Məşhur karqo şirkətinin təyyarəsi TƏCİLİ ENİŞ ETDİ –Nə baş verir?

Təyyarə
Təyyarə

“FedEx”ə məxsus karqo təyyarəsi havaya qalxdıqdan qısa müddət sonra Nyu-Cersi ştatının Newark Liberty Beynəlxalq Hava Limanına məcburi eniş edib.

AzPost xəbər verir ki, bu barədə hava limanının nümayəndəsinə istinadən “Fox News” telekanalı məlumat yayıb.

Yayımcının məlumatına görə, qəza enişinə quşla toqquşma nəticəsində mühərrikin yanması səbəb olub. Hadisə şahidlərinin sözlərinə görə, yüksək səslə müşayiət olunan insident yerli vaxtla səhər saat 8:07 radələrində (Bakı vaxtı ilə 17:07) baş verib.

Təhlükəsizliyə görə hava limanının fəaliyyəti müvəqqəti olaraq dayandırılıb, lakin sonradan bərpa edilib. “FedEx”, İndianapolisə gedən “Boeing 767″nin uçuş zamanı quşla toqquşduğunu təsdiqləyib.

ABŞ Federal Aviasiya Administrasiyası (FAA) insidentlə bağlı araşdırma aparmaq niyyətindədir.(Publika.az)

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.