Vətəndaş Rəşad Poladov Aşağı Güzdək qəsəbəsinin girişində olan yerüstü keçiddən şikayətçidir. AzPost xəbər verir ki, vətəndaş bu barədə öz sosial şəbəkə hesabında video paylaşıb.
Bildirilir ki, illərdir ərazidə olan yerüstü keçiddə lift iləmir. “Yaşlı, xəstə, fiziki qüsurlu insanlar var. Aidiyyəti qurumlar bu məsələyə bir çarə etsinlər. Lift illərdir işləmir” – deyə vətəndaş bildirir.
Abşeron rayon İcra Hakimiyyəti, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi və digər aidiyyəti qurumların məsələyə müdaxilə etməsi xahiş edilir.