əbu-Dabidə görüşəcək – Putin tarixi təsdiqlədi

User 06 Noyabr 2026 - 22:22
Rusiya Prezidenti Vladimir Putin Rusiya, Ukrayna və ABŞ nümayəndələrinin iştirakı ilə Əbu-Dabidə üçtərəfli danışıqların keçiriləcəyini təsdiqləyib. Noyabrın...
Read more about Rusiya, Ukrayna və ABŞ Əbu-Dabidə görüşəcək – Putin tarixi təsdiqlədi
Putin Ukraynadan daha böyük ərazi güzəştləri istəyir – Trampın “böyük saziş” planı putin herbi
  • Dünya

Putin Ukraynadan daha böyük ərazi güzəştləri istəyir – Trampın “böyük saziş” planı

User 06 Noyabr 2026 - 22:10
Dəmir çatışmazlığı olanlar hansı əti yeməlidir? – Həkimdən xəbərdarlıq et bazari
  • Sosial

Dəmir çatışmazlığı olanlar hansı əti yeməlidir? – Həkimdən xəbərdarlıq

User 06 Noyabr 2026 - 22:00
Oynaq ağrılarının hava ilə əlaqəsi varmı? – Mütəxəssis rəyi ayaq aqri
  • Maraqlı

Oynaq ağrılarının hava ilə əlaqəsi varmı? – Mütəxəssis rəyi

User 06 Noyabr 2026 - 21:51
Fastfudun təhlükəsiz norması varmı? – Dietoloq vacib məqamı açıqladı yemek fastfud
  • Sosial

Fastfudun təhlükəsiz norması varmı? – Dietoloq vacib məqamı açıqladı

User 06 Noyabr 2026 - 20:58
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.