Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Kriminal

“Azərbaycan Dəmir Yolları”nın maşinisti 3619 manatlıq yanacaq satıb

Orkhan Ali 15 Aprel 2025 - 09:23 (Last updated: 21 May 2025 - 20:15)
Azərbaycan Dəmir Yolları

Azərbaycan Dəmir Yolları

Gəncə Şəhər Məhkəməsində vəzifə səlahiyyətlərindən sui-istifadə  vəzifə saxtakarlığı və təqsirləndirilən Qismət Əmirovun (ad, soyadı şərtidir) cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Elxan Əlizadənin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə o, 4000 manat miqdarında cərimə cəzasına məhkum edilib.

İttihama görə, Qismət Əmirov “Azərbaycan Dəmir Yolları” QSC-nin İnfrastuktur departamentinin Qatarların idarə edilməsi xidmətinin Gəncə lokomotivlərinin idarə edilməsi sahəsinin magistral üzrə teplovoz maşinisti vəzifəsində işləyib. O, Ağstafa-Qazax-Ağstafa, Qazax-Ağstafa-Qazax, Gəncə-Böyük-Kəsik istiqamətləri üzrə 2021-ci ilin may ayından 2021-ci ilin sentyabr ayınadək olan dövrdə lokomotivlərin hərəkətinin təmin edilməsi üçün Azərbaycan Dəmir Yolları QSC tərəfindən ayrılmış yanacaq və yağın, yəni həmin cəmiyyətə məxsus olmaqla ona etibar olunmuş özgə əmlakını qulluq mövqeyindən istifadə etməklə vahid niyyətlə talayıb. Qismət bu məqsədlə lokomotivlərdə hərəkət marşrutunun yerinə yetirilməsi üçün kifayət qədər yanacaq və yağın olmasına baxmayaraq, marşrut vərəqələrinə həqiqətə uyğun olmayan marşrutlar qeyd edilməsi ilə müvafiq həqiqətə uyğun olmayan marşrutlar üzrə nəzərdə tutulmuş yanacaq və yağın təminat məntəqəsindən götürülərək, Gəncə şəhəri və Ağstafa rayonu ərazisində müxtəlif şəxslərə satıb.

O, bu yolla 3 619 manat pul vəsaitini mənimsəmə və israf etmə yolu ilə talayıb.

İstintaq dövründə Zamiq Babayevin barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdi.

Post navigation

Previous: Toydan 2 gün əvvəl bəy gəlini güllələyib
Next: “Azərxalça”nın 190 minlik tenderi baş tutmadı

Oxşar xəbərlər

Həbs
  • Kriminal

ADNSU-da 24 il əvvəl törədilən qətlin üstü açıldı – Şübhəli şəxs həbs edildi

User 06 Noyabr 2026 - 14:02
Aptek
  • Kriminal

Sumqayıtda aptekdən 35 min manat oğurlayan şəxs saxlanıldı

User 05 Noyabr 2026 - 16:56
qeza_polis
  • Kriminal

Bakıda axtarışda olan 74 yaşlı qadın həbs edilib

User 04 Noyabr 2026 - 10:44

xƏBƏR

heyder eliyev kitab
  • Araşdırma

Heydər Əliyevlə bir kadrda – 45 il əvvəlki şəkildə olan şəxslər kimdir? / FOTOXRONİKA

User 09 Noyabr 2026 - 23:18
Hər bir foto ömrün bir anını saxlayır. Azpost.info “FOTOXRONİKA” rubrikasında təqdim etdiyi şəkildə sovet Azərbaycanında fəaliyyət göstərmiş...
Read more about Heydər Əliyevlə bir kadrda – 45 il əvvəlki şəkildə olan şəxslər kimdir? / FOTOXRONİKA
Rusiya nümayəndə heyəti Əbu-Dabiyə yola düşüb rus-ukr-danisiq
  • Dünya

Rusiya nümayəndə heyəti Əbu-Dabiyə yola düşüb

User 09 Noyabr 2026 - 21:43
Qan təzyiqi neçə olmalıdır? – Yaşa görə normal və təhlükəli göstəricilər tezyiq
  • Sosial

Qan təzyiqi neçə olmalıdır? – Yaşa görə normal və təhlükəli göstəricilər

User 09 Noyabr 2026 - 18:03
Balıq konservi alarkən bu səhvi etməyin – Hansı balıqlar ürək üçün təhlükəlidir? konserva
  • Sosial

Balıq konservi alarkən bu səhvi etməyin – Hansı balıqlar ürək üçün təhlükəlidir?

User 09 Noyabr 2026 - 17:47
Tanınmış jurnalist Sücəddin Şərifovun atası vəfat edib sucedin
  • Ölkə

Tanınmış jurnalist Sücəddin Şərifovun atası vəfat edib

User 09 Noyabr 2026 - 17:24
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.