Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Baş Yazı

Daha bir “ChatGPT” qalmaqalı: Bu dəfə günahsız adamı uşaq qatili elan etdi!

Orkhan Ali 22 Mart 2025 - 23:37 (Last updated: 21 May 2025 - 20:15)
ChatGPT

ChatGPT

Süni intellekt bir gün sizə böhtan atmağa cəhd edərsə, həyatınız alt-üst ola bilər və bunun məsuliyyətini heç kim üzərinə götürməyə bilər. Norveçdə baş verən və günahsız bir şəxsi uşaq qatili kimi təqdim edən “ChatGPT” hadisəsi məhz bu təhlükəni gözlər önünə sərir.
Qaynarinfo xəbər verir ki, Norveçdə yaşanan bu hadisə süni intellektin məsuliyyəti və etik sərhədləri ilə bağlı müzakirələri yenidən alovlandırıb. “ChatGPT”nin bir şəxsi uşaq qatili kimi təqdim etməsi və bu iddiaların tamamilə yalan olduğu faktının ortaya çıxması, həm ölkə daxilində, həm də beynəlxalq səviyyədə ciddi rezonans doğurub.
“ChatGPT” necə böhtan atdı?
Hadisə Norveçdə bir vətəndaşın dostunun “ChatGPT”yə “Arve Hjalmar Holmen kimdir?” sualını verməsi ilə başlayıb. Süni intellekt bu şəxsin iki uşağı öldürdüyünü və üçüncünü öldürmək üçün plan qurduğunu iddia edən saxta bir həyat hekayəsi yaradıb. Bu iddiaların heç bir əsasının olmadığı tezliklə üzə çıxsa da, hadisənin təsiri olduqca ciddi olub.
“ChatGPT”nin uydurduğu bu hekayə yalnız bir şəxsin nüfuzuna xələl gətirməklə kifayətlənməyib, həm də süni intellektin etibarlılığı və məsuliyyəti ilə bağlı mühüm suallar doğurub. Bu, sadəcə olaraq peşə titulunu və ya doğum tarixini səhv göstərmək kimi bir xətadan fərqlənir – bu, insan həyatına birbaşa təsir edə biləcək ağır bir böhtandır. Bu hadisə ilə bağlı istehlakçı hüquqlarını qoruyan qurumlar “OpenAI”nin fəaliyyətini araşdırmaq üçün hərəkətə keçib.
“OpenAI” hadisəyə müdaxilə etdi
Hadisədən sonra “OpenAI” “ChatGPT”nin Arve Hjalmar Holmen haqqında verilən suallara düzgün cavab verməsini təmin etmək üçün sistemə müdaxilə edib. Lakin süni intellektin niyə belə bir böhtan uydurduğuna dair hər hansı bir açıqlama verilməyib. Bu da süni intellektin qərarvermə prosesinin nə qədər etibarlı olduğu sualını daha da aktuallaşdırıb.
Bu hadisə, süni intellektin gələcəkdə cəmiyyətdəki rolu ilə bağlı ciddi narahatlıqlar doğurub. Süni intellekt insanların həyatına təsir edən, onları “mühakimə edən və qiymətləndirən” bir mövqeyə gəldikdə, öz uydurduğu cinayətlər əsasında insanlara cəza verməyə başlayacaqmı? Bu sualın cavabı, süni intellekt texnologiyalarının etik sərhədlərinin necə müəyyən ediləcəyindən asılıdır.
Süni intellektin sürətlə inkişaf etdiyi bir dövrdə bu cür qalmaqalların qarşısını almaq üçün daha güclü nəzarət mexanizmlərinin qurulması vacib görünür.

Post navigation

Previous: “Tesla”nın balans hesabatında 1,4 milyard dollar yoxa çıxdı
Next: Azərbaycan millisi Haitiyə məğlub olub

Oxşar xəbərlər

MANAT MAAS
  • Baş Yazı

Azərbaycanda hansı sahələrdə maaş daha sürətlə artır?- Hansı peşələrdə daha çox qazanırlar?

User 16 Noyabr 2026 - 10:52
sosial paket
  • Baş Yazı

Maaş və pensiyalar nə qədər artacaq?- 2027-ci ilin sosial paketi nələri əhatə edəcək?

User 16 Noyabr 2026 - 10:28
ilham ali forum
  • Baş Yazı

Prezident İlham Əliyevin sosial şəbəkə hesablarına kiberhücumlar müşahidə olunur

User 15 Noyabr 2026 - 22:22

xƏBƏR

MANAT MAAS
  • Baş Yazı

Azərbaycanda hansı sahələrdə maaş daha sürətlə artır?- Hansı peşələrdə daha çox qazanırlar?

User 16 Noyabr 2026 - 10:52
Azərbaycanda əməkhaqlarının artımı bütün sahələrdə eyni templə getmir. Bəzi iqtisadi fəaliyyət istiqamətlərində çalışanların orta aylıq gəliri 3-4...
Read more about Azərbaycanda hansı sahələrdə maaş daha sürətlə artır?- Hansı peşələrdə daha çox qazanırlar?
Azərbaycanda 180 min nəfər yaşa görə müavinət alır – Qadınlar çoxluq təşkil edir pensiya esas
  • Sosial

Azərbaycanda 180 min nəfər yaşa görə müavinət alır – Qadınlar çoxluq təşkil edir

User 16 Noyabr 2026 - 10:37
Maaş və pensiyalar nə qədər artacaq?- 2027-ci ilin sosial paketi nələri əhatə edəcək? sosial paket
  • Baş Yazı

Maaş və pensiyalar nə qədər artacaq?- 2027-ci ilin sosial paketi nələri əhatə edəcək?

User 16 Noyabr 2026 - 10:28
İki gündə 67 nəfər axtarışda saxlanılıb – DİN-dən açıqlama DIN
  • Sosial

İki gündə 67 nəfər axtarışda saxlanılıb – DİN-dən açıqlama

User 16 Noyabr 2026 - 10:17
Rusiyada neft bazası və qazpaylayıcı stansiya yanır – Ukrayna dronlarla hücum etdi ukr zerbe zavod
  • Dünya

Rusiyada neft bazası və qazpaylayıcı stansiya yanır – Ukrayna dronlarla hücum etdi

User 16 Noyabr 2026 - 10:13
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.