Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Gündəm

Ağsuda aranı qatan dələduzluq işi ilə bağlı yeni məlumatlar (VİDEO)

Orkhan Ali 25 Fevral 2025 - 17:20 (Last updated: 21 May 2025 - 20:15)
Şəki İnzibati Məhkəməsi

Şəki İnzibati Məhkəməsi

“Şöhlətoğlu” İstirahət Mərkəzinin administratoru olmuş Adil Əsədov barəsindəki cinayət işi Şəki Apellyasiya Məhkəməsində araşdırılacaq.
Bu barədə Qaynarinfo-ya zərərçəkmişlər bildirib. Onların sözlərinə görə, Ağsu Rayon Məhkəməsi Adil Əsədova yüngül cəza təyin edib. Bu baxımdan, zərərçəkmişlər hökmdən apellyasiya şikayəti verib. Eyni zamanda dövlət ittihamçısı da hökmdən protest verib.
Adil Əsədov Ağsu Rayon Məhkəməsində Cinayət Məcəlləsinin 178.2.2 və 179.2.4-cü (Dələduzluq və mənimsəmə) maddələri ilə mühakimə edilib.
Dövlət ittihamçısı Adil Əsədova 5 il azadlıqdan məhrumetmə cəzası istəsə də, hakim təqsirləndirilən şəxsə 1 il 11 ay 26 gün azadlığın məhdudlaşdırılması cəzası təyin edib.
Zərəçəkmişlər bunu Ağsu Rayon Məhkəməsinin sədri Babək Qasımovun yarıtmaz fəaliyyəti ilə izah edirlər. Onlar məhkəmə sədri barəsində yuxarı instansiyalara şikayət də ünvanlayıblar. Zərəçəkmişlərin şikayətindən sonra bu işdə adı keçən Ağsu Rayon Məhkəməsinin əməkdaşı, Babək Qasımovun yaxın qohumu olduğu deyilən Ayxan adlı şəxs işdən çıxarılıb.
Zərərçəkmişlər Sürəyya Qurbanova, Tohid Ağamalıyev və Fərahim İbrahimov Qaynarinfo-ya bildirib ki, onlar bu gün Məhkəmə-Hüquq Şurasında olublar. Onları Şuranın səlahiyyətli şəxsləri qəbul edib və şikayətlərini dinləyib. “İnanırıq ki, Şəki Apellyasiya Məhkəməsində işə ədalətli baxacaqlar. Bu adam açıq-aşkar bizə qarşı dələduzluq edib. Bunu bütün Ağsu bilir. Ona görə də istəyirik ki, Adil Əsədov layiqli cəzasını alsın. Eyni zamanda Ağsu Rayon Məhkəməsinin sədri barəsində müvafiq tədbir görülsün”, deyə zərərçəkmişlər vurğulayıb.
Yeri gəlmişkən, bu işdə zərərçəkmişlərdən biri də “Şöhlətoğlu” İstirahət Mərkəzinin sahibi Novruz Gülməmmədovdur. Adil Əsədovun ən çox ziyan vurduğu şəxs də elə Novruz Gülməmmədovdur.

Post navigation

Previous: Şagirdlərin elektron yerdəyişməsi prosesinə başlanılıb
Next: Fillər adamlara hucum etdi, beş nəfər öldü

Oxşar xəbərlər

prayk esas
  • Gündəm

Eyni məhsul, fərqli qiymətlər – PRAYK süni bahalaşmaya qarşı yeni həll təqdim etdi

User 06 Noyabr 2026 - 13:53
sinirlioqlu
  • Gündəm

Azərbaycan Türkiyənin namizədini niyə dəstəkləmədi? – Sinirlioğlunun mübahisəli siyasi keçmişi

User 30 Oktyabr 2026 - 13:40
kulek_25
  • Gündəm

Bakıda güclü küləklə bağlı xəbərdarlıq verilib

User 18 Oktyabr 2026 - 14:19

xƏBƏR

Gmail
  • Media

Gmail, Microsoft və Apple xidmətlərində problem yaranıb

User 17 Noyabr 2026 - 22:55
ABŞ-dan və digər ölkələrdən iri miqyaslı texniki nasazlıqlarla bağlı yeni məlumatlar daxil olur. İstifadəçilər Gmail, Marriott, Outlook...
Read more about Gmail, Microsoft və Apple xidmətlərində problem yaranıb
Putin Trampla görüş üçün Çinə gəldi putin
  • Dünya

Putin Trampla görüş üçün Çinə gəldi

User 17 Noyabr 2026 - 22:47
Britaniya İsrail şirkətlərinə sanksiya tətbiq etdi – Səbəb london01
  • Dünya

Britaniya İsrail şirkətlərinə sanksiya tətbiq etdi – Səbəb

User 17 Noyabr 2026 - 22:28
Ürəyinizi təhlükəyə atan 7 gündəlik vərdiş – Kardioloqlar xəbərdarlıq edir urek mualice
  • Maraqlı

Ürəyinizi təhlükəyə atan 7 gündəlik vərdiş – Kardioloqlar xəbərdarlıq edir

User 17 Noyabr 2026 - 22:06
Səhər yuxudan oyanan kimi bu 3 vərdişi etməyin – Stress hormonunu artırır yuxu
  • Maraqlı

Səhər yuxudan oyanan kimi bu 3 vərdişi etməyin – Stress hormonunu artırır

User 17 Noyabr 2026 - 21:53
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.