Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Hadisə

“Zara”da müştərinin əl çantası oğurlandı

Orkhan Ali 24 Mart 2025 - 19:03 (Last updated: 21 May 2025 - 20:15)
a93a80eda5cf071e47ab62561bc0d2ba_Screenshot_20250324_151846_Gallery
“Gənclik Mall” Ticarət Mərkəzində yerləşən “Zara” geyim dükanında müştərinin çantasını oğurlayan şəxs həbs edilib.
Qaynarinfo-nun məlumatına görə, hadisəni törədən 1990-cı il təvəllüdlü K.L. saxlanılaraq barəsində İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə protokol tərtib edilib və iş məhkəməyə göndərilib.
Məhkəmədə məlum olub ki, K.L. “Zara” geyim dükanın paltar dəyişmə otağının dəhlizində F.G.-ya məxsus qadın əl çantasını oğurlayıb.
Belə ki, zərərçəkmiş F.G. “Gənclik Mall”a alış-veriş etmək üçün gedib. Alış-veriş etdikdən sonra “Zara” dükanına daxil olaraq orada olan geyimlərə baxıb. Bəyəndiyi paltarları seçərək dəyişmə otağına gedib. Dəyişmə otağına daxil olduqda aldığı digər məhsulları dəhlizin girişinə qoyub. Həmin vaxt rəfiqəsi də onunla birlikdə olub.
Birlikdə paltar dəyişmə otağından çıxdıqda qoyduqları paketlər yerində olsa da, əl çantasının orda olmadığını müəyən edib. Ətrafı axtarsalar da, tapa bilməyiblər. Əl çantasının içərisində özünə və azyaşlı oğluna məxsus şəxsiyyət vəsiqələri, kosmetik vasitələr, bank kartları və nağd 150 manat pul olub.
K.L. oğurladığı çantanı içindəki əşyalarla birlikdə zərərçəkmişə qaytarsa da, içindəki 150 manatı imkansızlıqdan xərclədiyini deyib.
Məhkəmənin qərarı ilə, təqsirləndirilən şəxs barəsində 160 saat ictimai işlər növündə tənbeh tədbiri tətbiq edilib. Şəxsin üzərinə ictimai işlərin yerinə yetirildiyi yerlərdə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulub.

Post navigation

Previous: Azərbaycan kərə yağı idxalına çəkdiyi xərci 2 dəfədən çox artırıb
Next: Qadın timsahın ağzından belə qurtuldu – İNANILMAZ

Oxşar xəbərlər

yangin
  • Hadisə

Bakıda restoranda yanğın olub – VİDEO

Orkhan Ali 21 Oktyabr 2026 - 09:53
MOTOXULİQANLIQ
  • Hadisə

Abşeronda motoxuliqanlıqla bağlı 23 nəfər saxlanılıb

User 08 Oktyabr 2026 - 15:55
  • Hadisə

Yol polisi Formula 1-lə əlaqədar sürücülərə müraciət edib

User 18 Sentyabr 2026 - 12:23

xƏBƏR

ilham ali herbi
  • Siyasət

Prezident İlham Əliyev Zəfər günü ilə bağlı paylaşım edib – VİDEO

User 07 Noyabr 2026 - 20:35
Prezident İlham Əliyevin sosial media hesablarında 8 Noyabr – Zəfər günü ilə bağlı paylaşım edilib.   https://www.youtube.com/watch?v=7aNosPCC6as...
Read more about Prezident İlham Əliyev Zəfər günü ilə bağlı paylaşım edib – VİDEO
Rusiya Türkiyəyə qaz nəqlini kəskin artırdı – Noyabrda tədarük 4 dəfə yüksəldi qaz nəqli
  • İqtisadiyyat

Rusiya Türkiyəyə qaz nəqlini kəskin artırdı – Noyabrda tədarük 4 dəfə yüksəldi

User 07 Noyabr 2026 - 20:30
BMT-nin Baş katibinin gizlətdiyi nasist keçmişi – Kurt Valdhaymın böyük sirri bmt katib nasist
  • Araşdırma

BMT-nin Baş katibinin gizlətdiyi nasist keçmişi – Kurt Valdhaymın böyük sirri

User 07 Noyabr 2026 - 20:13
Rza Pəhləviyə “Azadlıq” mükafatı verildi – İranın gələcəyi ilə bağlı mesaj pehlevi iran sah
  • Dünya

Rza Pəhləviyə “Azadlıq” mükafatı verildi – İranın gələcəyi ilə bağlı mesaj

User 07 Noyabr 2026 - 19:45
İrana qarşı yeni müharibə planı – Trampa yanvara qədər vaxt verilir Tramp
  • Dünya

İrana qarşı yeni müharibə planı – Trampa yanvara qədər vaxt verilir

User 07 Noyabr 2026 - 19:41
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.