Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Dünya

“Tesla”nın balans hesabatında 1,4 milyard dollar yoxa çıxdı

Orkhan Ali 22 Mart 2025 - 23:16 (Last updated: 21 May 2025 - 20:15)
12cbe951852386169e11367474fd8b42_Untitled-1
Azalan səhmlər, avtomobil satışlarındakı eniş, etirazlar, maşınların yandırılması… 2025-ci ildə bunlar “Tesla” üçün artıq adi hala çevrilib. Şirkətə qarşı yönələn narazılıqlar bir norma halını alıb. İlon Maskın ABŞ-ın keçmiş prezidenti Donald Tramp administrasiyası ilə yaxın münasibətləri və ifrat sağ siyasətlə artan təması onu cəmiyyətdə daha qütbləşdirici bir fiqura çevirib. Bunun nəticəsi olaraq insanlar öz məyusluqlarını Maskın ən dəyərli aktivlərindən biri – “Tesla” üzərindən ifadə edirlər.
Qaynarinfo xəbər verir ki, bu arada “Tesla”nın mövcud problemləri içərisində daha ciddi bir məsələ gündəmə gəlib. Şirkətin balans hesabatında 1,4 milyard dolların itməsi diqqət çəkib.
“Tesla”nın pul axını hesabatlarına görə, 2024-cü ilin üçüncü və dördüncü rüblərində maliyyə lizinqi istisna olmaqla, satışlar çıxdıqdan sonra əmlak və avadanlıq alışları üçün 6,3 milyard dollar xərcləndiyi bildirilib. Lakin eyni dövrə aid balans hesabatında “Tesla” daşınmaz əmlak, obyektlər və avadanlıqların ümumi dəyərinin cəmi 4,9 milyard dollar artaraq 51 milyard dollara çatdığını göstərib.
“Financial Times” nəşrinin məlumatına görə, bu hesabatda 1,4 milyard dollarlıq bir çatışmazlıq yaranır. Qeyd edilir ki, bu fərqi izah edə biləcək qanuni səbəblər ola bilər. Məsələn, aktivlərin satışı və ya valyuta məzənnələri ilə bağlı problemlər bu fərqin izah olunması üçün mümkündür. Lakin “Tesla” bu mümkün amillərdən heç birini açıqlamayıb.
Şirkət sanki 1,4 milyard dolları sadəcə hesaba daxil etmədən buraxıb. “Tesla” rəhbərliyi isə hələ ki, bu məsələ ilə bağlı rəsmi açıqlama verməyib. Pulun niyə hesaba əlavə edilmədiyi məlum deyil, lakin yaranan bu vəziyyətin “Tesla” investorlarında ciddi suallar doğuracağı şübhəsizdir.

Post navigation

Previous: Əkrəm İmamoğlu prokurorlar qarşısında ifadə verir
Next: Daha bir “ChatGPT” qalmaqalı: Bu dəfə günahsız adamı uşaq qatili elan etdi!

Oxşar xəbərlər

ukr zerbe zavod
  • Dünya

Rusiyada neft bazası və qazpaylayıcı stansiya yanır – Ukrayna dronlarla hücum etdi

User 16 Noyabr 2026 - 10:13
husiler
  • Dünya

Bab əl-Məndəb boğazı husilərin nəzarətinə keçdi – Yəməndə vəziyyət gərginləşir

User 15 Noyabr 2026 - 17:16
kusner
  • Dünya

Ukrayna müharibəsində dönüş ola bilər – Kuşner yeni razılaşmalardan danışdı

User 15 Noyabr 2026 - 12:48

xƏBƏR

MANAT MAAS
  • Baş Yazı

Azərbaycanda hansı sahələrdə maaş daha sürətlə artır?- Hansı peşələrdə daha çox qazanırlar?

User 16 Noyabr 2026 - 10:52
Azərbaycanda əməkhaqlarının artımı bütün sahələrdə eyni templə getmir. Bəzi iqtisadi fəaliyyət istiqamətlərində çalışanların orta aylıq gəliri 3-4...
Read more about Azərbaycanda hansı sahələrdə maaş daha sürətlə artır?- Hansı peşələrdə daha çox qazanırlar?
Azərbaycanda 180 min nəfər yaşa görə müavinət alır – Qadınlar çoxluq təşkil edir pensiya esas
  • Sosial

Azərbaycanda 180 min nəfər yaşa görə müavinət alır – Qadınlar çoxluq təşkil edir

User 16 Noyabr 2026 - 10:37
Maaş və pensiyalar nə qədər artacaq?- 2027-ci ilin sosial paketi nələri əhatə edəcək? sosial paket
  • Baş Yazı

Maaş və pensiyalar nə qədər artacaq?- 2027-ci ilin sosial paketi nələri əhatə edəcək?

User 16 Noyabr 2026 - 10:28
İki gündə 67 nəfər axtarışda saxlanılıb – DİN-dən açıqlama DIN
  • Sosial

İki gündə 67 nəfər axtarışda saxlanılıb – DİN-dən açıqlama

User 16 Noyabr 2026 - 10:17
Rusiyada neft bazası və qazpaylayıcı stansiya yanır – Ukrayna dronlarla hücum etdi ukr zerbe zavod
  • Dünya

Rusiyada neft bazası və qazpaylayıcı stansiya yanır – Ukrayna dronlarla hücum etdi

User 16 Noyabr 2026 - 10:13
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.