Satışa çıxarılan bələdiyyə torpaqlarının qiyməti necə müəyyən olunur?
Bələdiyyə mülkiyyətində olan torpaq sahələri fərdi yaşayış evinin tikintisi üçün bilavasitə satıldıqda qiymətlər hərraca və ya müsabiqəyə çıxarılan bələdiyyə mülkiyyətində olan torpaqların ilkin qiyməti torpağın normativ qiymətindən az olmamaq şərtilə bazar qiyməti nəzərə alınmaqla bələdiyyələr tərəfindən müəyyən edilir.
Torpağın qiyməti son torpaq hərracı və ya müsabiqəsi vasitəsilə satılan torpağın qiymətindən az ola bilməz.