Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Araşdırma

İstifadə müddəti bitmiş dərmanları qəbul etmək nə qədər təhlükəlidir?

Orkhan Ali 08 İyun 2025 - 22:14 (Last updated: 08 İyun 2025 - 21:05)
e71b400eecaaad4df0f675bc86b087dc_2

Bir çox evdə istifadə müddəti bitmiş dərmanlara rast gəlmək mümkündür. Bəs bu dərmanları təsadüfən qəbul etmək insan sağlamlığına necə təsir edir?

Təsəvvür edin ki, səhər yuxudan soyuqdəymə əlamətləri ilə oyanırsınız və yuxulu vəziyyətdə dərmanın istifadə müddətini yoxlamadan onu qəbul edirsiniz. Daha sonra həmin dərmanın istifadə müddətinin keçdiyini anlayırsınız. Bəs belə olan halda nə baş verə bilər?

Qaynarinfo xəbər verir ki, ABŞ Qida və Dərman Administrasiyası (FDA) bu mövzuda sadə tövsiyə verib: “Əgər dərmanınızın istifadə müddəti bitibsə, ondan istifadə etməyin”.

FDA bildirir ki, istifadə müddəti bitdikdən sonra dərmanın təhlükəsiz və effektiv olacağına heç bir zəmanət yoxdur. Lakin bu, təsadüfən istifadə müddəti keçmiş “parasetamol” qəbul etdiyiniz halda dərhal təşvişə düşməli olduğunuz anlamına gəlmir. Alimlərin fikrincə, istifadə müddəti bitdikdən sonra çox az sayda dərman toksik hala keçir. Dərmanların əksəriyyəti isə kimyəvi tərkibindəki dəyişikliklər səbəbindən zamanla təsir gücünü itirir.

Buna baxmayaraq, ehtimal aşağı olsa da, köhnə dərmanlardan istifadə böyük bir səhv sayılmalı və onların zəhərlənməyə səbəb ola biləcəyi unudulmamalıdır.

FDA xəbərdarlıq edir ki, bəzi istifadə müddəti keçmiş dərmanlar bakteriya yaranması riski daşıyır və təsiri azalmış antibiotiklər infeksiyaları müalicə edə bilməyərək daha ciddi xəstəliklərə və antibiotikə qarşı müqavimətə səbəb ola bilər. Antibiotikə qarşı müqavimət isə bakterial infeksiya zamanı dərmanların təsir etməməsi və infeksiyanın bədəni bürüyərək ölümə gətirib çıxarması deməkdir.

Bu cür risklərə ehtiyac yoxdur. Əgər dərmanın istifadə müddəti bitibsə, təlimat vərəqində qeyd olunan qaydalara uyğun şəkildə tullamalısınız. Dərmanları kanalizasiya sisteminə atmaq olmaz. Əgər təsadüfən istifadə müddəti bitmiş dərman qəbul etmisinizsə və hər hansı anormal hal müşahidə edirsinizsə, dərhal həkiminizə müraciət etməyiniz tövsiyə olunur.

AzPost.az

Post navigation

Previous: Android telefonda fotodan mətni necə kopyalamaq olar?
Next: Qütb ayıları niyə donmur?

Oxşar xəbərlər

oqrular esas
  • Araşdırma

Gündüz fəhlə, gecə quldur… – Bakıda kassaları qarət edən dəstə necə ifşa olundu?

User 15 Noyabr 2026 - 15:47
heyder eliyev kitab
  • Araşdırma

Heydər Əliyevlə bir kadrda – 45 il əvvəlki şəkildə olan şəxslər kimdir? / FOTOXRONİKA

User 09 Noyabr 2026 - 23:18
bmt katib nasist
  • Araşdırma

BMT-nin Baş katibinin gizlətdiyi nasist keçmişi – Kurt Valdhaymın böyük sirri

User 07 Noyabr 2026 - 20:13

xƏBƏR

ilham ali forum
  • Baş Yazı

Prezident İlham Əliyevin sosial şəbəkə hesablarına kiberhücumlar müşahidə olunur

User 15 Noyabr 2026 - 22:22
Hazırda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sosial şəbəkə hesablarına qarşı kiberhücumlar müşahidə olunur. Bu barədə Prezidentin Mətbuat...
Read more about Prezident İlham Əliyevin sosial şəbəkə hesablarına kiberhücumlar müşahidə olunur
Prezident televiziya və radio işçilərini təbrik edib ilham aliyev
  • Siyasət

Prezident televiziya və radio işçilərini təbrik edib

User 15 Noyabr 2026 - 20:03
İşıq və qaz pulunu azaltmağın 7 yolu – Ailələr üçün praktik məsləhətlər isiq lampa
  • Sosial

İşıq və qaz pulunu azaltmağın 7 yolu – Ailələr üçün praktik məsləhətlər

User 15 Noyabr 2026 - 19:52
Azərbaycanın Milli Qəhrəmanı vəfat etdi ehtiram
  • Sosial

Azərbaycanın Milli Qəhrəmanı vəfat etdi

User 15 Noyabr 2026 - 17:20
Bab əl-Məndəb boğazı husilərin nəzarətinə keçdi – Yəməndə vəziyyət gərginləşir husiler
  • Dünya

Bab əl-Məndəb boğazı husilərin nəzarətinə keçdi – Yəməndə vəziyyət gərginləşir

User 15 Noyabr 2026 - 17:16
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.