Bu ilin yanvar-fevral aylarında heyvandarlıq məhsulları idxalı kəskin şəkildə artıb.
AzPost bildirir ki, bu barədə kənd təsərrüfatı üzrə ekspert Vahid Məhərrəmli paylaşımında bildirib.
Onun sözlərinə görə, əsasən kəsim üçün nəzərdə tutulan diri heyvanların idxalı 84,4% artıb.
Həmçinin süd idxalı 65%, (dəyər ifadəsində 49,1%), kərə yağı 79,8%, (dəyər ifadəsində isə 2,3 dəfə) artıb.
“Bu o deməkdir ki, Azərbaycanda heyvandarlıq məhsulları istehsalı kəskin şəkildə aşağı düşüb”-deyə o vurğulayıb.