Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Aktual
  • Araşdırma

“Çoban” İsfəndiyarın milyonluq avtomobil kolleksiyası –

Orkhan Ali 02 Aprel 2025 - 22:37 (Last updated: 21 May 2025 - 20:15)
Şərurlu İsfəndiyar

Şərurlu İsfəndiyar

“Şərurlu İsfəndiyar” kimi tanınan iş adamı İsfəndiyar Axundov “Mən oturmuşam başda, çoban, alimlər işləyir, pullar da gəlir” kimi sözləri ilə gündəmə gəlib.

AzPost axar.az-a istinadən xəbər verir ki, əslində Şərurlu İsfəndiyar özü və yaxınları əməlləri ilə hər zaman ölkə mətbuatının gündəmində olub.

İş adamının oğlu Şahin Axundov 20 il öncə Bakıda Türkiyə səfirliyinin qarşısında Anar İsmayılov adlı şəxsin avtomobilini gülləbaran etmişdi. Həmin vaxt Axundov həbs olundu və 5 il sonra azadlığa çıxdı.

Musavat.com yazır ki, uzun müddət Türkiyədə yaşayan Şahin Axundov yaxınlarda Bakıya qayıdıb və psixoloji durumunda problem yarandığı üçün xəstəxanalardan birinə yerləşdirilib.

Şərurlu İsfəndiyarın digər oğlu Allahverdi Axundov 650 min manata “Lamborghini” alması ilə yaddaşlara köçmüşdü. Həmin vaxt Şərurlu İsfəndiyar məlumatı təkzib etsə də, oğlu sosial şəbəkələrdə maşının şəklini “Mənim yeni avtomobilim” qeydi ilə paylaşmışdı. Bundan sonra isə Şərurlu İsfəndiyar “hə, nə olsun” deyə, faktı təkzib edib, yalan danışdığını boynuna almışdı.

Tikinti maqnatının başqa bir oğlu Tanrıverdi Axundovun adı adam döyməkdə hallanıb. Məlumata görə, 2024-cü ilin 31 dekabrında Tanrıverdi və onunla birlikdə olan bir neçə nəfər “Hollivud” restoranında bayram şənliyi zamanı Rauf Hüseynov adlı gənci anasının gözü qarşısında döyüblər.

Axundovun bacısı oğlu isə “çobanın haqqını yeməklə” məhkəməyə verilib. İş adamının İlham Əliyev adlı bacısı oğlu Aşaşı Güzdək qəsəbəsində bir ailəni öz fermasında 1 il 4 ay işlədərək, onların pulunu verməyib.

Şəhidin evini mənimsəyən maqnat

Şərurlu İsfəndiyar haqqında ən böyük qalmaqal şəhidin evini mənimsəməsi ilə bağlı olub. 2019-cu ildə Ali Məhkəmə tikinti maqnatı İsfəndiyar Axundovun iddiası əsasında 2016-cı ilin aprel müharibəsində xüsusi təyinatlıların canını vətənə qurban vermiş polkovnik-leytenantı Sənan Axundovun ailəsinin əlindən 50 kvadratmetrlik mənzilin alınması haqda qərar çıxarmışdı. Qərarın “Şərurlu İsfəndiyar”ın sifarişi əsasında çıxarıldığı bildirilirdi.

Məsələ belə olub: xüsusi təyinatlı zabitimiz Sənan Axundov “Kamran” MMC adlı tikinti şirkətinin Bakıda inşasına başladığı çoxmərtəbəli binadan 50 kvadaratmetrlik mənzil sahəsi alıb. Daha sonra tikinti yarımçıq qalıb, “Kamran” MMC-nin rəhbərliyi barəsində dələduzluğa görə cinayət işi başlanılıb. Və 11 mərtəbəsi tikilmiş yarımçıq binanı Şərurlu İsfəndiyar alıb. Oliqarx daha 5 mərtəbə inşa edib və binadan mənzil alanlara şərt qoyub ki, onlar aldıqları mənzillərə görə yenidən əlavə vəsait ödəməli olacaqlar.

Zabit Sənan Axundov bu şərti qəbul etməyib, sağlığında məhkəmə iddiası qaldıraraq 50 kvadratmetrlik mənzil sahəsi üzərində mülkiyyət hüququnu tanıyan qərar çıxarılmasına nail olub. Sənan Axundov sağ olan vaxt öz hüququnu qoruyub və məhkəmələrin birində qanuni qərar çıxarılıb ki, binadakı 50 kvadratmetirlik yerin sahibi onun özüdür. Şərurlu İsfəndiyar isə dayanmayıb. Sənan şəhid olandan sonra ailəni məhkəməyə verib və məhkəmə prosesini udub. Məhkəmə Axundovun xeyrinə qərar çıxarmasını şəhidin ailəsinin əlindəki sənədlərin saxta olması ilə əlaqələndirib (Bu barədə Vurtualaz.orq məlumat yaymışdı).

***

Ötən il Şərurlu İsfəndiyara məxsus “Şərur” MTK və vətəndaşları aldatmış “Proqress-2016” MTK ilə bağlı məhkəmə çəkişməsi baş verib.

Məlumata görə, “Proqres MTK” vaxtı ilə başqa adamda olub, həmin MTK-nın işlərini “Şərur” MTK aparır.

Həmin binada 10-a yaxın qazinin haqqı tapdalanıb, aldadılıblar. Qazilər “Hollivud” şadlıq sarayında yerləşən “Şərur” MTK-nın ofisinə gəliblər (Bu şadlıq evi də Şərurlu İsfəndiyara aiddir). Onları iş adamının oğlu Mehdi Axundov qarşılayıb.

Mehdi ilə qazilər arasında mübahisə yarandığı üçün Mehdi polis çağırıb. Polislər qaziləri Binəqədi Rayon Polis İdarəsinə dəvət ediblər, qaziləri dinləyəndən sonra onların haqlı olduğu ortaya çıxıb və Mehdinin qazilərə qarşı kobud davranışlarına görə Polis İdarəsinin əməkdaşları İsfəndiyarın ofisinə gələrək Mehdini saxlayıblar.

Həmin vaxt İsfəndiyar Axundov və şirkətin daha 10-a yaxın əməkdaşı Binəqədi Polis İdarəsinə aparılaraq, izahatları alınıb.

Milyonluq avtomobil kolleksiyası

Şərurlu İsfəndiyarın övladları bahalı avtomobil kolleksiyaları ilə də məşhurdurlar.

Üstəlik, həmin avtomobillərin hamısının dövlət nömrə nişanı eynidir – 10 LN 200.

Kolleksiyaya daxil olan avtomobillərin arasında qiyməti 650 min dollardan baha olan “Lamborghini Aventador”, 350 min dollar dəyəri olan “Ferrari 458 Speciale”, “Mersedes”, “Maseratti”, “Audi” kimi bir çox markaların lüks modelləri yer alır.

Onu da qeyd edək ki, Şərurlu İsfəndiyar 2015-ci ildə Daxili İşlər Nazirliyi Mütəşəkkil Cinayətkarlığa qarşı Mübarizə İdarəsinin (“Bandotdel”) əməkdaşları tərəfindən saxlanılmışdı. Hətta onun bir neçə gün “Bandotdel”in təcridxanasında saxlanıldığı bildirilir.

Onun saxlanılmasına səbəb kimi isə banklara 100 milyon dollara qədər borcunun olduğu deyilirdi.

Post navigation

Previous: Zaqatalada bacısını güllələyən qardaşa 17 İL HƏBS CƏZASI
Next: Almaniya Prezidentinin Azərbaycana səfəri başa çatıb

Oxşar xəbərlər

heyder eliyev kitab
  • Araşdırma

Heydər Əliyevlə bir kadrda – 45 il əvvəlki şəkildə olan şəxslər kimdir? / FOTOXRONİKA

User 09 Noyabr 2026 - 23:18
bmt katib nasist
  • Araşdırma

BMT-nin Baş katibinin gizlətdiyi nasist keçmişi – Kurt Valdhaymın böyük sirri

User 07 Noyabr 2026 - 20:13
tesla
  • Araşdırma

Tesla 100 il əvvəl smartfonları belə təsvir etmişdi – Onun daha hansı proqnozları gerçəkləşib?

User 07 Noyabr 2026 - 10:43

xƏBƏR

tramp tiktok
  • Dünya

Tramp ABŞ limanlarında xarici gəmilərlə yükdaşıma icazəsini uzatdı

User 13 Noyabr 2026 - 23:53
ABŞ Prezidenti Donald Tramp xarici bayraq altında üzən gəmilərin Amerika limanları arasında neft, yanacaq və gübrə daşımasına...
Read more about Tramp ABŞ limanlarında xarici gəmilərlə yükdaşıma icazəsini uzatdı
“Misli”nin pisliyi – Müştərilərin uduşunu ödəmir top misli
  • Sosial

“Misli”nin pisliyi – Müştərilərin uduşunu ödəmir

User 13 Noyabr 2026 - 23:12
Stressdən qurtulmaq üçün bahalı istirahətə ehtiyac yoxdur – alimlər səbəbini açıqladı sukut
  • Maraqlı

Stressdən qurtulmaq üçün bahalı istirahətə ehtiyac yoxdur – alimlər səbəbini açıqladı

User 13 Noyabr 2026 - 21:15
50 İLİN HEKAYƏSİ – 30 İLİN SƏSİ e08
  • Mədəniyyət

50 İLİN HEKAYƏSİ – 30 İLİN SƏSİ

User 13 Noyabr 2026 - 20:52
Vens 2028-ci ildə prezidentliyə namizəd olmaq istəmir -Trampın varisliyindən imtina vens
  • Dünya

Vens 2028-ci ildə prezidentliyə namizəd olmaq istəmir -Trampın varisliyindən imtina

User 13 Noyabr 2026 - 19:57
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.