Bu universitetin eyni gündə 6 tenderi ləğv edildi

Dünən Azərbaycan Memarlıq və İnşaat Universitetinin 6 tenderi ləğv edilib.

AzPost bu barədə dövlət satın almaların vahid internet portalına istinadən xəbər verir.

Məlumata əsasən, təhsil müəssisəsinin ləğv edilən tenderləri aşağıdakılardan ibarət olub:

I. 48.000,00 AZN dəyərində kompyuter aksesuarlarının satın alınması

II. 41.000,00 AZN dəyərində 1 və 2 saylı qazanxanaların cari təmiri

III. 32.000,00 AZN dəyərində abadlaşdırma (gül-çiçək alımı və s.)

IV. 6.000,00 AZN dəyərində Istehlak Yönümlü Xidmətlər (Universitetə dair məlumatların xəbər portalında yerləşdirilməsi)

V. 6.500,00 AZN dəyərində Istehlak Yönümlü Xidmətlər (Universitetə dair məqalələrin xəbər portalında yerləşdirilməsi)

VI. 4.000,00 AZN dəyərində İstehlak Yönümlü xidmətlər (Xəbər portalında təhsilin inkişafına dair məlumatların yerləşdirilməsi)

Qeyd edək ki, 6 tenderin hamısı eyni səbəbdən – satınalmada iştirak etmək üçün təklifi və təklifin təminatını təqdim etmiş, tələb olunduğu halda müvafiq lisenziyaya və ya icazəyə malik olan təchizatçıların sayı üçdən az olması – ləğv edilib. / Valyuta.Az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.