Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Ölkə

Setifikasiyadan keçə bilməyən müəllimlərin rayonlara göndərilir?

Orkhan Ali 26 Mart 2025 - 19:00 (Last updated: 21 May 2025 - 20:15)
07b6fc2271defbf4781a404cac7c4131_ce5c6b646978ef9d2df5283e669f0c38_1
“Kənd məktəblərinə müəllim göndərmək cəza deyil, yeni bir fürsət kimi təqdim edilməlidir”. 
Bunu Qaynarinfo-ya açıqlamasında təhsil eksperti Kamran Əsədov sertifikasiyadan keçə bilməyən müəllimlərin rayonlara göndərilməsi ilə bağlı təklifinə münasibət bildirərkən deyib. Onun fikirincə, bu proses düzgün və məsuliyyətlə təşkil edilsə, nə kənd uşaqları itirər, nə də təhsil sistemi:
“Hazırda Azərbaycanın ucqar bölgələrində müəllim çatışmır və bu ciddi bir problemdir. Hər il Elm və Təhsil Nazirliyinin açıqladığı vakansiya siyahılarında yüzlərlə yer dolmur. Dağlıq və sərhəd rayonlarda, xüsusilə də Şəki, Qax, Lerik, Yardımlı, Quba, Qusar və oxşar bölgələrdə bəzi fənlər üzrə ümumiyyətlə müəllim tapılmır. Bu məktəblərdə informatika, fiziki tərbiyə, musiqi, təsviri incəsənət kimi fənlər ya tədris olunmur, ya da qeyri-ixtisas müəllimləri tərəfindən keçilir. Bəzi hallarda isə dərslər tamamilə boş qalır. Hətta əsas fənlər – Azərbaycan dili, riyaziyyat, tarix, coğrafiya kimi istiqamətlər üzrə belə müəllim problemi yaşanır. Bu təhsil alan minlərlə şagirdin gələcəyinə birbaşa təsir edir”.
Ekspert təklif edir ki, sertifikasiyadan keçməyən müəllimlər ucqar bölgələrdəki vakant yerlərə yönləndirilə bilər:
“Sertifikasiya imtahanı müəllimin ixtisas biliyini ölçən bir vasitədir. Lakin bu imtahanın nəticəsi müəllimin pedaqoji fəaliyyətinin bütün aspektlərini əhatə etmir. Sertifikasiyada az bal toplayan müəllimlər içərisində bu gün siniflərində uğurla dərs deyən, sosial əhatədə nüfuz qazanan və məktəbin bütöv həyatına müsbət təsir edən şəxslər də var. Bu müəllimləri sistemdən birdəfəlik uzaqlaşdırmaq, təkcə onların şəxsi taleyinə deyil, bütövlükdə təhsil sisteminə zərər vurur. Bunun əvəzinə həmin müəllimlər ucqar bölgələrdəki vakant yerlərə yönləndirilə bilər. Bu, cəza deyil, inkişaf üçün bir fürsət kimi təqdim olunmalıdır”.
Ekspert vurğulayıb ki, bununla iki əsas məqsədə çatmaq olar:
“Həm regionlarda müəllim çatışmazlığının qarşısı alınar, həm də aşağı nəticə göstərən müəllimlər üçün öz üzərində işləmək imkanı yaradılar”.
Kamran Əsədovun sözlərinə görə, kənd uşaqları bu gün heç bir müəllimlə qarşılaşmadan böyümək təhlükəsi ilə üz-üzədir:
“Boş sinifdə dərs keçilməməsi, ixtisası olmayan şəxslərin bu fənlərə cəlb olunması daha ciddi problemdir. Əgər bir müəllim riyaziyyatdan 38 bal toplayıbsa, bu o demək deyil ki, onun riyaziyyatdan ümumiyyətlə məlumatı yoxdur. Onun pedaqoji təcrübəsi və baza bilikləri ilə ən azı boş dərsi doldura biləcək potensialı var. Sertifikasiya imtahanında zəif nəticə göstərmiş müəllimi təkmilləşdirərək sistemdə saxlamaq və onu vakant yerə yönləndirmək bu hüquqi çərçivəyə tam uyğundur. Dövlət müəllimi sistemdən uzaqlaşdırmaq əvəzinə ona şans verməklə sosial sabitliyi də qoruyar”.

Post navigation

Previous: “Lukoyl”şirkət haker hücumuna məruz qalıb –
Next: Tanınmış idmançını öldürən Orxan Hacıyevin qətlinin ilginc təfərrüatı

Oxşar xəbərlər

ilham zengi01
  • Ölkə

Prezident və birinci xanım Zəngilanda – YENİLƏNİB

User 06 Noyabr 2026 - 14:31
ramiz mehdiyev
  • Ölkə

Ramiz Mehdiyevin AMEA üzvlüyündən çıxarılması təsdiqlənib

User 30 Oktyabr 2026 - 17:27
ilham yap02
  • Ölkə

YAP Təftiş Komissiyasının sədri seçilib

User 30 Oktyabr 2026 - 16:41

xƏBƏR

pehlevi iran sah
  • Dünya

Rza Pəhləviyə “Azadlıq” mükafatı verildi – İranın gələcəyi ilə bağlı mesaj

User 07 Noyabr 2026 - 19:45
İranın sonuncu şahının oğlu Rza Pəhləvi “Azadlıq” mükafatına layiq görülüb. Mükafatın əslində “İran xalqı”na verildiyi bildirilir. Bu...
Read more about Rza Pəhləviyə “Azadlıq” mükafatı verildi – İranın gələcəyi ilə bağlı mesaj
İrana qarşı yeni müharibə planı – Trampa yanvara qədər vaxt verilir Tramp
  • Dünya

İrana qarşı yeni müharibə planı – Trampa yanvara qədər vaxt verilir

User 07 Noyabr 2026 - 19:41
Mədəniyyət xadimləri İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib ilham aliyev
  • Baş Yazı

Mədəniyyət xadimləri İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib

User 07 Noyabr 2026 - 18:15
Türkiyə Orta dəhlizlə bağlı planlarını açıqladı – Hakan Fidandan açıqlama Hakan Fidan
  • Dünya

Türkiyə Orta dəhlizlə bağlı planlarını açıqladı – Hakan Fidandan açıqlama

User 07 Noyabr 2026 - 16:50
Deputat Sevinc Hüseynovanın həyat yoldaşı vəfat edib sevinc
  • Sosial

Deputat Sevinc Hüseynovanın həyat yoldaşı vəfat edib

User 07 Noyabr 2026 - 15:32
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.