Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Aktual

Bakıda məşhur restoranların bahalı iftar qiymətləri

Orkhan Ali 04 Mart 2025 - 01:23 (Last updated: 21 May 2025 - 20:15)
İftar

İftar

Bakı şəhərində məşhur restoranların iftar menyuları açıqlanıb. AzPost iqtisadiyyat.az istinadən yazır ki, bir nəfər üçün nəzərdə tutulan iftar menyularının qiymətləri müxtəlifdir.

Belə ki, martın 1-dən sonunadək Ramazan ayı boyunca restoranlar üzrə iftar qiymətləri 24-90 manat arasında dəyişir:

“Günaydın” restoranının hər iki filialında bir nəfər üçün iftar menyusunun qiyməti 90 manatdır

“Fairmont Baku”nun “Le Bistro” restoranı bir nəfərlik iftar süfrəsini 88 manata təklif edir.

“Hilton”un 24-cü mərtəbəsində yerləşən və flaqman restoranı olan “Sky Grill”də bir nəfər üçün iftar qiyməti 60 manatdır.

“Hilton”un 1-ci mərtəbəsində yerləşən “Cilantro Restoranı” isə bir nəfərə iftar süfrəsini 49 manata açır.

“The Landmark”ın 20-ci mərtəbəsində yerləşən “Caspian Grill & Terrace” restoranında bir nəfərə iftar süfrəsi 40 manata təklif olunur.

Səməd Vurğun küçəsindəki “Şehrazat” restoranında iftar menyusu adam başına 50 manat təyin olunub və burada əlavə olaraq 10 faiz servishaqqı tətbiq edilir.

Ağ şəhərdə yerləşən “Bashkent White City”də iftar qiymətləri iki cür – menyudan asılı olaraq 35-45 manat aralığında dəyişir.

“Dreamland”da iftar açmaq istəyən şəxs 33 manat və üstəgəl 6 faiz servishaqqı ödəməli olacaq.

Üzeyir Hacıbəyov küçəsində yerləşən “Mamounia Baku” restoranında iftar qiyməti 29 manat, əlavə olaraq servishaqqı isə 10 faiz təşkil edir.

“Fəvvarələr meydanı”ndakı “Fisincan” restoranı iftar süfrəsini müxtəlif cür menyular olmaqla 25, 30 və 35 manata təklif edir.

Eyni ərazidə, yerləşən “Caravan Baku”da isə qiymət 25 manat müəyyənləşib və bununla yanaşı 10 faiz servis haqqı nəzərdə tutulub.

Həmçinin burada məşhur “Firuzə” restoranı bir nəfərə iftar süfrəsini 24 manata təqdim edir.

“Salam Baku” restoranında iftar menyusu 26 manata təklif olunur.

Neftçilər metrosu yaxınlığındakı məşhur “Biz-Bizə” restoranında iftar açmaq azı 30 manata başa gələcək.

Badamdar qəsəbəsində dağın üzərində dənizə açılan mənzərəyə malik “Luxury Life Restaurant” müqəddəs ayda iftar süfrəsini cəmi 25 manata təklif edir.

Qeyd edək ki, martın 1-dən Azərbaycanda Ramazan ayı başlayıb. Şəvval ayının 1-i, yəni martın 30-da Ramazan (Fitr) bayramı olacaq.

 

Post navigation

Previous: Bu gün Od çərşənbəsidir
Next: Şəhid anası və atası faciəli şəkildə həlak oldu

Oxşar xəbərlər

ramiz
  • Aktual

Ramiz Mehdiyev Yeni Azərbaycan Partiyasından çıxarıldı

User 16 Oktyabr 2026 - 17:12
vuqar zif
  • Aktual

Mətbuat Şurasının yeni sədri seçilib

User 16 Oktyabr 2026 - 12:18
milli meclis
  • Aktual

Milli Məclis təxribatlarla bağlı bəyanat yaydı –

User 16 Oktyabr 2026 - 09:18

xƏBƏR

ilham ali herbi
  • Siyasət

Prezident İlham Əliyev Zəfər günü ilə bağlı paylaşım edib – VİDEO

User 07 Noyabr 2026 - 20:35
Prezident İlham Əliyevin sosial media hesablarında 8 Noyabr – Zəfər günü ilə bağlı paylaşım edilib.   https://www.youtube.com/watch?v=7aNosPCC6as...
Read more about Prezident İlham Əliyev Zəfər günü ilə bağlı paylaşım edib – VİDEO
Rusiya Türkiyəyə qaz nəqlini kəskin artırdı – Noyabrda tədarük 4 dəfə yüksəldi qaz nəqli
  • İqtisadiyyat

Rusiya Türkiyəyə qaz nəqlini kəskin artırdı – Noyabrda tədarük 4 dəfə yüksəldi

User 07 Noyabr 2026 - 20:30
BMT-nin Baş katibinin gizlətdiyi nasist keçmişi – Kurt Valdhaymın böyük sirri bmt katib nasist
  • Araşdırma

BMT-nin Baş katibinin gizlətdiyi nasist keçmişi – Kurt Valdhaymın böyük sirri

User 07 Noyabr 2026 - 20:13
Rza Pəhləviyə “Azadlıq” mükafatı verildi – İranın gələcəyi ilə bağlı mesaj pehlevi iran sah
  • Dünya

Rza Pəhləviyə “Azadlıq” mükafatı verildi – İranın gələcəyi ilə bağlı mesaj

User 07 Noyabr 2026 - 19:45
İrana qarşı yeni müharibə planı – Trampa yanvara qədər vaxt verilir Tramp
  • Dünya

İrana qarşı yeni müharibə planı – Trampa yanvara qədər vaxt verilir

User 07 Noyabr 2026 - 19:41
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.