“Yuventus”un idman direktoru Mottanın gələcəyi haqda DANIŞDI

Motta
Motta

“Yuventus”un idman direktoru Kristiano Cuntoli baş məşqçi Tiaqo Mottanın gələcəyi ilə bağlı fikirlərini bölüşüb.

AzPost-un xarici mediaya istinadla xəbərinə görə, funksioner əmin edib ki, italiyalıya etibar krediti hələ də tükənməyib.

“Tyaqo Motta ilə əməkdaşlığı davam etdirəcəyik, ona güvənirik. Bu vəziyyətdən çıxış yolunu komanda şəklində tapa bilərik.

Bu çətin məqamdır, lakin biz birlikdə irəliləməyə davam edirik, mövqeyimiz dəyişmir”, – Cuntoli bildirib.

Xatırladaq ki, “Yuventus” İtaliya A Seriyasının son turunda “Fiorentina”ya darmadağınla məğlub olub.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.