Naməlum şəxslər 15 yaşlı qızı qaçıraraq pul tələb edib

Rusiyanın Krasnoyarsk diyarı və Xakasiya üzrə İstintaq Komitəsinin mətbuat xidmətinin  məlumatlara görə, Açinsk şəhərində naməlum şəxslər on beş yaşlı qızı qaçırıblar.

AzPost MK-ya istinadən xəbər verir ki, cinayəti törədənlərin 500 min rubl pul tələb etdiyi məlum olub.

Müstəntiqlərin bildirdiyinə görə, qız ötən gecə evdən çıxıb və bir neçə saat sonra atasının telefonuna naməlum şəxsdən video mesaj gəlib. Bu mesajda qızı onun azadlığa çıxması üçün ondan 500 min rubl köçürməsini istəyib.

Açinsk sakini hüquq-mühafizə orqanları ilə əlaqə saxlayıb. O, 15 yaşlı qızının qaçırılmış ola biləcəyini deyib. Müstəntiqlər faktla bağlı cinayət işi açıblar. 

Hazırda polis əməkdaşları tərəfindən əməliyyat tədbirləri həyata keçirilir və hadisənin baş vermə şəraiti aydınlaşdırılır.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.