Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Baş Yazı

Kimlər güzəştli şərtlərlə pensiya ala bilər?

Orkhan Ali 25 Fevral 2025 - 13:28 (Last updated: 21 May 2025 - 20:15)
pensiya

pensiya

Qanunvericiliyin tələbinə əsasən, bəzi vətəndaşların pensiya yaşı 5 il azaldıla bilər. “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə əsasən, axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ var.

AzPost xəbər verir ki, “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı” Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilib (//e-qanun.az/framework/12731).

Həmin Qərara əsasən, güzəştli şərtlərlə pensiya hüququ verən peşə və vəzifələrin hazırda qüvvədə olan Siyahısı 35 hissədən, 280 yarımhissə və 4000-dən çox vəzifə və peşə adından ibarət olub. Əməyin mühafizəsi və iş yerlərində təhlükəsizlik tədbirlərinin gücləndirilməsi, eləcə də müasir texnologiyaların istehsalata tətbiqi güzəştli pensiya hüququ verən ağır və zərərli peşə və vəzifələrin siyahısında dəyişikliləri zəruri edib. Bu səbəbdən Nazirlər Kabinetinin 9 fevral 2024-cü il tarixli Qərarı ilə sözügedən siyahı təkmilləşdirilib. Qərarda Kənd Təsərrüfatı Nazirliyinin, SOCAR, “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin və “Azərbaycan Dəmir Yolları” QSC-nin tərəfindən keçirilən iş yerlərinin attestasiyasının nəticələrinə görə 3 sahə üzrə peşələrin adları yeni redaksiyada verilib, 6 yeni peşənin adı güzəştli peşələr siyahısına əlavə olunub. Qərara əsasən, aidiyyəti qurumların təklifləri əsasında aktuallığını itirmiş və hazırda mövcud olmayan 13 peşənin adı güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən peşələrin siyahısından çıxarılıb.

Bəs güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ olan vətəndaşlar bunu necə isbat edə bilərlər? Hansı sənədləri təqdim etməlidirlər?

Suallara aydınlıq gətirən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun mətbuat katibi Rəşad Mehdili bildirib ki, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən sahələrdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların sözügedən Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində, əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verən pensiya kapitalı olduqda, yaxud azı 25 il sığorta stajı olduqda pensiya yaş həddi 5 il azaldılmaqla güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ yaranır.

Onun sözlərinə görə, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnun müəyyən edilməsi üçün şəxsin şəxsiyyət vəsiqəsinin surəti, sığorta stajını təsdiq edən sənədlər (əmək kitabçası, həqiqi hərbi xidmət dövrü barədə sənəd, əyani təhsil haqqında arayış və s.) və zərərli əmək şəraitində işlədiyi dövrü təsdiq edən arayış tələb olunur. Bu sənədlər şəxsin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnun və hüququ olduqda pensiya məbləğinin müəyyən edilməsi üçün vacibdir.

“Əmək pensiyaları haqqında” Qanunun 31.2-2-ci maddəsinə əsasən, əmək pensiyasının təyin edilməsi üçün zəruri olan sənədlərin və ya məlumatların Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə əldə edilməsi mümkün olduqda, həmin sənədlər və ya məlumatlar ərizəçidən tələb edilmir. Əldə edilməsi mümkün olmadığı hallarda isə ərizəçinin razılığı ilə sorğu əsasında müvafiq dövlət orqanından tələb olunur və ya ərizəçi tərəfindən təmin edilir. Şəxsin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdəki iş müddəti isə işəgötürənin arayışına əsasən müəyyən edilir”, – R.Mehdili bildirib.

DSMF rəsmisi onu da əlavə edib ki, Nazirlər Kabinetinin “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”na əsasən, elektron sistemdən əvvəl qurulan əmək münasibətlərinə dair sosial sığorta stajı əmək kitabçası, o olmadıqda işəgötürənin arayışı və ya dövlət arxivinin arayışı əsasında müəyyən edilir. Əlavə olaraq sosial sığorta stajına daxil edilən digər fəaliyyət dövrləri zərurət yarandığı təqdirdə müvafiq arayış və sənədlər əsasında nəzərə alınır.

“Ağır və zərərli sahələrdə işləyən şəxslərin güzəştli şərtlərlə əmək pensiyası hüququnun yaranması üçün Nazirlər Kabinetinin təsdiq etdiyi müvafiq siyahıda nəzərdə tutulan işlərdə kişilərin azı 12 il 6 ay, qadınların isə azı 10 il iş stajı, həmçinin 25 il ümumi iş stajı və ya minimum pensiya təminatına imkan verən pensiya kapitalı tələb edilir. Pensiya məbləği 2006-cı ilin yanvarın 1-dək olan dövr üçün şəxsin sığorta stajına əsasən formalaşan pensiya kapitalının və həmin tarixdən sonrakı dövr üçün fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalının cəminin 144-ə bölünməsi ilə hesablanır” – deyə R.Mehdili vurğulayıb.

©vergiler.az

Post navigation

Previous: “Azərbaycan Dəmir Yolları” ləğv olundu
Next: Xocalıda Soyqırım Memorial Kompleksi yaradılacaq

Oxşar xəbərlər

hekim novbe
  • Baş Yazı

Tibbi sığortaya 1,1 milyard manat ayrılır – 2027-ci ildə xəstələri nə gözləyir?

User 10 Noyabr 2026 - 12:55
az abs ermeni
  • Baş Yazı

Ermənistanla sülhün növbəti mərhələsi – TRIPP-dən sonra nə baş verəcək? / TƏHLİL

User 10 Noyabr 2026 - 11:37
BUDCE02
  • Baş Yazı

Azərbaycanda 2026-cı ildə 7,28 milyard manat hara xərclənib? – TƏHLİL

User 09 Noyabr 2026 - 14:05

xƏBƏR

hekim novbe
  • Baş Yazı

Tibbi sığortaya 1,1 milyard manat ayrılır – 2027-ci ildə xəstələri nə gözləyir?

User 10 Noyabr 2026 - 12:55
Azərbaycanda icbari tibbi sığorta sisteminə dövlət büdcəsindən ayrılan vəsaitin artırılması nəzərdə tutulur. 2027-ci ildə bu məqsədlə 1,1...
Read more about Tibbi sığortaya 1,1 milyard manat ayrılır – 2027-ci ildə xəstələri nə gözləyir?
Ukrayna-Rusiya danışıqlarından ilk görüntülər – Avropa masadan kənarda qaldı? photo_5445373109872566965_y
  • Dünya

Ukrayna-Rusiya danışıqlarından ilk görüntülər – Avropa masadan kənarda qaldı?

User 10 Noyabr 2026 - 12:43
ABŞ Ukraynanın sərhədlərini dəyişməyi təklif edib – Donetsk və Luqanskla bağlı plan rus ukr bayraq
  • Dünya

ABŞ Ukraynanın sərhədlərini dəyişməyi təklif edib – Donetsk və Luqanskla bağlı plan

User 10 Noyabr 2026 - 12:31
Ukrayna danışıqlardan əvvəl Avropa ilə görüşdü – Əbu-Dabidə nə baş verir? rus abs ukr danisiqlar
  • Dünya

Ukrayna danışıqlardan əvvəl Avropa ilə görüşdü – Əbu-Dabidə nə baş verir?

User 10 Noyabr 2026 - 12:26
Paşinyan Putinin iştirak edəcəyi tədbirə qatılmaqdan imtina etdi pasinyan
  • Dünya

Paşinyan Putinin iştirak edəcəyi tədbirə qatılmaqdan imtina etdi

User 10 Noyabr 2026 - 12:20
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.